Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Plotter
Plotter — (yun. γράφω) mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə böyük dəqiqlik və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən konstruktor və layihə bürolarında, reklam işləri ilə məşğul olan təşkilatlarda istifadə olunur.
Polder
Polder —( holl. polders - bəndlə əhatələnmiş sahə ) Niderland, Danimarka, Almaniya, ABŞ, Polşa və Yaponiyanın okean və dəniz səviyyəsindən alçaqda yerləşən ovalıqların qurudulmuş və mənimsənilmiş sahəsi. Bu ərazilər əvvəllər dənizin dibi olmuşdur. Sonralar bu ərazilərdəki sular qurudulmuş və antropogen mənşəli düzənliklər yaradılmışdır. Polderlərdə suyun səviyyəsi drenaj və dənizin və çayların basmasından süni tirələr, bəndlər, dambalar ilə qorunur. Bu torpaqlar yüksək məhsuldarlığı ilə seçilən ərazilərdir.
Elektrostatik plotter
Elektrostatik plotter – görüntünü kağız üzərində qələmlə cizgilər çəkmək yolu ilə deyil, nöqtəli rastr əsasında formalaşdıran plotter növü. Standart plotterlər məlum koordinatlar üzrə cizgilər çəkən vektor qurğular olsalar da, elektrostatik plotterlər görüntünü elektrostatik örtüklü kağıza köçürür (vurur). Bundan sonra, boyaq hissəcikləri vurulmuş nöqtələr özlərinə cəzb olunmaqla kağız boyaq maddəsində emal olunur və görüntünün yaranması başa çatır. Bu anlamda elektrostatik plotterlər funksional olaraq ənənəvi plotterlərdən daha çox lazerli printerlərə oxşayır. Elektrostatik plotterlər iri, mürəkkəb şəkilləri qələmli plotterlərdən təxminən 50 dəfə tez yarada bilir, buna görə də, onlar bahalıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
Yükləyici(loader)
Yükləyici — Əməliyyat Sisteminin bir hissəsi olub əsas vəzifəsi proqramları hard-diskdən alıb RAM-a köçürtməkdir. Bir proqram yazılıb compile edildikdən sonra həmin proqramın maşın kodu əldə edilir. Amma yenə də bu kodlar da hazır vəiyyətdədir demək olmaz çünki proqram bir çox xarici kitabxanalar da istifadə edə bilər. Bu kitabxanalar da proqrama daxil edildikdən sonra proqram tam istifadəyə hazırdır. Proqramın da işləməsi üçün isə CPU üzərindən həyata keçirilir, CPU üzərindən əməliyyat aparmaq üçün isə RAM lazımdır. Tam bu sırada yükləyicilər dövrəyə girir. Yəni maşın kodunu alar və Əməliyyat Sisteminin verdiyi adresə yükləyər bundan sonra isə iş Əməliyyat Sistemi tərəfindən həyata keçirilir.
Under the Ladder
Under the Ladder (azərb. Nərdivan altında‎) — Ukraynanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Melovin "Under the Ladder" mahnısı ilə Ukraynanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Mayk Rayals, Kostyantın Boçarov və Anton Karskyi tərəfindən bəstələnmişdir.