Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Appersepsiya
Appersepsiya daxili müşahidə yolu ilə şüur elementlərinin aydın və fərqləndiyi bir prosesdir. Bu, insan psixikasının əsas xüsusiyyətlərindən biridir. Bu xüsusiyyət insanın xarici aləmin cisim və hadisələrini bir-biri ilə sıx əlaqədə qavraması ilə ifadə olunur. İnsan xarici dünyanı necə qəbul etdiyini bilir. Bu qavrayış müəyyən bilik və təcrübədən, habelə şəxsin özəl psixi vəziyyətindən asılıdır. Xarici aləmin dərk edilməsi bütövlükdə psixi həyatın ümumi məzmununun xüsusiyyətləri ilə bağlıdır. Leybniz persepsiya terminini müəyyən bir hadisənin hisslərimizdə yaratdığı təəssürat kimi istifadə etdiyi halda (müasir psixologiyada persepsiya qavrayışla eyni olsa da), appersepsiya artıq şüur tərəfindən dərk edilmiş hiss deməkdir. Məsələn, yaxınımızda olan səs qulağımızda eşidilirsə, lakin bu səs şüurumuza çatmırsa, onda sadə qavrayış baş verir; diqqətimizi ona yönəltdikdə və şüurlu şəkildə eşidib bu səsi dərk ediriksə onda appersepsiya faktına sahibik. Yəni bu, bilik sərhədlərinin genişlənməsidir: təsəvvür edin ki, bir otaqda oturursunuz, konkret bir şey üzərində ciddi işləməyə həvəslisiniz. Bu anda ikinci otaqda, qapı arxasında baş verənlərlə qətiyyən maraqlanmırsınız.
Presessiya
Persepsion kodlaşdırma
Persepsion kodlaşdırma (ing. Perceptual audio coding, rus. Перцептивное аудио кодирование) — rəqəmsal audio siqnalların səsin insan tərəfindən qavrayışına (psixoakustika) əsəslanan sıxma üsulları. Çox alçaq və çox yüksək olan tezliklər uca səslərlə boğulurlar. Məsələn, bir neçə musiqi aləti birlikdə çalındıqda baxılan anda tezlik və gurluqdan asılı olaraq bir alətin səsi digər alətin səsini yox edə bilər. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.