Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Söndürmə və qaraltma
Söndürmə, Qaraltma (Blanking) -görüntünün displeyə verilməsi zamanı elektron şüasının bir sətirdən o birinə keçid anında siqnalın qısa müddətli söndürülməsidir. Kompüterin monitorunda elektron şüası ritmik olaraq ekran boyunca qaçaraq şəkil “çəkir”. Şüa soldan sağa və yuxarıdan aşağıya dəqiq sinxronlaşdırmış sxem üzrə hərəkət edir. Sətrin sağ ucuna çatdıqda siqnal ani olaraq sönür ki, şüa növbəti sətrin başlanğıcına qayıtsın. Bu qayıdış üfüqi qayıdış, bu yerdəyişmə zamanı siqnalın verilməsindəki ani fasilə isə üfüqi qaraltma intervalı adlanır. Anoloji olaraq, siqnal displeyin sağ aşağı küncündə elə sönür ki, elektron şüası sol yuxarı küncə qayıtsın. Mövqenin belə dəyişilməsi şaquli qayıdış, uyğun fasilə isə şaquli qaraltma intervalı adlanır. Görüntünün ekrana verilməsi zamanı elektron şüası geri dönərkən iz qoymasının qarşısının alınması üçün qaraltma zəruridir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qaralama
Qaralama — müəllifin və ya redaktorun ilkin əlyazması və ya kompüter çapı. Üstündə işlənməsi onun adını dəyişmir. Redaktə edilərək yenidən yazılmış və ya çap edilmiş nüsxəsi qaralama sayılmır.
Sarata
Sarata (ukr. Сарата; keçmişdə – Qura-Kuruder) — Ukraynada şəhər tipli qəsəbə, Odessa vilayətinin Sarata rayonunun inzibati mərkəzi. == Etimologiya == Sarata (rus. duzlu) adı eyniadlı bir çaydan törəyir. Əvvəllər qəsəbənin adı Qura-Kuruder idi. Bu qəsəbə tatarlar tərəfindən qurulmuşdur. == Coğrafiyası == Qəsəbə şurasının ərazisinin ümumi sahəsi 2187 hektardır, qəsəbənin ərazisinin ümumi sahəsi isə 1132 hektardır. == İnfastruktur == Qəsəbədə 1,022 fərdi ev və 2,193 mənzil var. Kənd ərazisində regional əhəmiyyətli büdcə təşkilatları var. Qəsəbədə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən bir neçə istehsal müəssisəsi də fəaliyyət göstərir.
Qabarcıq sıralama
Qabarcıqlı nizamlama və ya qabarcıqlı sıralama (ing. Bubble sort) — iki qonşu elementi müqayisə etməklə və əgər onlar səhv nizamda isə onların yerini dəyişməklə verilən siyahını təkrarla yoxlayaraq, sıralayan alqoritmdir. Alqoritmin performansı aşağıdakı kimidir: ən yaxşı vaxt = O ( n ) {\displaystyle O(n)} orta vaxt = O ( n 2 ) {\displaystyle O(n^{2})} == Addım-addım nümunə == "5 1 4 2 8" şəklində bir massiv götürək, və massivi artma sırasına görə sıralayaq. Hər bir addımda müqayisə olunan elementlər tünd qara ilə göstərilib. Sona qədər sıralama üçün 3 keçid lazımdır. Birinci keçid: ( 5 1 4 2 8 ) → {\displaystyle \to } ( 1 5 4 2 8 ), Burada alqoritm ilk iki elementi müqayisə edir və 5>1 olduğu üçün 5 ilə 1-in yerini dəyişir. ( 1 5 4 2 8 ) → {\displaystyle \to } ( 1 4 5 2 8 ), 5 > 4 olduğu üçün ( 1 4 5 2 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 > 2 olduğu ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 < 8, heç bir dəyişiklik olmur. İkinci keçid: ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ) ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ), 4 > 2 olduğu üçün ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) Hal - hazırda massiv artma sırasına görə sıralanıb (nizamlanıb). Amma alqoritm bunun belə olduğunu bilmədiyi üçün elementlərin yerini dəyişmədən birdaha elementləri müqayisə edəcək. Üçüncü keçid: ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) == İmplementasiyası == Python dilində implementasiya aşağıdakı kimi olar.
Sıralama alqoritmi
İnformatikaa nizamlama alqoritmi siyahıdakı elementləri müəyyən bir nizamla (sıra ilə) düzmək üçün istifadə olunan alqoritmdir.
Təsadüfi sıralama
Təsadüfi nizamlama və ya Axmaq nizamlama - kompüter elmlərində yalnız təhsil(nümunə) məqsədi ilə istifadə olunan səmərəsiz nizamlama alqoritmidir. Bir dəstə oyun kartını bu alqortim ilə nizamlamaq istəndiyində, dəstənin sıralı olub olmadığına baxılar, əgər dəstə sıralı deyilsə havaya atılaraq yerə düşən kartlar yenidən toplanır. Bu əməliyyat kartlar sıralanana qədər davam edir.
Sarolta Zalatnay
Sarolta Zalatnay (tam adı: Sarolta Zalatnay, mac. Zalatnay Sarolta; 17 dekabr 1947 və ya 14 dekabr 1947, Budapeşt) — Macarıstan pop müğənnisi, yazıçı və aktrisa. == Diskoqrafiya == Ha fiú lehetnék (LP: 1970, CD: 2000) Zalatnay (LP: 1971, CD: 2000) Álmodj velem (LP: 1972, CD: 1994) Sarolta Zalatnay (Supraphon, (1973) Hadd mondjam el (1973) Szeretettel (1975) Színes trikó, kopott farmer (1976) Minden szó egy dal (1978) Tükörkép (1980) Nem vagyok én apáca (válogatás, 1985) Cini vagyok (1986) Privát levél (1988) Ave Maria (1989) Mindig kell egy barát (1995) Fák, virágok, fény (1998) Visszajöttem!
Sürətli sıralama (Quicksort)
Sürətli nizamlama (ing. Quicksort) alqoritmi Tony Hoare tərəfindən 1959 -cu ildə hazırlanmış və 1961 -ci ildə nəşr olunmuş, nizamlama alqoritmidir. Sürətli nizamlama alqoritmi rekursiv alqoritmdir, parçala və idarə etmə alqoritminə əsaslanır. Sürətli nizamlama alqoritminin riyazi analizləri göstərir ki, alqoritm n elementi nizamlamaq üçün ortalama O(n log n) müqayisə əməliyyatı yerinə yetirir. Ən pis halda isə O(n2) əməliyyat yerinə yetirir. == İşləmə mexanizmi == Sürətli nizamlama alqoritmi parçala və idarə etmə alqoritmidir. Sürətli nizamlama əvvəlcə massivi iki kiçik massivə bölür: kiçik elementlər massivi və böyük elementlər massivi. Sonra rekursiv olaraq bu massivləri sıralayır. Massiv boş olduqda və bir elementdən ibarət olduqda onu nizamlamağa ehtiyac olmur. Bu iki hal sürətli nizamlama alqoritmində əsas hal (base case) adlandırılır.
Əlavə etməklə sıralama
Artırmalı nizamlama (ing. insertion sort ~ ru. сортировка вставкой ~ tr. eklemeli sıralama) – siyahıda bir elementdən başlayıb, yeni elementləri bir-bir lazım olan yerlərə qoymaqla siyahının yenidən qurulmasından ibarət nizamlama alqoritmi. Artırmalı nizamlama massivlərlə işlərkən səmərəli olmur (elementlərin daim yerlərini dəyişdirilməsi səbəbindən), ancaq əlaqəli siyahıların çeşidlənməsi üçün ideal uyğun gəlir. Proqramlaşdırması olduqca sadə olan ancaq performans baxımından digər sıralama alqoritmlərindən zəifdir. Alqoritmin adı seçilən elementin sıralanmış massivdə uyğun yerə əlavə edilməsindən gəlir. İşləməsinə aşağıdakı nümunə üzərində baxaq. 3 4 2 8 ilk rəqəmdən başlayaq.(3) Birinci gedişdə sadəcə 3 sıralanır yəni heç nə etmirik. 3* 4 2 8(* simvolu O ana qədər sıraladığımız rəqmləri göstərir.
Dənizkənarı Şaranta
Dənizkənarı Şaranta (fr. Charente-Maritime) — Fransanın qərbində Yeni Akvitaniya regionunda yerləşən departament, sıra nömrəsi-17, inzibati mərkəzi isə La Roşel şəhəridir. 2010-cu ildə departamentlər arasındakı əhali siyahısına görə 39-cu sırada yer almışdır. == Coğrafiyası == Departament ərazisi 6864 km²-dir. Ərazi vasitəsilə Şaranta, Qaronna çayı cənubdan departamentin sərhədini təşkil edir. Departamentin qərbində, Oleron adasının yaxınlığında, Stridiya ənənəvi olaraq yetişdirilməkdədir. === İnzibati bölgüsü === Departament 5 rayona, 51 kantona və 472 kommuna bölünmüşdür.
Puatu-Şaranta
Puatu-Şarant (fr. Poitou-Charentes, IPA: [pwatu ʃaʁɑ̃t]) Fransanın qərbində bir bölgədir. Paytaxtı Puatu şəhəridir.
Şaranta (departament)
Şaranta (fr. Charente, MFA (fr.): [ʃa.ʁɑ̃t]) — Fransanın Yeni Akvitaniya regionunun departamentlərindən biri. Sıra nömrəsi — 16. İnzibati mərkəzi — Anqulem. Əhalinin sayı 364 429 nəfərdir. == Coğrafiya == Sahəsi — 5956 km². Şaranta fiziki, geoloji və iqlim baxımından Akvitaniya havzasına aiddir və onunla birlikdə Şaranta dəniz qırağı və Dordoqne şimal ucunun qonşu şöbələri ilə formalaşır. Həm də bir əlaqə departamenti, çünki bir tərəfdən, şimalda, Akita hövzəsini Paris havzasından ayıran Poitou ərəfəsi ilə, və şərqdə, Massif Mərkəzi ilə sərhəddədir. Şərq sonunda yəni 367 metr yüksəklikdə olan Montrollet ilə departamentin ən yüksək nöqtəsidir. == Tarix == Şaranta, 1790-cı ilin mart ayında Böyük Fransız İnqilabında yaranan ilk departamentlərdən biri idi.
Şarlama şəlaləsi
Şarlama şəlaləsi — Başqırdıstan Respublikasının Dövləkən rayonunda, Buqulma-Belebey yüksəkliyi ərazisində yerləşən şəlalə. Şəlalənin hündürlüyü 12 metrdir. Yay ayları su sərfiyyatı azaldığından çşəlalə demək olar ki yoxa çıxır. Asılıkul gölündən 4 km aralıda yerləşir (Başqırdıstanın ən böyük gölüdür.) Şarlama şəlaləsi təbiət parkı ərazisində yerləşir. == İstinadlar == == Mənbə == Vikianbarda Şarlama ilə əlaqəli mediafayllar var.
Akvitaniya-Limuzen-Puatu-Şaranta
Yeni Akvitaniya (fr. Nouvelle-Aquitaine) — Fransanın cənub-qərbində bir bölgədir.