Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Joy Division
Joy Division 1975-ci ildə Salford şəhərində yaradılan ingilis rok qrupudur. İlk əvvəl "Warsaw" adlandırılan bu qrup ifaçı Yan Körtis, gitarist Bernard Samner, bassist Piter Huk və barabançı Stiven Moris tərəfindən təşkil olunmuşdur. Uşaqlıq dostları Samner və Huk tərəfindən "Sex Pistols" konsertindən sonra yaradılan "Joy Division" qrupu öz pank kökünü aşıb post-punk hərəkatının aparıcılarından oldu. Onların hazırladığı birinci çıxış EP albomu "An Ideal for Living" Mançester televiziyasının və şəxsən Toni Vilsonun diqqətini çəkdi. Onların seçdiyi alman adı qrupun siyasi düşüncələri haqqında spekülyasiyalara və tənqidlərə yol açdı və bu qrupun adını dəyişməsindən sonra da dəyişmədi. "Joy Division"-ın debüt albomu 1979-cu ildə Vilsonun müstəqil leybl şirkəti Factory Records da çıxarıldı. Martin Hannetin köməyi ilə bu albom Britaniya musiqi mətbuatında ciddi uğur əldə etdi. Bu uğurlara baxmayaraq, Körtis ağır depressiyadan, epilepsiya və boşanma kimi şəxsi problemlərdən əziyyət çəkirdi. Xüsusi olaraq o canlı ifa zamanı əziyyət çəkirdi və sudurğa tuturdu. 1980-ci ilin mayında, qrupun Amerika qastrolu zamanı Körtis 23 yaşında intihar etdi.
Reaksion əvəzlənmə
Reaksion əvəzlənmə - ilkin və ya əvvəlcə əmələ gəlmiş minerallarla məhlullar arasında gedən metasomatik reaksiyalar nəticəsində yeni mineralların və eləcə də "sülb məhlulların" (dəyişkən tərkibli mineralllar) əmələgəlmə prosesi. Bu reaksiyalarda həm əvəzlənən mineralların kimyəvi komponentləri, həm də məhlullar vasitəsilə gətirilən-çıxarılan kimyəvi elementlər iştirak edir. Bu zaman ilkin mineralların reaksion minerallarla əvəzlənməsi eyni zamanda sülb halında baş verir. == Həmçinin bax == Mineral Sülb məhlul Kimyəvi element == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Piter Devison
Piter Devison (ing. Peter Davison, anadan olanda adı — Piter Moffet ing. Peter M. G. Moffett; 13 aprel 1951, London) — İngilis aktyor. Ən çox 1981 və 1984-cü illər arasında "Doktor Kim" serialında beşinci Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Çarlz Evison
Çarlz Evison (d. 16.2.1709, Nyukasl apon Tayn, Britaniya İmperiyası - ö. 10.5.1770, Nyukasl apon Tayn, Britaniya İmperiyası) — Barokko və Klassik dövrlərində yaşayıb yaratmış ingilis bəstəkarıdır. O, həmçinin kilsə orqançısı idi.
Precision və recall
Dəqiqlik və tanıma (ing. Precision and recall) — informasiyanın alınması (en:informational retrieval) və obyektlərin tanınmasında, precision alınan informasiyanın nə qədərinin uyğun (relevant) olmasını, recall isə uyğun nümunələrin nə qədərinin alındığını göstərən nisbətdir. Misal üçün, fərz edək ki, proqram göstərilən şəkildən 7 it şəklini tanıyır. Şəkildə isə 9 it və bir neçə pişik şəkli var. Proqramın 4 şəkli doğru tanıyıb, 3 şəkil isə pişikdir. Onda proqramın precisionı 4/7, recall isə 4/9 olur.
Lyuin Devisin daxilində
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-də limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.
Pol Revirin evi
Pol Revirin evi (ing. Paul Revere House) — Amerika inqilabı zamanı amerikan patriot və qurucu atalardan olan Pol Revirin kolonial evi. Təxminən 1680-ci ildə tikilmişdir. Massachusetts ştatınının Boston şəhərində yerləşir. 1961-ci ildən bəri Milli Tarixi Abidədir. Bu ev hal-hazırda Pol Revir Memorial Birliyi Assosiasiyası tərəfindən qeyri-kommersiya muzeyi kimi fəaliyyət göstərir. Giriş haqqı tutulur. == İstinadlar == == Əlavə ədəbiyyat == Nina Zannieri. Report from the Field: Not the Same Old Freedom Trail: A View from the Paul Revere House. The Public Historian, Vol.
Pol Revirin gəzintisi
"Pol Revirin gəzintisi" (ing. Paul Revere's Ride) — ABŞ şairi Henri Lonqfellonun 1860-cı ildə yazdığı şeir Bu, amerikalı patriot Pol Revirin 18 aprel 1775-ci ildə etdiyi hərəkətləri xatırladır. Buna baxmayaraq, şeirdə tarixilik baxımdan ciddi qeyri-dəqiqliklər var. İlk dəfə "The Atlantic Monthly" jurnalının 1861-ci il yanvar sayında dərc edilmişdir. Daha sonra Lonqfellonun 1863-cü ildə "Veysayd meyxanası nağılları" kolleksiyasında yenidən "Ev sahibinin nağılı" adlandırılmışdır. == Təhlili == Şeir 1860-cı ildə yazılanda ABŞ köləlik məsələsinə görə vətəndaş müharibəsi astanasında idi. Lonqfello ilk dəfə 1842-ci ildə "Köləlik haqqında şeirlər"in nəşri ilə abolisionist kimi açıq şəkildə ortaya çıxmışdır. Kitabın az təsir etdiyini etiraf etsə də, bu, köləlik və İttifaq məsələlərində ümumi işi bölüşməyə davam edəcəyi ən yaxşı dostu, abolisionist fəal siyasətçi Çarlz Samner üçün yazılmışdır. Cənubi Karolina ABŞ-dən ayrılan ilk ştat olduğu kimi, 20 dekabr 1860-cı ildə "The Atlantic" jurnalının 1861-ci il yanvar sayında "Pol Revirin gəzintisi" nəşr olunmuşdur. Şeir şimallıların aktuallıq hissinə müraciət etmək üçün nəzərdə tutulmuşdu və hərəkətə çağırış kimi qeyd olunur.
Vision TV (Azərbaycan)
Vision TV — 1 may 2013-cü ildən Azərbaycanda fəaliyyət göstərən internet televiziya kanalı. Yayım Azərbaycan və Türk dilində həyata keçirilir. Vision TV internet televizyasının rəsmi saytı həm də Azərbaycan Mətbuat Şurasının üzvüdür. == Haqqında == İnternet televiziyasının rəsmi saytı visiontv.az ölkədə ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Portal siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Portalın yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, özəl şirkətləri ,siyasi partiyaları, QHT-ləri aktiv əməkdaşlıq edir. Vision TV Azərbaycanda fəaliyyət göstərən internet televiziyasıdır. Vision TV internet televiziyası 1 may 2013-cü il tarixindən fasiləsiz olaraq fəaliyyət göstərir. Həmçinin 2019-cu il tarixindən Türkiyə Respublikasının "Kocaeli TV" adlı televiziya kanalı ilə həftəlik "Qardaş Saatı" və Könül bağı" adlı verilişlərlə ortaq yayım saatları başladıb.
Apple Vision Pro
Apple Vision Pro Apple'ın qarışıq reallıq eynəkləridir. 5 iyun 2023-cü ildə keçirilən Apple Worldwide Developers Konfransında təqdim edilən eynəklər 2024-cü ilin əvvəlində satışa çıxarılacaq. Eynəklər 2015-ci ildə Apple Watch-dan sonra şirkətin ilk yeni istehlakçı məhsul xətti olan Apple Vision seriyasının ilk modeldir. Apple məhsulu rəqəmsal mühitin real dünya ilə inteqrasiya olunduğu və sistemlə qarşılıqlı əlaqədə jestlər kimi fiziki girişlərin istifadə oluna biləcəyi " kosmik kompüteri " olaraq xarakterizə etdi. Vision Pro enerji adapteri və ya ayrıca batareya paketi ilə istifadə edilə bilər. == Tarixi == === İnkişaf prosesi === 2015-ci ilin may ayında Apple Almaniya əsaslı artırılmış reallıq (AR) şirkəti Metaio-nu aldı. Şirkət "Project Titan" kod adlı elektrik avtomobil layihəsində Metaio texnologiyasından istifadə etməyi hədəflədi. Həmin il Apple Dolby Laboratories -dən Mike Rockwell'i işə götürdü. Rockwell, Metaio-nun həmtəsisçisi Peter Meier və Apple Watch-un icraçı direktoru Fletcher Rothkopf'un daxil olduğu bir komanda yaratdı. Texnologiyanın İnkişafı Qrupu adlanan komanda 2016-cı ildə AR demosunu hazırladı, lakin o vaxtkı baş dizayner Jony İve və komandasının müqaviməti ilə üzləşdi.
Pol Revirin gecəyarı gəzintisi
Pol Revirin gecəyarı gəzintisi — 1775-ci ilin aprelində Leksinqton və Konkord döyüşlərindən əvvəl Britaniya qüvvələrinin yaxınlaşması barədə Amerika müstəmləkə milislərinə xəbərdarlıq. Gəzinti 1775-ci il aprelin 18-nə keçən gecə, ABŞ İstiqlal müharibəsinin ilk döyüşlərindən dərhal əvvəl baş vermişdir. Əvvəlki həftələrdə Britaniya Ordusunun fəaliyyəti o vaxt Konkordda yerləşən Massaçusets Vilayət Konqresinə qarşı planlaşdırılmış repressiyaya işarə etmişdir. Pol Revir və Vilyam Deyvs Bostonun Köhnə Şimal kilsəsinin sekstonu Robert Nyumanın Çarlztaundakı kolonistləri Çarlz çayı ilə ordunun irəliləməsi barədə xəbərdar etmək üçün fənər siqnalından istifadə etmişdir. Revir və Deyvs daha sonra on mil məsafədə olan Leksinqtonda Con Henkok və Samuel Adamsla görüşmək üçün minərək yol boyu 40-a qədər digər atlıya xəbərdarlıq etmişdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Boatner, Mark Mayo III. Encyclopedia of the American Revolution. Library of Military History. New York: David McKay. 1975. ISBN 978-0-618-00194-1.
Lyuin Devisin daxilində (film, 2013)
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-də limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.
Lyuin Devisin daxilində (film musiqisi)
Lyuin Devisin daxilində 2013-cü ildə, Koen qardaşlarının ssenari müəllifliyi və rejissorluğu ilə çəkilmiş, baş rollarını Oskar Ayzek, Keri Malliqan, Con Qudmen, Caret Hedlund və Castin Timberleykin canlandırdığı eyni adlı ABŞ filminin musiqi albomudur. 1960-cı illər Nyu-York mühitinin təsvir edildiyi film musiqisinin prodesserliyini T Bon Börnet etmiş, həmin dövrün folk musiqisi tərzindən istifadə olunmuşdur. Bob Daylanın "Farewell" və Deyv Van Ronkun "Green, Green Rocky Road" mahnıları istisna olmaqla, filmdə səslənən bütün musiqilər müasir dövrdə yazılmışdır.
Lyuin Devisin daxilində filminin qazandığı mükafatların siyahısı
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-da limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.