Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Occam
Occam – paralel proqramlaşdırma üçün yüksək səviyyəli, prosedurlu dil. 1980-ci illərin başlanğıcında işlənib hazırlanıb. 14-cü əsr ingilis filosofu Okkamlı Uilyamın şərəfinə adlandırılıb. Occam dilinin təməl anlayışı hesablama prosesidir; prosesin əsas xarakteristikası ondan ibarətdir ki, o başladıla və sona çatdırıla bilər. Bu dildə bir neçə sadə proses təyin olunub: mənimsətmə prosesi, kanal vasitəsilə giriş və çıxış prosesləri (? və ! simvolları ilə göstərilir), SKIP və STOP formal prosesləri (birinci dərhal sona çatır, ikinci isə heç vaxt), taymerin və taymer ləngiməsinin oxunması prosesləri. Qalan bütün proseslər isə öncə təyin olunmuş proseslərdən iyerarxik qurma vasitəsilə alına bilər. Bu məqsədlə Occam dilində bir sıra proses konstruktorları vardır: SEQ (proseslərin ardıcıl yerinə yetirilməsi prosesini təyin edir), PAR (proseslərin paralel yerinə yetirilməsi prosesini təyin edir), eləcə də IF şərti proses, WHILE dövri proses, ALT proseslərin seçilməsi prosesinin konstruktoru. Mövcud qaydalara görə SEQ və ya PAR tipli mürəkkəb proses o zaman sona çatmış hesab olunur ki, onun təşkil edən bütün proseslər sona çatmış olsun.
Orxan
Orxan — kişi adı. Orxan Cabbarov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Orxan Allahverdiyev Orxan Əkbərov — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Orxan Qazi — Osmanlı İmperiyasının ikinci sultanı. Osmanlı İmperiyasının qurucusu I Osmanın və Malxun Xatunun oğlu. Orxan Məmmədov — Azərbaycan iqtisadçısı, KOBİA-nın İdarə Heyətinin sədri. Orxan Sultanov — Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəisi.
Ovdan
Ovdan — suyu yığıb saxlamaq üçün üstü tikili yeraltı hovuz, nohur. == Məzmun == Ovdanlar əsasən yeraltı torpaq sularından qidalanırlar. Ovdana giriş əsasən küləyin əks tərəfindən qoyulur. Ovdan 2 hissədən ibarət olur. Yeraltı və yerüstü hissələrdən. Yeraltı giriş pilləkənlər vasitəsilə olur. Əgər ovdan yağış suyu yığılması üçündürsə, pilləkənlərin axırındakı hovuzlar quyularla əvəz edilir. Ovdanlar əsasən yol ayrıcında, karvan yolunun yaxınlığında tikilərmiş. Ovdanların yanında yolçuların istirahəti üçün ağac əkilərmiş. Ovdanlar həmçinin yolçuların susuzluğunu aradan qaldırmaq üçün də nəzərdə tutulurmuş.
Şixam
Toratau və ya Şixan (Tratau, Toratau; başq. Торатау — «qala-dağ») — Rusiya Federasiyasının Başqırdıstan Respublikası İşimbay rayonu və İşimbay şəhərinin rəmzi. Bu zirvə istər şəhərin istərsə rayonun gerbində əks olunmuşdur. 1965-ci ildən etibarən təbiət abidəsidir. İşimbay rayaonu ərazisində olan şahid dağlar arasında olan Kuştau, Yuraktau və Şaxtau Rusiyanın yeddi möcüzəsinə namizəd olaraq göstərilirdi. == Fiziki-coğrafi xüsusiyyətləri == Toratau dağının Ağidel çayı sahilindən olan hündürlüyü 275 metrdir. Ətrafında olan düzənlikdən isə 280 metr hündürlüyə malikdir. Dağın dəniz səviyyəsindən olan hündürlüyü isə 406 metr təşkil edir. Dağ üzərində və çevrəsində 100 növdən çox ot bitkisinə rastlamaq mümkündür. Zirvənin qərb və cənub-qərb ətəklərində mağaralar vardır.
Avram Herşko
Avram Herşko və ya Ferens Herşko (ivr. ‏אברהם הרשקו‏‎, 31 dekabr 1937, Karçaq[d], Yas-Nadkun-Solnok[d]) — yəhudi əsilli macar həkim və biokimyaçı. == Həyatı == Avram Herşko 1937-ci ilin dekabr ayının 31-də Macarıstanın Karçaq şəhərində anadan olmuşdur. 1950-ci ildə ailəsi ilə birgə İsrailə köçmüş və günümüzdə də burada yaşamaqdadır. Avram Herşko 1965-ci ildə Qüds Universitetində tibb təhsili aldıqdan sonra 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə etdi. Hal-hazırda Hayfada İsrail Texnologiya İnstutunun tibb fakültəsinin professorudur. 2004-cü ildə "uvikvitin protein deqredasiya"sının kəşfinə görə Aaron Çexanover və İrvin Rozla birlikdə Nobel Kimya Mükafatına layiq görülmüşdür.
I Orxan
I Orxan, Orxan Bəy və ya Orxan Qazi (osman. اورخان بك, türk. Orhan Gazi, I Orhan, Orhan Bey; 6 fevral 1281, Söğüt, Biləcik ili – mart 1362, Bursa) — Osmanlı İmperiyasının ikinci sultanı. Osmanlı İmperiyasının qurucusu I Osmanın oğlu. I Osmanın vəfat etməsindən sonra Orxan 1326-cı ildə bəyliyə sahib olmuşdur. I Orxan hakimiyyətə gələn zaman dövlətin əraziləri 16.000 km² təşkil edirdi. I Orxan hakimiyyəti ərzində imperiyanın ərazilərini 95.000 km² qədər genişləndirə bilmişdi. == Bəy olmadan öncəki həyatı və bəy olmağı == Doğum tarixi 1281-ci il olaraq göstərilsə də, bu tarixi 1274, 1279, 1287 olaraq da göstərən mənbələr də mövcuddur. Osmanoğullarının ən uzunömürlüsü hesab olunan Orxan bəyin uşaqlığı və gəncliyi haqqında məlumat yoxdur. Necə boya başa çatdığı, necə təhsil aldığı, hətta təhsili olub-olmaması bilinmir.
Mahmud Orxan
DJ Mahmut Orhan (11 yanvar 1993, Bursa) — Türkiyə DJ və prodüseri.
Məmməd Kovxa
Məhəmməd Mahmud oğlu Kovxa(Mahmudov) (1859 – 1933) xalq arasında Məmməd Kovxa kimi məşhur olmuşdur - Qazaxın general-qubernatoru (1918-1919). == Faəliyyəti == 1859-cu ildə Qazax qəzasının Daş salahlı kəndində anadan olub. M.Kovxa öz xeyirxah əməlləri ilə hələ general - qubernator vəzifəsinə təyin edilməmişdən əvvəl el-oba arasında böyük hörmət qazanmışdı . M.Kovxa hələ 1914-cü ildə Avey dağından camaata bulaq çəkdirmişdi. M.Kovxa 1914-1920-ci illərdə erməni-daşnak dəstələrinə zərbə vuranlardan biri idi. == AXC dövründə fəaliyyəti == Azərbaycan Cümhuriyyəti dövründə türklərin köməyə gəlişi zaman (1918-ci ilin iyununda) Qazaxın general-qubernatoru olmuşdu. Nuru Paşanın polkovnik rütbəsi ilə təltif etdiyi Məmməd Kovxa 800 atlı dəstəsi ilə Bakının işğaldan azad olunmasında iştirak edib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə general-qubernator vəzifəsinə təyin edilmişdi. General-quberator işlədiyi dövrdə (1919-cu ilin oktyabrı-nadək) Qazaxda ciddi qayda-qanun yaratmışdır. Aprel işğalından sonra Məmməd Kovxa da repressiya qurbanlarından biri olan şəxsiyyətlərimizdən, milli istiqlal fədailərimizdəndir.
Okkam ülgücü
Okkam ülgücü (ing. Occam's razor) — hipotezlər arasında seçimə əsaslanan metodoloji prinsip. Termin öz adını XIV əsr fransiskan monaxı, filosof Vilyam Okkamın (t. 1287–1347) adından alıb. Qısaca, bu prinsipə görə, ehtiyac olmadan müddəaları artırmaq lazım deyil. Başqa sözlə, əgər hər hansı fikri təsdiq etmək üçün sonda eyni nəticəni verən iki yol varsa və birinci halda sübut üçün A, B və C müddəaları, ikinci halda isə A, B, C və D müddəaları lazımdırsa, o halda Okkam ülgücü D müddəasından imtina etməyi tələb edir, çünki ona ehtiyac yoxdur. == Tarixi == Okkam ülgücü termini ilk dəfə 1852-ci ildə, Okkamın ölümündən yüzillər sonra, ser Vilyam Hamiltonun işlərində ortaya çıxıb.
Orxan Abbasov
Orxan Abbasov (alim) — alim, dosent. Orxan Abbasov (əsgər) — əsgər, I Qarabağ müharibəsinin şəhidi.
Orxan Abdıyev
Orxan Habil oğlu Abdıyev (2 avqust 1995; Ağstafa rayonu, Azərbaycan — 25 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Abdıyev 1995-ci il avqustun 2-də Ağstafa rayonunun Pirili kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Abdıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Abdıyev oktyabrın 25-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Abdıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Abdıyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Abdıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan Emnalıyev
Orxan Eyvaz oğlu Emnalıyev (5 noyabr 1994, Aşağı Mülkülü, Tovuz rayonu – 26 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Emnalıyev 1994-cü il noyabrın 5-də Tovuz rayonunun Aşağı Mülkülü kəndində anadan olub. 2001–2012-ci illərdə Aşağı Mülkülü kənd tam orta məktəbində, 2013–2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. Subay idi. == Hərbi xidməti == Orxan Emnalıyev 2017-ci ildə "leytenant" hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. 2019-cu ildən xidmətini "baş leytenant" hərbi rütbəsi altında davam etdirirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Orxan Emnalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi savaşıb. Orxan Emnalıyevin idarə etdiyi tank oktyabrın 26-da Qubadlının azad edilməsi zamanı vurulub və o, qanitirmədən şəhid olub. Tovuz rayonunun Aşağı Mülkülü kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Emnalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Orxan Fikrətoğlu
Orxan Fikrətoğlu (Sadıqov Orxan Fikrət oğlu; 21 mart 1966, Bakı) — azərbaycanlı yazıçı, ssenarist, rejissor, jurnalist,Əməkdar incəsənət xadimi. Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri (2023). == Həyatı == Orxan Fikrətoğlu 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983-1991-ci illərdə Moskva şəhərindəki Dünya Ədəbiyyatı İnstitutunu bitirib. 1983-cü ildə kinoda işıqçı kimi fəaliyyətə başlamışdır. Müxtəlif dövrlərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının, Dövlət kino komitəsinin, AzərTelefilmin, "Günay" qəzetinin baş redaktoru işləyib. Dövlətlər arası MİR Teleşirkətinin direktor müavini, Mozalan Satirik Kinojurnalının direktoru və ANS Teleşirkətinin baş icmalçısı olub. On dörd bədii , üç publisitik kitabın müəllifidir. İlk hekayəsi 1981-ci ildə "Kirpi" jurnalında çap olunub. Ondan sonra dövrü mətbuatda yüzlərlə hekayə, povest və publisistik yazılar çap etdirib.
Orxan Gəncəbay
Orxan Gəncəbay (4 avqust 1944, Samsun) — Türkiyə müğənni və aktyoru.
Orxan Hümbətov
Orxan Kazım oğlu Hümbətov (4 noyabr 1992; Kiş, Şəki rayonu, Azərbaycan — 2 aprel 2016; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi. == Həyatı və hərbi xidməti == Orxan Hümbətov 1992-ci ilin 4 noyabr günündə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı gizir Orxan Hümbətov Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşdu. Orxan Hümbətov 2 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu. Aprelin 5-i isə Orxan Hümbətov doğulduğu Şəki rayonunun Kiş kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Hümbətov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Orxan Hümbətov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Orxan Hüseynov
Orxan Hüseynov (baş leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi. Orxan Hüseynov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Orxan Həmidov
Orxan İbrahim oğlu Həmidov (29 mart 1980; Füzuli rayonu, Azərbaycan SSR – 2 aprel 2016; Lələ təpə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == Orxan Həmidov 1980-ci ilin 29 mart günündə Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. == Hərbi xidməti == Kiçik gizir Orxan Həmidov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Orxan Həmidov doğulduğu Füzuli rayonunun Əhmədalılar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Həmidov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Orxan Həmidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi. == Şəxsi həyatı == Ailəli idi, 2007 və 2009-cu il təvəllüdlü iki oğlu var. 2020-ci ildə Orxan Həmidovun övladları Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı tərəfindən himayəyə götürülüb.
Orxan Həsənov
Orxan Bəkir oğlu Həsənov (9 may 1991, Gəncə – 16 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Həsənov 1991-ci il mayın 9-da Gəncə şəhərində anadan olub. == Hərbi xidməti == Orxan Həsənov 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Orxan Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Həsənov oktyabrın 16-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Həsənov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Həsənov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan Hətəmov
Orxan Kamal
Orxan Kamal (türk. Orhan Kemal, 15 sentyabr 1914, Ceyhan, Adana ili – 2 iyun 1970, Sofiya) — türk yazıçısı və dramaturqu. Əsl adı Mehmet Reşid Öyüdçü olan Orxan Kamal türk ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O, roman, hekayə, pyes, şeir kimi fərqli janrlarda bir çox əsərə imza atsa da daha çox romançı kimi tanınmışdır. İlk hekayələr kitabı “Çörək davası” (1949) və “Kiçik adamın qeydləri” sərlövhəsi altında nəşr etdirdiyi avtobioqrafik səpkili silsilə romanlarla məşhurluq qazanmışdır. Ədəbi həyatının ən qaynar dövrü 1960-cı illərə təsadüf edir. Adanada torpaq və fabrik işçilərinin dünyasını, İstanbuldakı məhəllələri, fabrik çevrələrini əsərlərində əks etdirmişdir. “Murtuz”, “Xanımın ciftliyi” , “72-ci hissə” adlı əsərləri müəllifin yaradıcılığının şedevri hesab olunur. Adana futbol klubunda futbol oynamışdır. Qolçu Rəşid adı ilə tanınmışdır.
Orxan Kazımov
Orxan Məmmədbağır oğlu Kazımov (rus. Орхан Мамедбагир Оглы Казимов; 28 mart 1989, Moskva, Rusiya SFSR, SSRİ) — hücumçu mövqeyində çıxış edən Azərbaycan əsilli Rusiya hokkeyçisi. Rusiyanın əməkdar idman ustası. 2015-ci ildə hokkey üzrə Rusiya yığmasının heyətində qış Surdolimpiya (eşitmə qabiliyyəti zəif olan insanların idman yarışları) oyunlarının qalibi olub. == Dövlət mükafatları == Rusiya Federasiyası prezidentinin Fəxri Fərmanı (8 aprel 2015-ci il) — Rusiya Federasiyasının və Rusiya idmanının nüfuzunun beynəlxalq səviyyədə artımına göstərdiyi xüsusi töhfələrə və XVIII qış Surdlolimpiya oyunlarında yüksək idman nailiyyətlərinə görə. Rusiyanın əməkdar idman ustası (2015) == İstinadlar == == Ədəbiyyat == Yeni sözlər və yeni mənalar lüğəti (PDF). Bakı: AMEA Nəsimi adına Dilçilik İnstitutu. 18 mart 2016. səh. 268.
Orxan Kərimli
Orxan Akif oğlu Kərimli (6 oktyabr 2001; Göyçay, Azərbaycan — 9 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Kərimli 2001-ci il oktyabrın 6-da Göyçay şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetinə (NDU) təhsil alırdı. Subay idi. == Hərbi xidməti == Orxan Kərimli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Orxan Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Kərimli oktyabrın 9-da Murovdağ döyüşləri zamanı şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Kərimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Orxan Lalayev
Orxan Musa oglu Lalayev (d. 12 oktyabr 1991, Bakı, Azərbaycan) — Turan Futbol Klubunun mudafieçisi.Karyerasinda Revan ve icarə əsasinda Azal klubunda oynamiş futbolcu hal-hazirda karyerasini divizyon temsilçisi Tovuzun Turan klubunda davam etdirir.
Orxan Lökbatanlı
Orxan Lökbatanlı (9 sentyabr 1987, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == === Erkən illəri === Orxan Lökbatanlı 1985-ci il sentyabrın 9-da Azərbaycanın Bakı şəhərinin Qaradağ rayonunda anadan olub. === Populyarlıq qazanması === O, 2004-cü və 2008-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De gəlsin" və "Sözüm Var" meyxana yarışmasında iştirak edib.
Rəhman Orxan
Rəhman Orxan (24 iyul 1950, Qayabaşı, Nuxa rayonu – 2 fevral 2024) — SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü , Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Osman Mirzəyev adına Respublika mükafatı laureatı. == Həyatı == Rəhman Orxan 1950-ci il iyulun 24-də Şəki rayonunun Qayabaşı kəndində fəhlə ailəsində anadan olub. 1967-ci ildə Qayabaşı kənd orta məktəbini, 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib, 1982–83-cü illərdə Azərbaycan Marksizm-Leninizm Universitetində jurnalist ixtisasına yiyələnib. 2 fevral 2024-cü il tarixində vəfat edib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə 1967-ci ildə akademik Y. Məmmədəliyev adına Azərbaycan Elmi-Tədqiqat Neft və Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında (indiki Sumqayıt Polimer Materialları İnstitutunda) laborant kimi başlayıb. 1971–1979-cu illərdə Azərbaycan Boru-prokat zavodunun Layihə şöbəsində, sonra isə prokat sexində mühəndis-konstruktor işləyib. 1979-cu ilin dekabrında həmin zavodda nəşr olunan "Metallurq" qəzetində çalışıb, 1981-ci ilin yanvarından isə "Vışka" qəzetinə müxbir vəzifəsinə işə dəvət olunub. 1983-cü ilin mayından 1992-ci ilin iyuluna qədər "Vışka" qəzetinin Sumqayıt-Quba, Naxçıvan-Dağlıq Qarabağ zonaları üzrə xüsusi müxbiri işləyib. Ölkə sənayesinin və iqtisadiyyatının, həmçinin Sumqayıtın metallurgiya, kimya və maşınqayırma sənayesinin inkişafına, şəhərin sosial-iqtisadi problemlərinə dair bir sıra məqalələrlə respublika qəzetlərində çıxış edib. 1979-cu ildən başlayaraq hazırladığı oçerk, reportaj, məqalə və publisistik yazılar ölkə mətbuatında dərc edilib, həmçinin keçmiş SSRİ-nin Xəbərlər Mətbuat Agentliyi (XMA) və AzərTAC vasitəsilə yayılaraq, dünyanın bir sıra mətbuat orqanlarında, eləcə də Türkiyənin "Zaman" qəzetində çap olunub.