Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Parıltı süzgəci
Parıltı süzgəci - (ing. glare filter, ru. противобликовый фильтр) – şüşədən, şəffaf polimerdən və ya tordan hazırlanmış və elektron-şüa borusunun şüşə səthinin əks etdirdiyi parıltıları azaltmaq və ya yox etmək məqsədilə displeyin ekranının qabağına quraşdırılan süzgəc. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qırmızı üzgəcli
Qızılüzgəc (lat. Scardinius erythrophthalmus) — qızılüzgəclər cinsinə aid balıq növü. Az saylı, yerli (aborigen) növdür. == Xarakterik morfoloji əlamətləri == Ağzı başın ucunda yerləşir və yuxarıya doğru yönəlmişdir. Üzgəcləri tünd qırmızı rəngdə olur. Cinsi dimorfizm zəif inkişaf etmişdir. Azərbaycan sularından ovlanmış qızılüzgəclərin uzunluğu 33 sm-ə, kütləsi isə 590 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub çaylarda, su anbarlarında, şirinsulu körfəz və limanlarda yaşayır. Orta ömrün uzunluğu 6 ilə qədər olub, cinsi yetkinliyə 2 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
DSL süzgəc
Splitter – yüksək tezlikli kanalları bir-birindən ayırmaq və onların eyni anda bir xətdə işləməsini təmin etmək üçün nəzərdə tutulmuş qurğu. Bu qurğudan ictimai telekommunikasiya şəbəkələrində istifadə olunur. == ADSL-Splitter == ADSL-Splitter qurğusu, bir telefon xəttində ADSL-modem və danışıq (və ya faks) kanalının eyni anda işləməsini təmin edir. Kanallar işləyərkən bir-birinə heç bir maneçilik törətmir. Beləliklə istifadəçi rahatlıqla bir abonent xəttində iki funksiyadan istifadə edə bilir. == İşləmə mexanizmi və qurğu == ADSL-Splitter qurğusu səs siqnallarının tezliyini (0,3 – 3,4 kilo hers) və ADSL-modemin tezliyini (26 kilo hers – 1,4 meqa hers) bir-birindən ayırır. Bunun nəticəsində iki müxtəlif funksiyalara malik olan siqnalların toqquşmasının qarşısı alınır. Bu qurğu adətən ağ plastmas maddədən hazırlanır. Yığcamlıq nəzərə alındığına görə bu növ qurğular çox yüngül və praktik olurlar. == Qurğudakı yuvalar == ADSL-Splitter qurğusu 3 əsas yuvadan ibarətdir.
Şüaüzgəcli balıqlar
Şüaüzgəclilər (lat. Actinopterygii) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Müasir balıqların 20 000-dən çox və ya 95% növü bu yarımsinifə daxildir. Şüaüzgəclilər əksəriyyəti müasir dəniz və şirinsu hövzələrində yaşayan müxtəlif gövdə quruluşlu balıqlar yarımsinifidir. Şüaüzgəclilər uzun sümük şüalı üzgəcləri olur. Şüaüzgəclilər yarımsinfinə daxil olan balıqların əsas qrupları: paleonisklər (Palaeonis­cum), qığırdaqlı və sümüklü qanoidlər və irisümüklülərdir. Ən qədim şüaüzgəclilər şirin sularda yaşamış, paleozoyda meydana gəlmiş, mezozoy və kaynozoy dövrlərində bütün su hövzələrində üstün­lük təşkil etmişlər. Qazıntı halında çoxlu nümayəndələri məlumdur. == Ümumi xarakteristika == Müasir balıqların 95%-i (27 minə qədər) şüaüzgəclilər sinfinə aiddir. Müasir şüaüzgəclilər 35 dəstədən ibarətdir.