Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Topuqlu
Totuqlu və ya Topuqlu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Gədəbəy rayonunun Qoşabulaq inzibati ərazi vahidliyindədir. == Tarixi == == Toponimikası == Topuqlu oyk., sadə. Gədəbəy r-nunun Qoşabulaq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Totuqlu variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsi 1910-cu illərdə Totux adlı bir nəfərin saldığı binə yerində yarandığı üçün belə adlanmışdır. Topuq toponimiyada daban termininin sinonimi olub, kəndin dağ ətəyində, aşağıda yerləşdiyini bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 221 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Totuqlu

Tozcuq
== Tozcuq hüceyrəsi == Tozcuq hüceyrəsi bitkinin çiçəyindəki erkəkciyin tozluğunda yerləşir və orada yaranır. Tozcuq tam inkişaf etdikdə erkəkcik tozluğu yırtılır və tozcuq hüceyrələri dişicik ağızcığına düşür. Bu proses Tozlanma prosesi adlanır. Tozcuq — birhüceyrəli, bəzən çoxhüceyrəli, tozcuq dənələri adlanan əmələgəlmələr: toxumlu bitkilərin (toxumlu ayıdöşəyilər, çılpaq və örtülütoxumlu bitkilər) tozluğunda inkişaf edir və çoxalma prosesində iştirak edir. Tozcuq dənəsi daxili qat – intin və xarici qat – ekzindən ibarət sporoderm — örtük içərisində yerləşən protoplastdan ibarətdir. Qazıntı halında yalnız ekzinə rast gəlinir. Tozcuq dənəsinin səthində məsamələr, şırımlar və skulptur əmləgəlmələr müşahidə edilir. Tozcuq forması, məsamə və şırımların sayı, skulpturun səciyyəsi hər bitki növü üçün fərqləndirici əlamətlər olub bitkilərin təyinində istifadə edilir. Fossil tozcuqların tədqiqinin onun yerləşdiyi çöküntülərin (xüsusilə kontinental) nisbi yaşını təyin etmək, bitkilərin filogeniyası, floranın tarixi və b. məsələlərin həllində böyük əhəmiyyəti vardır.