Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daşların sirdaşı (film, 2012)
== Məzmun == Film Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət haqqındadır.
Daşların sirdaşı... AMEA-nın müxbir üzvü Məşədixanım Nemət (2012)
== Məzmun == Film Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət haqqındadır.
İşığın sınması
İşığın sınması — iki şəffaf mühitin sərhədindən keçərkən işığın yayılma istiqamətinin dəyişməsi. Hələ Aristotelə məlum olduğuna baxmayaraq sınma qanununu Snellius müəyyən etmiş, riyazi ifadəsini isə Rene Dekart vermişdir. İşıq şüası sıxlıqları müxtəlif olan iki şəffaf mühiti (məsələn, hava-su, hava-şüşə, şüşə-su və s.) ayıran səthə düşdükdə onun bir hissəsi səthdən qayıdır, digər hissəsi isə bu iki mühitin sərhədindən keçərək yayılma istiqamətini dəyişir. • İşıq şüasının bir mühitdən digər mühitə keçərkən bu mühitlərin sərhədində öz istiqamətini dəyişməsi işığın sınması adlanır. Burada, AO – düşən şüa, OB – sınan şüa, CD – düşmə nöqtəsindən (O nöqtəsi) iki mühiti ayıran səthə çəkilən perpendikulyar, α – düşmə bucağı, γ (qamma) – sınma bucağıdır. Suyun sıxlığı havanın sıxlığından böyük olduğundan işıq şüası havadan suya keçərkən öz istiqamətini dəyişir və CD perpendikulyarına yaxınlaşır. Əgər su daha böyük sıxlığa malik mühitlə, məsələn, şüşə ilə əvəz olunarsa, sınan şüa perpendikulyara daha çox yaxınlaşar. İşıq şüası sıxlığı kiçik olan şəffaf mühitdən sıxlığı böyük olan şəffaf mühitə keçdikdə sınma bucağı düşmə bucağından kiçik olur. Sıxlıqları müxtəlif olan iki şəffaf mühiti ayıran sərhədə perpendikulyar düşən işıq şüası ikinci mühitə sınmadan keçir. Aparılan araşdırmadan işığın sınma hadisəsi üçün iki nəticə müəyyən etdiniz: birincisi, hava-su səthinə düşən şüa, sınan şüa və düşmə nöqtəsindən bu iki mühitin sərhədinə qaldırılan perpendikulyar müstəvi lövhə üzərində yerləşir; ikincisi, düşmə bucağını böyütdükdə sınma bucağı böyüyür, düşmə bucağını kiçiltdikdə isə sınma bucağı da kiçilir.
İbrahim Şinasi
İbrahim Şinasi (1826 - 13 sentyabr 1871) — Osmanlı dövləti zamanında İstanbul şəhərində doğulan jurnalist, şair və dramaturq. Şinasi XIX əsr yeni türk ədəbiyyatının yaradıcılarındandır. O, eyni zamanda Türkiyədə jurnalistikanın qabaqcıl nümayəndələrindən, fransız dilindən olunan mənzum tərcümələrin, ilk səhnə əsərlərinin müəlliflərindən biridir. == Həyatı == İbrahim Şinasi 1824-cü ildə İstanbul ətrafında yerləşən Topxanada anadan olmuşdur. Atası 1828-ci ildə rus-türk müharibəsində həlak olmuşdur. Bundan sonra ailənin bütün qayğısını çəkmək Şinasinin anasının üzərinə düşür. O, oğlunun təhsilinə xüsusi maraq göstərir. Buna görə də İbrahimi Topxanadakı məhəllə məktəbinə qoyur. Təhsilini başa vurduqdan sonra atasının dostları Şinasini Topxanada dövlət dairələrindən birində yazı işləri bürosuna işə düzəldirlər. Bura avropasayağı bir yer idi.
Gənclər sədası
Gənclər sədası — Çar dövründə Bakıda Azərbaycan və rus dillərində nəşr olunan həftəlik qəzet. "Qafqaz müsəlman mütəəllimlərinin mərkəzi komitəsinin" mətbu orqanı idi. İlk nömrəsi 1917-ci il oktyabrın 9-da çıxan qəzetin nəşri həmin ilin sonunadək davam etmişdir. 6 səhifəlik qəzetin 3 səhifəsində Azərbaycan dilində materiallar, qalan 3 səhifədə isə həmin yazıların rus dilinə tərcüməsi verilirdi. Bakıda Nikolayevski küçəsində, "İsmailiyyə" binasında yerləşirdi. Qəzetin əsas məzmunu Qafqazda elm və təhsilin inkişafı, müəllimlərin üzləşdiyi çətinliklər və ədəbi şəxsiyyətlərin təbliği idi. Ölkədəki siyasi vəziyyətlə əlaqədar olaraq qəzet yarandığı il də nəşrini dayandırır.
Sumqayıtın əks-sədası (film, 1992)
== Məzmun == Film 1988-ci ildə Sumqayıtda baş verən hadisələrdən bəhs edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Eyruz Məmmədov, Nadejda İsmayılova, Davud İmanov Quruluşçu rejissor: Davud İmanov Quruluşçu operator: Rövşən Quliyev Musiqi tərtibatı: Rauf Əliyev Səs operatoru: Teymur Abdullayev Operator: Ramiz Ağayev, Nadir Mehdiyev Rejissor assistenti: Nazim Məmmədov, İlham Salmanov Operator assistenti: [Sadıq Kərimov Səs texniki: Fazil Əfşani Montaj edən: Nelli Mahmudova, Nailə Dadaşova Məsləhətçi: Vladimir Lebedev (MTN polkovniki) Filmin direktoru: Rimma Abdullayeva == İstinadlar == == Mənbə == Akif Cabbarlı, Bəşir Şərifli. "Sumqayıtın əks-sədası" filmi necə yarandı?.. Azərbaycan.- 2011.-27 fevral.- S. 7.