Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Katy Perry
Ketrin Elizabet Hadson (ing. Katheryn Elizabeth Hudson; 25 oktyabr 1984, Santa-Barbara, Kaliforniya) — və ya səhnə adı Keti Perri (ing. Katy Perry) kimi tanınan ABŞ müğənnisi və bəstəkarı. Kiçik yaşlarından kilsələrdə çıxış edən Ketrin yeniyetməlik dövründə qospel ifaçısı olaraq musiqi karyerasına başlamaq qərarına gəlmişdir. Gənc müğənni Red Hill Records albom şirkəti ilə müqavilə imzalamış və 2001-ci ildə Katy Hudson adlı ilk qospel albomunu çıxartmış, lakin albom reklam cəhətdən müğənni üçün heçdə uğurlu olmamışdır. Red Hill Records-la əlaqələrini dayandırdıqdan sonra o, 2002-ci ildə beynəlxalq musiqi aləminə qatılmaq məqsədi ilə Los-Ancelesə köçmüşdür. O Los-Ancelesdə bir neçə tanınmış prodüserlərlə işləməyə başlamışdır. Növbəti dörd il boyunca müğənni iki albom şirkəti ilə anlaşmalar imzalamış və hər iki anlaşma ona həvəsində olduğu şöhrəti qazandıra bilməmişdir. "Keti Perri" səhnə adını götürdükdən sonra müğənni 2007-ci ilin aprel ayında Capitol Records albom şirkəti ilə növbəti anlaşma imzalamışdır. Keti Perri 2008-ci ildə One of the Boys adlandırdığı ikinci studio albomunda yer alan "I Kissed a Girl" və "Hot n Cold" sinqlları ilə dünyada şöhrət qazanmağa nail olmuşdur.
Boeing E-6 Mercury
Boeing E-6 Mercury — Amerikanın Boinq(Boeing) şirkəti tərəfindən mülki Boeing 707-320 təyyarəsi əsasında təkmilləşdirilən idarə və rabitə təyyarəsi. ABŞ Hərbi dəniz Qüvvələrinin (HDQ) ballistik raketli nüvə sualtı qayıqlarının(BRNSAQ) rezerv rabitə sistemini təmin etmək, eləcə də ABŞ HQ -nin strateji birləşmiş komandanlığının(USSTRATCOM) hava komanda məntəqəsi üçün nəzərdə tutulub. E-6 ABŞ HDQ-ndə ES-130 təyyarəsini əvəz edib.
Bradley Steven Perry
Bredli Stiven Perri (23 noyabr 1998, Nyu Cersi) — aktyor. Ən məşhur rolu orijinal Disney Channel serialı Uğurlar, Çarli!dəki Qeyb Dankan, "Şarpeyin göz qamaşdıran səyahəti"ndəki Rocer Ellistondur. == Karyera == Perri 2007-ci ildə "Kornoru seçin" və "Əzəmətli Maks" kimi filmlərdə kiçik rollarla kariyerasına başladı və professionallaşmağa başladı. Növbəti il, o İzsiz Sİ-Bİ-ES cinayət dramında qonaq baş rol ilə onun televiziya debütünü etdi. . Gələn il boyunca, Perri Mallar: Çətin yaşayın, Çətin Satın, Əks Gün və Qoca İtlər kimi belə filmlərdə kiçik komik rollarda meydana çıxmağa davam etdi.