Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Niqab
Niqab — üzü təbii təsirlərdən və bəd niyyətlərdən qorumaq üçün gözlərdən başqa bütün üzü və ya bir hissəsini örtmək üçün istifadə edilən bir növ pərdə. Niqab sözünün mənşəyinin ərəbcə piçe istifadəsindən gəldiyi bir fərziyyədir. Digər iddia isə onun italyanca kiçik parça mənasını verən "pezzoto" sözündən götürülməsidir. Başqa dillərdə də niqab əvəzinə burku, peçe, vesvesa, rubənd kimi sözlər işlədilir. Yarandığı andan Semit tayfalarının ənənəsi olan örtünün sübuta yetirilə bilən tarixi eramızdan əvvəl IV əsrə təsadüf edir. Niqab üzü xarici təsirlərdən fiziki olaraq qoruyan örtükdür. Bu səbəbdən səhra mühitində günəş şüalarına və külək əsən qumlara qarşı qoruyucu funksiyanı yerinə yetirir. Niqab alnın yuxarı səviyyəsində baş örtüyünə və ya çarşaba bağlanan və istifadə olunmayanda başın üstündən atılan parçadır. Hicab nöqteyi-nəzərindən üzün də örtülməsi müxtəlif coğrafiyalarda geniş yayılmışdır. Bəzi bölgələrdə, xüsusən də müsəlman, hindu və sikx əhalisinin sıx yaşadığı ölkələrdə qadınlar arasında geniş istifadə olunur.
Ninqalu sahili
Ninqalo sahili — Avstraliyanın qərb tərəflərində mərcan qayalıqlardan ibarət sahil. Ninqalo sahilləri balina köpəkbalıqlarının dövri bəslənmə sahəsi olaraq tanınan saçaqlı mərcan qayalıqlarıdır. (Fringing Coral Reef). Avstraliyanın qərb sahillərində yerləşir və Pert şəhərinin təxminən 1200 km şimalındadır. Qayalıqlar 260 km uzunluğunda olub Avstraliyanın ən böyük saçaqlı mərcan qayalığıdır və dünyada bu böyüklükdə olan materikə ən yaxın mərcan qayalıqdır. Ninqalo Mərcan Qayalığına qonşu olan əhəngdaşından ibarət Keyp Reync, 500-dən çox mağara və digər karst formaları ilə dünya səviyyəsində önə çıxan bir quruluşdur.
Niqbolu döyüşü (1396)
Niqbolu döyüşü və ya Nikopol vuruşması — Osmanlı ordusu ilə səlibçilər arasında 25 sentyabr 1396-cı ildə Nikopol şəhərində (indiki Bolqarıstan) baş vermiş döyüş. Osmanlı tərəfindən təqribən 200 min, səlibçilər tərəfindən isə təqribən 70 min nəfər vuruşmuşdur. Döyüş səlibçilərin məğlubiyyəti ilə nəticələnmişdir. Onlardan təqribən 10 min nəfəri əsir düşmüşdür. Döyüşdəki qələbə Osmanlının Balkan yarımadasındakı hökmranlığını möhkəmlənmiş Boqarıstanını fəthi başa çatmışdır Andrić, Stanko. A Garai főnemesi család és a Horvát Királyság / Velikaška obitelj Gorjanski i Hrvatsko Kraljevstvo [The aristocratic Garai family and the Kingdom of Croatia] // Fodor, Pál; Sokcsevits, Dénes; Turkalj, Jasna; Karbić, Damir (redaktorlar ). A horvát-magyar együttélés fordulópontjai: Intézmények, társadalom, gazdaság, kultúra / Prekretnice u suživotu Hrvata i Mađara: Ustanove, društvo, gospodarstvo i kultura [Turning Points of the Croatian-Hungarian Co-habitation: Institutions, Society, Economy and Culture] (macar və xorvat). MTA Bölcsészettudományi Kutatóközpont Történettudományi Intézet, Hrvatski institut za povijest. 2015. 481–492, 543–554.
Niqab (baş örtüsü)
Niqab — üzü təbii təsirlərdən və bəd niyyətlərdən qorumaq üçün gözlərdən başqa bütün üzü və ya bir hissəsini örtmək üçün istifadə edilən bir növ pərdə. Niqab sözünün mənşəyinin ərəbcə piçe istifadəsindən gəldiyi bir fərziyyədir. Digər iddia isə onun italyanca kiçik parça mənasını verən "pezzoto" sözündən götürülməsidir. Başqa dillərdə də niqab əvəzinə burku, peçe, vesvesa, rubənd kimi sözlər işlədilir. Yarandığı andan Semit tayfalarının ənənəsi olan örtünün sübuta yetirilə bilən tarixi eramızdan əvvəl IV əsrə təsadüf edir. Niqab üzü xarici təsirlərdən fiziki olaraq qoruyan örtükdür. Bu səbəbdən səhra mühitində günəş şüalarına və külək əsən qumlara qarşı qoruyucu funksiyanı yerinə yetirir. Niqab alnın yuxarı səviyyəsində baş örtüyünə və ya çarşaba bağlanan və istifadə olunmayanda başın üstündən atılan parçadır. Hicab nöqteyi-nəzərindən üzün də örtülməsi müxtəlif coğrafiyalarda geniş yayılmışdır. Bəzi bölgələrdə, xüsusən də müsəlman, hindu və sikx əhalisinin sıx yaşadığı ölkələrdə qadınlar arasında geniş istifadə olunur.
Nigabad (Miyanə)
Nigabad (fars. نقااباد‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 234 nəfər yaşayır (70 ailə).