Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Wedding Peach
Wedding Peach (yap. 愛天使伝説ウェディングピーチ, azərb. Sevgi Mələyinin Əfsanəsi: Toy Şaftalısı‎) — Kunihiko Yuyama tərəfindən yaradılmış yapon anime serialı. Wedding Peach — Internet Movie Database saytında.
The Fading
The Fading — 2000-ci ildə vokalçı İlya Badrov və gitaraçı Boris Aranoviç tərəfindən Tel-Əvivdə yaradılan İsrail metal musiqi qrupu. Qrupun ilk konserti 2003-cü ildə Tel-Əvivdə Asylum klubunda baş tutmuşdur.2005-ci ildə qrup öz debüt EP "Instruction for Self Destruction" adlı albomunu çıxartmışdır.2007-ci ildə qrup özünün ikinci EP "Chaos in Flesh" adlı albomu çıxartdıqdan sonra, The Fading İsraildə bütün konsertlərdə və festivallarda Eternal Gray və Whorecore Betzefer kimi qruplarla birgə çıxış edir. 2008-ci il avqustun 1-də qrup Almaniyada Metal Battle Wacken müsabiqəsində İsraili təmsil edir, dünyanın hər yerindən digər 15 qrupla ilə yarışaraq, festivalda The Fading müsabiqənin qalibi elan edilib.2009-cu ildə qrup özünün ilk debüt studio "In Sin We'll Find Salvation" adlı albomu buraxdıqdan sonra,Open Air Wacken festivalında albomunu təqdim edib. Rəsmi relizi avqustun 3-cü Avropa ölkələrində keçirilib.2010-cu ildə qrup "In Sin We'll Find Salvation" albomun "The Sin Collector" mahnısına ilk kliplərini çəkdirmişdir. 2011-ci ildə qrup Kiyevdə In Flames ilə və Tel-Əvivdə Children Of Bodom,2012-ci ildə isə Arch Enemy ilə Moskva və Sankt-Peterburqda konsertlərdə çıxış etmişdir.
Pudinq
Pudinq (ing. pudding) — yumurta, şəkər, süd və undan ibarət qaynar suda hazırlanan ingilis deserti. Pudinqə meyvələr və ədviyyatlar əlavə olunur.Pudinqin soyudulması xüsusi formada edilir. İngiltərədə pudinq milad süfrəsinin ənənəvi yeməyi hesab olunurdu.Uzun yüzilliklər ərzində Britaniya adalarının əhalisinin süfrəsində Milad bayramı zamanı ət bulyonunda bişirilmiş xüsusi sıyıq - "plam poric" (plum - gavalı + porridge - sıyıq) olurdu.Bu sıyığa çörək qırıntıları, kişmiş, badam, qara gavalı, bal əlavə edərək onu süfrəyə çox isti şəkildə verirdilər. XIII əsrin əvvəllərində bu ad milad süfrəsinin ənənəvi yeməklərindən biri olan plam-puddinq adına şəklini dəyişmişdir. Süfrəyə verilməmişdən əvvəl onun üzərinə konyak axıdır və yandırdıqlarından bu sıyığı "alovda olan pudinq" adlandırırdılar. Luis Kerrolun "Alisa Güzgülər arxasında" əsərinin doqquzuncu başlığında Alisa ilk dəfə pudinqlə tanış olur. Aqata Kristi "Milad pudinqinin macəraları" adlı hekayələr toplusu yazmışdır. Çarlz Dikkensin "Böyük ümidlər" əsərinin ikinci başlığında qəhrəmanı pudinq üçün xəmir yoğurmağa məcbur edirlər.
Devid Hardinq
Devid Hardinq (avqust 1961, Oksford) — İnvestisiyaların idarə olunması üzrə Vinton Qrup-un yaradıcısı və rəhbəridir. 1961-ci ilin avqustunda İngiltərədə, London şəhərində anadan olmuşdur. Kembric Universitetində təbiət elmləri üzrə təhsil almışdır.
Florens Hardinq
Florens Klinq Hardinq (ing. Florence Harding; 15 avqust 1860[…], Marion[d], Ohayo – 21 noyabr 1924[…], Marion[d], Ohayo) — ABŞ-nin Prezidenti Uorren Hardinqin həyat yoldaşıdır.
Uorren Hardinq
Uorren Qamaliel Hardinq (ing. Warren Gamaliel Harding; 2 noyabr 1865[…] – 2 avqust 1923[…]) — Amerika Birləşmiş Ştatlarının 29-cu prezidenti (1921–1923). 1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilərində respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. O, Oqayo ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi ilə konqresdə çıxış etdi. O, "normal zaman" və "normal qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədilə həmkarlar ittifaqları assosiasiyaları yaradıldı. 1921-ci ildə 1920-ci illə müqayisədə federal hökumətin xərcləri iki dəfə aşağı düşərək 3,3 milyard dollar təşkil etdi. 1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal aşağı endi.
Vorren Hardinq
Uorren Qamaliel Hardinq (ing. Warren Gamaliel Harding; 2 noyabr 1865[…] – 2 avqust 1923[…]) — Amerika Birləşmiş Ştatlarının 29-cu prezidenti (1921–1923). 1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilərində respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. O, Oqayo ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi ilə konqresdə çıxış etdi. O, "normal zaman" və "normal qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədilə həmkarlar ittifaqları assosiasiyaları yaradıldı. 1921-ci ildə 1920-ci illə müqayisədə federal hökumətin xərcləri iki dəfə aşağı düşərək 3,3 milyard dollar təşkil etdi. 1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal aşağı endi.
Otis Reddinq
Otis Rey Reddinq-kiçik (ing. Otis Ray Redding, Jr.; 9 sentyabr 1941[…] – 10 dekabr 1967[…], Madison) — amerikalı müğənni və mahnı müəllifi, prodüser və aranjimançı. 26 yaşında təyyarə qəzasında dünyasını dəyişən Reddinq soul musiqisinin klassiki kimi tanınır. Onun kəskin sosial çalarları ilə "(Sittin' On) The Dock of the Bay" mahnısı sənətçinin ölümündən sonra Billboard Hot 100- də birinci olub. Böyük uğur dalğasında ABŞ hit-paradında musiqiçinin aşağıdakı bəstələri peyda oldu: “Ürəyimdəki ağrı”, “Sevgim bu qədər güclüdür”, “Mən səni çoxdan sevirəm”, “Cənab. Yazıq". 2008-ci ildə Rolling Stone jurnalı Otis Reddinqi müharibədən sonrakı dövrün 8-ci ən böyük müğənnisi adlandırmışdır və onun " Try a Little Tenderness" mahnısı Rolling Stone-un bütün zamanların 500 ən böyük mahnısı siyahısında 204-cü yerdədir.
Spaldinq Müharibə Memorialı
Spaldinq Müharibə Memorialı — İngiltərənin şərqində yerləşən Linkolnşir, Spaldinqdəki Ayskofi Zalında Birinci Dünya Müharibəsi memorialıdır. Memar Ser Edvin Lütyens tərəfindən dizayn edilmişdir. Spaldinqdən müharibədə ölənlərin xatirəsinə memorial ucaldılması təklifini 1918-ci ilin yanvarında Barbara Maklaren etmişdir. Onun bölgə parlamentinin üzvü olan həyat yoldaşı da müharibə zamanı hava qəzasında öldürülmüşdü. Barbara mövcud ailə əlaqələri vasitəsiylə Lütyenslə təmas qurdu və memar ortasında xaç olacaq, dairəvi hovuzla əhatələnən memorial monastır üçün layihə hazırladı. Memorial yerli bölgə şurasının sahib olduğu rəsmi Akskofi bağçalarında inşa edilməli idi. Barbara bu təklifi şuraya bildirdiyi zaman icma daxilində ciddi müzakirələrə səbəb oldu və çoxlu sayda müxtəlif planlar təklid edildi. 1919-cu ildə reallaşan ictimai yığıncaqdan sonra Barbaranın təklifinin kiçildilmiş versiyası qəsəbənin taxıl mübadilə binasında bir saatla birlikdə üstün tutulan seçim kimi formalaşdı. Memorialın hazırlanmasına ümumi 3.500£ lazım idi. Barbara və qayınatası bu məbləğın 1.000£-u qarşıladı, onun qayını isə bir cüt rənglənmiş daş bayraqlar bağışladı.