Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cypripedium pitcherianum
Paphiopedilum argus (lat. Paphiopedilum argus) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Cypripedium argus Rchb.f. (basionym) Cypripedium moensianum auct. Cypripedium pitcherianum Manda Cypripedium moensii auct. Cordula argus (Rchb.f.) Rolfe Paphiopedilum sriwanae Koop. Paphiopedilum argus var.
Salix pitcheriana
Salix caroliniana (lat. Salix caroliniana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Amerina caroliniana (Michx.) Raf.
The Witcher
Cadugər (pol. Saga o wiedźminie) — Polşalı yazıçı Andjey Sapkovski tərəfindən yazılmış Gerlat Of Rivia (Rivialı Geralt) adındakı canavar(bədheybət) ovçusu haqqında fantastik janrda hekayə və roman seriyası/ == Mövzu == Sapkovskinin kitablarında "Witcher", canavarlar ilə savaşmaq üçün, gənc yaşda qılınc dərsləri alan və böyük mutasiyalar keçirən canavar ovçusudur. Diqqətə çarpan xüsusiyyətləri pişiyəoxşar gözləri, kürəklərində daşıdıqları 2 uzun qılınc (biri canavarlar, biri insanlar üçün) və təhsil aldıqları məktəbin boyunbağıdır (Geraltın təhsil aldığı məktəb qurd məktəbi adlanır). Bu kitablar bir film , bir televiziya serialı , video oyunu seriyası, vizual roman və "Witcher Saga" olaraq da bilinən roman seriyası şəklində təqdim edilib.Hekayələr və romanlar İngilis dili də daxil olmaqla, bir çox dillərə tərcümə olunub. == Kitablar == The Witcher qısa hekayələri, 1980-ci illərin əvvəlində Fantastyka adındaki polşa jurnalında yayınlanırdı. İlk hekayə "Wiedźmin" ("The Witcher") (1986), jurnal tərəfindən təşkil edilən müsabiqə üçün yazılmışdı və üçüncü yeri qazanmışdı. Sehrbaz Geralt haqqındaki ilk dörd hekayə, 1990-cı ildəki qısa hekayə kolleksiyası olan Wiedźmin ilə başlamışdı. Çıxış adı "Droga, z której się nie wraca" ("Qayıdışı Olmayan Bir Yol") olan seriya Witcher hekayələrinin başındaki dünya və Geraltın ailəsi haqqındadır. İkinci nəşr olunan qısa hekayə kolleksiyası Miecz przeznaczenia (Taleyin Qılıncı)-dır. Ostatnie życzenie (Son Arzu), Taleyin Qılıncından sonra nəşr olunmasına baxmayaraq, "Qayıdışı Olmayan Bir Yol" istisna olmaqla (Geraltsız tək hekayə) bütün Witcher hekayələrini topladığı üçün ilk kitab olaraq qəbul edildi.
Pittier
Anri Fransua Pittye de Fabreqa (fr. Henri François Pittier de Fábrega; 13 avqust 1857 – 27 yanvar 1950, Karakas) — Venesuela florasını öyrənən İsveçrə botanik-sistematiki. == Pittenin şərəfinə adlandırılmış taksonlar == Pittiera Cogn., 1891 [= Polyclathra Bertol., 1840] Pittierella Schltr., 1906 [= Cryptocentrum Benth., 1880] Pittierothamnus Steyerm., 1962 [= Amphidasya Standl., 1936] == Bəzi elmi işləri == Durand T.; Pittier, H. (1882—1885). Catalogue de la flore vaudoise. 3 vols. Pittier, H. (1891). Viaje de exploración al valle del Río Grande de Térraba. 138 p. Pittier, H. (1906). Ensayo sobre las plantas usuales de Costa Rica.
Erigeron pulcher
Erigeron pulcher (lat. Erigeron pulcher) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eugen Fischer
Eugen Fischer (5 iyul 1874, Karlsrue – 9 iyul 1967[…], Frayburq-im-Braysqau, Baden-Vürtemberq) alman tibb, antropologiya və yevgenika professoru və Nasist Partiyasının üzvü idi. O, Kayzer Vilhelm adına Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun direktoru, həmçinin Berlindəki Frederik Uilyam Universitetinin rektoru olmuşdur. Fişerin ideyaları Nasist Partiyasının alman irqi üstünlüyünə olan inamının düzgünlüyünü ifadə edən 1935-ci il Nürnberq qanunlarını lazımi informasiya ilə təmin etdi. Adolf Hitler 1923-cü ildə həbsxanada olarkən Fişerin əsərlərini oxumuş və özünün “Mein Kampf” (Mənim Mübarizəm) manifestində saf ari cəmiyyəti idealını dəstəkləmək üçün Fişerin qəzəbli fikirlərindən istifadə etmişdir. == Bioqrafiyası == Fişer 1874-cü ildə Karlsruedə, Baden Böyük Hersoqluğunda anadan olub. Berlin, Frayburq və Münhendə tibb, folklorşünaslıq, tarix, anatomiya və antropologiya üzrə təhsil alıb. 1918-ci ildə Frayburq Universitetinin tərkibində olan Frayburq Anatomiya İnstitutuna daxil oldu. 1927-ci ildə Fişer Kaiser Wilhelm Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun (KWI-A) direktoru oldu, bu rolu əvvəlki il Ervin Baur ona tövsiyə etmişdi. 1933-cü ildə Fişer Almaniya universitetlərinin və liseylərinin professorlarının Adolf Hitlerə və Nasional Sosialist Dövlətinə sadiq qalacağına söz verdi. 1933-cü ildə Adolf Hitler onu Berlindəki Frederik Uilyam Universitetinin, indiki Humboldt Universitetinin rektoru təyin etdi.
Fischer-Waldheim
Qriqori Fişer fon Valdheym (alm. Johann Gotthelf Fischer von Waldheim‎; 13 oktyabr 1771[…], Valdhaym[d], Mittelsachsen[d] – 18 oktyabr 1853[…], Moskva) — Rusiya təbiıtşünası, palentologiya, zoologiya, entomologiya (xüsusilə də sərtqanadlıların) üzrə elmi işlərin müəllifi, Peterburq Akademiyasının fəxri üzvü (1828-ci ildən). Botanik Aleksandr Fişer fon Valdheymin atası == Elmi işləri == "Anatomie der Maki u. der ihnen verwandten Thiere" (Frankfurt, 1804); "Entomoigraphia imperii rossici; Genera Insectorum systematice exposita et analysi iconographica instructa" (5 cilddə, Москва, 1820–1851); "Notice sur le Tettigopsis nouveau genre d’Orthoptères de la Russie" (Moskva, 1830); "Locustarum quaedam Genera aptera etc." (M., 1839); "Catalogus Coleopterorum in Sibiria orientali a cel. Gregorio Silide Karelin collectorum" (M., 1842); "Versuch über die Schwimblase der Fische" (Лпц., 1795); "Mémoire pour servir d’introduction à un ouvrage sur la respiration des animaux etc." (P., 1798); "Ueber die verschiedene Form des Intermaxillarknochens in versch. Thierarten" (Lpç., 1800); "Naturhistorische Fragmente mit bes. Hinsicht auf Anat. u. Physiol. der Thiere u.
Rumex pulcher
Rumex pulcher (lat. Rumex pulcher) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. == Yarımnövləri == Rumex pulcher subsp. anodontus (Hausskn.) Rech.f. Rumex pulcher subsp. cassius (Boiss.) Rech.f. Rumex pulcher subsp. raulinii (Boiss.) Rech.f. Rumex pulcher subsp. woodsii (De Not.) Arcang.
Senecio pulcher
Senecio pulcher (lat. Senecio pulcher) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Stonewall Kitchen
"Stonewall Kitchen" — ev yeməkləri istehsal edən ABŞ firması. Şirkətin məhsullarına cem, mürəbbə, souslar, marmeladlar daxildir. == Tarixi == Şirkətin əsası 1991-ci ildə Con Kinq və Cim Skot tərəfindən qoyulmuşdur. == Dəyəri == Firma hazırda 100 milyon dollarlıq bir dəyərə sahibdir.
Skate Kitchen
Skate Kitchen (azərb. Skeyt mətbəxi‎) — Kristal Mozellin 2018-ci ildə ssenarisi və rejissorluğu ilə çəkilmiş ABŞ filmi. Bu onun qısametrajlı filmi "That One Day" əsasında çəkilib. Film Nyu-Yorkda bir qrup qadın skeytbordçu ilə dostlaşan Kamil (Reyçel Vinberq) adlı yeniyetmə qızın hekayəsindən bəhs edir. Real həyatda da var olan "Skate Kitchen" qrupunun üzvləri bu filmdə özlərinin uydurma versiyalarını canlandırıblar. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Skate Kitchen — Internet Movie Database saytında.
Bitches Broken Hearts
"Bitches Broken Hearts" — amerikalı müğənni Billi Aylişin mahnısı. Mahnı Ayliş və prodüserlər Emmit Fenn və Finneas O'Konnell tərəfindən yazılıb. İlk dəfə 10 noyabr 2017-ci ildə SoundCloud üzərindən buraxılıb, sonradan 30 mart 2018-ci ildə sinql kimi bütün platformalar üçün yenidən yayımlanıb. Mahnı "You Should See Me in a Crown" sinqlının 7 düymlük vinil formatında B tərəfi kimi yer alıb. Mahnı həmçinin Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin genişləndirilmiş versiyasında və 2019-cu ildə buraxılmış studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun delüks versiyasına daxil edilib.
Piter Ekroyd
Piter Ekroyd (ing. Peter Ackroyd;5 oktyabr 1949[…], London) — İngilis bioqrafı, yazıçı və London tarixinə və mədəniyyətinə xüsusi maraq göstərən tənqidçidir. İngilis tarixi və mədəniyyəti ilə bağlı romanlarına və Uilyam Bleyk, Çarlz Dikkens, T.S.Eliot, Çarlz Çaplin və Ser Tomas Mor tərcümeyi -hallarına görə Somerset Moem və iki Whitbread Mükafatı qazandı. İstehsal etdiyi işlərin həcmi, üslub çeşidi, fərqli səsləri qəbul etmə qabiliyyəti və araşdırmasının dərinliyi ilə tanınır. 1984 -cü ildə Kral Ədəbiyyat Cəmiyyətinin üzvü seçildi və 2003 -cü ildə Britaniya İmperiyası ordeni komandiri təyin edildi. == Həyatı == === Erkən həyat və təhsil === Ekroyd, Londonda anadan olub və atası bir gün evdən çıxaraq geri qayıtmır. Anası və nənəsi tərəfindən Roma Katolik evinə qoyulan yazıçı Şərqi Actonda bir bələdiyyə mülkündə böyüdü. İlk dəfə yeddi yaşında gey olduğunu öyrəndi. O, Kembricdəki Müqəddəs Benedikt kollecində, İlinq və Kler kollecjərində də təhsil almışdır. 1972 -ci ildə Yale Universitetində Mellon elmi işçisi idi.
Piter Filips
Piter Filips (d. 1560, Devon, Britaniya İmperiyası - ö. 1628, Brüssel, Belçika) — ingilis bəstəkar, orqançı və keşiş.
Piter Hiqqs
Peter Ware Higgs (29 may 1929[…], Nyukasl-apon-Tayn – 8 aprel 2024, Edinburq) — İngilis nəzəri fizikaçı, Edinburq Universitetindən təqaüdçü olmuş professor idi. Hiqqs ən çox özü və bir neçə nəzəri fiziki tərəfindən varlığı qarşıya qoyulan Hiqqs bosonu ilə tanınırdı. 14 mart 2013-cü ildə Tanrı hissəciyi (Hiqqs bosonu) tapdıqdan sonra, 8 oktyabr 2013-cü ildə Alfred Nobel adına verilən Nobel Fizika Mükafatını Fransua Enqler ilə birlikdə qazandı. O, 2024-cü il 8 apreldə öldü.
Piter Hüqo
Piter Hüqo (afrik. Pieter Hugo) — CAR fotoqrafı.
Piter Kapaldi
Piter Duqan Kapaldi (ing. Peter Dougan Capaldi; 14 aprel 1958, Qlazqo) — Şotland aktyor, rejissor və ssenari müəllifi. Oskar və BAFTA mükafatlarının laureatı. 2013-cü ildən bəri «Doktor Kim» serialında on ikinci Doktorun rolunda oynayır.
Piter Kaşinq
Piter Kuşinq (ing. Peter Cushing; 26 may 1913[…] – 11 avqust 1994[…], Kenterberi, Kent qraflığı) — İngiltərə aktyoru.
Piter Mensa
Peter Mensah (27 avqust 1959, Qana, Akkra) — Qana əsilli ingilis aktyor. == Həyatı == 1959-cu ildə Qananın paytaxtı Akkra şəhərində dünyaya gəlmişdir.Ailəsi mənşəcə Aşanti qəbiləsinə.Mühəndis atası,yazıçı anası və iki bacısı ilə İngiltərənin Hertfordşir şəhərinə köçmüşdür.11 yaşında isə Kanadaya köçmüşlər.Ən çox tanınan rolları Günəşin Göz Yaşları,300 spartalı,Spartak:Qan və Qum,Spartak:Arenanın Tanrıları və Spartık:İntiqam filmlərində olmuşdur.Onun sonuncu və ən çox tanıdan Starz kanalının yayımladığı Spartak seriyasındakı Onemey rolu olmuşdur.
Piter Morton
Piter Morton (7 avqust 1947, Çikaqo, İllinoys) — amerikalı iş adamı. O, İsaak Tiqrett ilə birlikdə Hard Rock Cafe-nin həmtəsisçisidir. == Həyatı və təhsili == Piter Morton Morton Steakhouse-un banisi Arni Mortonun oğludur. Onun atası yəhudi əsilli idi. O, 1969-cu ildə Denverskiy Universitetdən məzun olub. Onun əkiz bacısı Pem Mortondur. Ögey qardaşı Maykl Morton isə restoran sahibi və biznesmendir. O, Fi Siqma Delta Cəmiyyətinin üzvüdür. == Karyera == Mortonun ilk Hard Rock Cafesi Londonda Hyde Park Corner-ın yaxınlığında açıldı. 1982-ci ildə Morton və onun ortağı İsaak Tiqrett müxtəlif şəhərlərdə kafelərini inkişaf etdirməyə razı olduqları zaman qlobal inkişaf başladı.
Piter Naur
Piter Naur (ing. Peter Naur; 25 oktyabr 1928 – 3 yanvar 2016) — danimarkalı alim, kompüter elminin pionerləri == Həyatı == 25 oktyabr 1928-ci ildə Piter Naur Danimarkada anadan olmuşdur. == Fəaliyyəti == Danimarkalı alim, kompüter elminin pionerlərindən biri olan Piter Naur 2005-ci ildə Naur, ilk struktur proqramlaşdırma dili olan Algol-60 dilini yaratdığına görə, proqramlaşdırma dillərinin, həmçinin kompilyatorların layihələndirilməsinə və kompüter proqramlaşdırması sənəti və texnikasına verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Mükafatları == Kompüter Pioneer mükafatı (1986) Turing mükafatı (2005) == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Piter Norton
Piter Norton (ing. Peter Norton; 14 noyabr 1943, Aberdin[d], Vaşinqton) — "Norton Commander", "Norton Utilities", "Norton Disk Doctor", "Norton İnternet Security" və digər məşhur proqram məhsullarının yaradıcısı. O, həm də fərdi kompüterlər haqqında "İBM PC-in daxilində", "OS/2-nin daxilində" və "Proqramçının məlumat kitabçası" kitablarının müəllifi kimi tanınır. == Həyatı == Piter Norton 14 noyabr 1943-cü ildə Vaşinqton ştatının Aberdin şəhərində anadan olmuşdur. Oreqon ştatının Portlend şəhərində Rid Kollecini bitirmişdir. Sonra Berklidə riyaziyyat ixtisası üzrə Kaliforniya Universitetinə daxil olub. Gələcək proqramçının kompüterlə ilk tanışlığı çox gənc ikən – sığorta şirkətində mövsümi əməkdaş kimi işləyən zaman baş verib. O, ilk kompüteri olan "IBM PC"-i satışa çıxan kimi əldə edir. Piter Norton kompüterlə işləməyə başlayır və proqramlaşdırmanın incəliklərinə müstəqil şəkildə həvəslə yiyələnir. Universiteti qurtarana yaxın artıq o, Cənubi Kaliforniyada aerokosmik şirkətdə proqramçı işləyirdi.
Piter Parker
Hörümçək-adam (ing. Spider-Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker (ing. Peter Parker) olan personaj kimi düşünülmüşdür. Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Ceyn Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir. Hörümçək-adamın 1960-cı illərin əvvəllərində peyda olduğu dövrdə superqəhrəman komikslərində yeniyetmə personajlar protaqonistlərin köməkçisi rolunda çıxış edirdilər.
Piter Petiqrü
Piter Petiqrü, Harri Potter seriyasında xəyali personajdır. Harri Potterin atası Ceyms Potterin ən yaxın dostlarından biridir. Eyni zamanda siçana dönüşə bilən bir animaqusdur. Buna görədə onun ləqəbi Qılquyruqdur. Uşaqlıq dönəmində Ceyms Potter və Sirius Blekə heyran olan Petiqrü; Harrini Voldemortdan qorumaq üçün Albus Dambldorun etdiyi Fidelius sehrinin sir tutanı olaraq seçilmişdir. Pitr gedib Potterların yerini Voldemorta demiş, Ceyms və Lilinin ölümünə səbəb olmuşdur. Sirius Blek olanları öyrəndiyində Petiqrünü bir küçədə sıxışdırır. Bunun üzərinə Petiqrü küçənin böyük bir qismini havaya uçurtmuşdur və siçana dönüşmədən öncə bir barmağını qopartıb kanalizasiyaya qaçmışdır. Bu hadisənin ardından illərcə Harri Potterin ən yaxın dostu Ron Uizlinin ev heyvanı Skabbers olaraq yaşamış və beləcə gizlənməyi başarmışdır. On üç il ərzində Uizlilərin ev heyvanı olaraq gizlənmiş olan Petiqrü bütün sehrbazlıq toplumu Sirius Blek tərəfindən öldürülmüş (12 maql ilə birlikdə) olaraq bilinirdi.
Piter Robinson
Piter David Robinson (ing. Peter David Robinson; 29 dekabr 1948[…], Belfast) — Şimali İrlandiyanın keçmiş birinci naziri və Demokratik Birlik Partiyasının lideri. İan Peyslinin lideri olduğu Demokratik Birlik Partiyasının fəal üzvü oldu. 1970-ci ildən Şimali İrlandiya siyasətində iştirak edir. 1980-ci ildə Robinson DUP-un vitse-prezidenti lideri seçildi.
Piter Sellers
Peter Sellers (ing. Richard Henry Sellers, 8 sentyabr 1925-ci il - 24 iyul 1980-ci il) — ingilis komediya aktyoru. Daha çox Pink Panter filmlərindəki "Müfəttiş Clouseau", "Doctor Strangelove, ya da bombadan qorxmamağı necə öyrəndim və onu sevdim" filmində oynadığı üç ayrı rola və Lolita (1962) filmində " Clare Quilty" rolları ilə tanınır. 1972-ci ildə Alisa möcüzələr ölkəsində filminə çəkilmişdir. Axırıncı filmi olan Being there filmində uşaq saflığına malik olan "Bağban Chance" rolu ilə o günə kimi oynadığı bütün obrazlardan fərqli bir iş yaratdı. Həmişə gülməli obrazlar yaradan atkyor bu rolla necə güclü dram oynaya bildiyini də göstərmişdi. == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Piter Senge
Piter Maykel Senge (1947[…], Stenford[d], Kaliforniya) — Amerika alimi.