Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Holger Pedersen
Holger Pedersen(dan. Holger Pedersen; 7 aprel 1867[…] – 25 oktyabr 1953[…], Hellerup[d], Qentofte[d]) — danimarkalı dilçi. == Həyatı == Holger Pedersen 1867-ci ildə Gelball Koldinqdə anadan olmuşdur. Türkologiyada əski Türk yazılanın araşdırmaqla tanınmışdır. Alim slavyan dilləri üzərində də tədqiqat aparmışdır. Hind-avropa dilləri ilə bağlı araşdırmalarının müəllifidir. Pedersen hind-avropa dillərinin fonetikasına. Hind toxar, kelt və erməni dillərinə aid əsərlər yazmışdır. Onun “Vergleichende Grammatik der keltischen Sprachen” (ikicildlik, 1908- 1911), “Albanische Texte mit Glossar” (1895) “Russische Grammatik” (1916) və s. əsərləri məşhurdur.
Çarlz Pedersen
Çarlz Con Pedersen (3 oktyabr 1904[…], Busan – 26 oktyabr 1989[…], Salem[d], Nyu Cersi) — amerikalı kimyaçı, 1987-ci ildə "Yüksək seçiciliyə malik struktura xas qarşılıqlı təsirlərə malik molekulların inkişafı və tətbiqi üçün" kimya üzrə Nobel mükafatı laureatı, və bunu Donald Kram və Jan-Mari Len ilə bölüşüb. O, efirlərin, qələvi metallarla sabit komplekslər yaratmağa qadir olan siklik poliefirlərin sintezi üsullarını işləyib hazırlaması ilə tanınmışdır. Onun işi həm də supramolekulyar kimyanın əsasını qoyan Jan-Mari Len və Donald Cram tərəfindən sonrakı tədqiqatlar üçün əsas olmuşdu. == Bioqrafiyası == Çarlz Pedersen 3 oktyabr 1904-cü ildə Koreyanın Busan şəhərində anadan olub. Atası norveçli, anası yapon idi. 1922-ci ildə Yaponiyanın Yokohama şəhərindən ABŞ-yə mühacirət edmişdi. Ç. Pedersen Dayton Universitetini (Ohayo) və daha sonra Massaçusets Texnologiya İnstitutunu bitirib, burada üzvi kimya üzrə magistr dərəcəsi alıb. 1927-ci ildən Ç. Pedersen təqaüdə çıxana qədər 42 il DuPont kimya şirkətində çalışmışdı. O, ali elmi dərəcəsi olmayan azsaylı Nobel mükafatçılarından biri idi. == Əsas nəşrləri == C. J. Pedersen.
Amblyseius hederae
Amblyseius hederae (lat. Amblyseius hederae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius hederae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
İsak Stianson Pedersen
İsak Stianson Pedersen (4 iyun 1997) — İslandiyalı xizək yürüşçüsü. İsak Stianson Pedersen İslandiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == İsak Stianson Pedersen birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Pedersen 3:24.57 saniyəlik nəticəsi ilə 80 atlet arasında 55-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.