Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurdağzı
Qurdağzı (lat. Antirrhinum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. Qurdağzı formaca buruna oxşadığına görə bu bitkiyə "burunaoxşar" bitki adı verilmişdir. Ləçəklərin kənarından 2 barmaqla sıxdıqda qurd ağzı kimi açılır, bu zaman erkəkciklər dili xatırladır, buna görə də ona qurdağzı bitkisi deyirlər. 50-yə yaxın növündən gülçülükdə yalnız bir növü istifadə olunur. Böyük qurdağzı (A. Majus) birillik kimi yetişdirilən çoxillik mədəni bitkidir. Yabanı halda Şimali Afrikada, Asiyada və Cənubi Avropada geniş yayılmışdır. Yaşıllıqların salınmasında dekorativ bitki kimi 1567-ci ildən istifadə olunur. Çiçəkləmə müddətinə, hündürlüyünə və güllərin ölçülərinə görə fərqlənən bu bitkinin bir neçə forması vardır. Qurdağzı şitillə yetişdirilir.
Daktilogirus qurdları
Gecə qurdları
Gecə Canavarları (rus. Ночные Волки) — SSRİ-də yaradılmış ilk rəsmi bayker klubu. == Tarixi == 31 may 1989-cu ildə Moskvada yaradılmışdır. 1992-ci ildən beynəlxalq bayker hərəkatının üzvüdür. == Fəaliyyəti == Motoklubun çox saylı regional bölgələri fəaliyyət göstərir və 5 minə yaxın üzvü var. Rusiya prezidenti Vladimir Putin dəfələrlə klubun üzvləri ilə görüşüb.
Qurdvari kərtənkələlər
Qurdvari kərtənkələlər (lat. Dibamidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.