Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Musical.ly
Musical.ly — video, mesajlaşma və canlı yayım yaratmaq üçün sosial şəbəkə proqramı idi. 2014-cü ilin aprelində yayımlanmışdı.
Salix muscina
Misir söyüdü (lat. Salix aegyptiaca) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Ümumi yayılması == Orta Asiya (Kopetdağ), Türkiyə, İran, İraq, Əfqanıstan və Pakistanda təbii аrеаllаrı vardır. == Azərbaycanda yayılması == Quba rayonunda, Talışda, Kür-Araz ovalığında, Qarabağ və Naxçıvan MR-nın dağlarında təbii halda yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yеr == Orta dağ qurşağınadək rütubətli meşələrdə çay və suların kənarlarında, dərələrdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 4-6 m olan hündür kol və ya ağacdır. Bitkinin budaqlаrı qaramtıl-qоnur və ya boz rəngli olub, sıx tük-lüdür. Qabığı soyulmuş oduncağında düyünlər vardır.