Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qrafik redaktorlar
Qrafik redaktorlar — informatikanın xüsusi bölməsi olub yeni şəkillər çəkmək, hazır şəkillər üzərində müxtəlif dəyişikliklər etmək üçün istifadə edilir. Belə proqramlara Paint, Adobe Photoshop, Picture Publisher, Photostiller, Corel DRAW, Macromedia Flash, Paint.net ,Macromedia Freehand, Macromedia Fotographer, Macromedia DreamWeaver, Ulead Gif Animator və s. missal göstərmək olar. Kompüterin diskində saxlanılan şəkillər rəqəmsal təsvirlər adlanırlar. Belə ki, kompüterin yaddaşında bütün şəkillər rəqəm şəklində (0 və1) saxlanılır. Qrafik redaktorlar üç qrupa bolünürlər: rastr (piksel), vektor və fraktal. == Rastr qrafika == Rastr qrafika, başqa sözlə piksel qrafikası şəkillərin skanerləşdirilməsi, rəqəmli fotoaparat, videokamera çəkilişləri vasitəsilə alınır və nöqtələrdən təşkil olunur. Rastr qrafika üçün əsas xarakteristika vahid uzunluğa düşən nöqtələrin sayıdır. Rastr qrafika termini İngilis dilində "Bitmap-qrafika" termininə uyğun gəlir və mənası – bit ölçüsünün yerləşdiyi xəritə deməkdir. Rastr qrafik redaktoruna Paint, Adobe Photoshop, Photostyler, Adobe Photo-Paint, Picture Publisher, Corel Photo-Paint proqramları daxildir.
Mətn redaktoru
Mətn redaktoru — mətnlər yaradılması və redaktəsi üçün nəzərdə tutulmuşdur. Mətnlərin yalnız daxil edilməsi və redaktəsini nəzərdə tutur. Əlavə olaraq, mətnlərin formatlaşdırılması üçün istifadə olunan proqramlar isə mətn prosessorları adlanır. Windows ƏS-na standart Notepad (Bloknot,Write) mətn redaktoru daxildir.
Atom (mətn redaktoru)
Atom — Mac OS, Linux və Microsoft Windows üçün yazılmış, pulsuz və açıq kod mətn və kod redaktorudur. Atom inteqrasiya olunmuş proqramlaşdırma mühiti kimi də istifadə oluna bilər. Atomu istifadə edən proqramçılar, onu "21-ci əsrin dəyişdirilə bilən (hackable) redaktoru" adlandırırlar.
CodeMirror (mətn redaktoru)
CodeMirror — brauzerdə kod redaktorunu təmin edən JavaScript komponentidir.Proqramın əsas xüsusiyyəti API və genişliyidir. == Tarixi == Mətn redaktorunun ilk versiyası 2007-ci ilin əvvəlində, JavaScript veb saytındakı konsol üçün yazılmışdır. Kod ilk dəfə 2007-ci ilin mayında CodeMirror adlandırldı və yayımlandı. 2010-cu ilin sonlarında, başqa bir JavaScript əsaslı kod redaktoru olan Ace layihəsi, yeni tətbiqetmə texnikalarını kəşf etdi və hətta JavaScript-də də minlərlə pozulmuş sənədləri idarə etməyin mümkün olduğunu nümayiş etdirdi. Bu isə CodeMirror-un yenidən yazılmasına səbəb oldu.
Nano (mətn redaktoru)
GNU nano - *nix əməliyyatlar sistemində mətn redaktorudur. 1999-cu ildə Kris Alleqretta tərəfindən yaradılmışdır.