Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sara Marşallı unutmaq
Sara Marşallı unutmaq (ing. Forgetting Sarah Marshall) — Nikolas Stollerin rejissorluğu ilə 2008-ci ildə çəkilmiş amerikan romantik komediya filmi. Filmin ssenari müəllifi Ceyson Siqel, icraçı prodüseri isə Cadd Apatoudur. Filmin çəkilişləri 2007-ci ildə Havay adalarında yerləşən Turtle Bay Resort-da baş tutub. Filmin davamı və spin-offu olan "Onu Yunan Teatrına apar" 2010-cu ildə işıq üzü görüb. == Məzmun == Musiqi bəstəkarı Piter Bretter, Sara Marşall adlı teleserial ulduzu ilə münasibətdədir. Beş il davam edən münasibətdən sonra Sara ondan ayrılır. Piter, ayrılığı unutmaq üçün Havay adalarına istirahət üçün getmək qərarına gəlir. Lakin o, tətildə olarkən təsadüfən Sara və onun yeni sevgilisinin də orada olduğunu öyrənir. == İstinadlar == == Xarici keçidlər == Forgetting Sarah Marshall — Internet Movie Database saytında.
Yuxma Mişşi
Yuxma Mişşi (çuvaş Юхма Мишши, 10 aprel 1936, Suqut kəndi, Batırevsk rayonu, Çuvaş Respublikası) — Çuvaş şairi, nasiri, dramaturqu, tərcüməçisi və pedaqoqu, Çuvaş Respublikasının Xalq yazıçısı (1993). == Həyatı == Yuxma Mişşi (Mixail Nikolayeviç İlin) 10 aprel 1936-cı ildə Çuvaş Respublikasının, Batırevsk rayonu, Suqut kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndində bitirmiş, daha sonra I. Y.Yakovlev adına Çuvaş Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır. O, həmçinin A.V.Lunaçarski adına Moskva Teatr Sənəti İnstitutunun Ali teatr kurslarını bitirmişdir. Yuxma Mişşi müxtəlif dövrlərdə Çuvaş Respublikası Tarix-Diyarşünaslıq Muzeyində elmi işçi, 6 saylı Çeboksarı orta məktəbində müəllim, Çuvaş Respublikası Nazirlər Sovetində müfəttiş, Çuvaş Kitab Nəşriyyat Evinin redaktoru və "Vuçax" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. XX yüzilliyin 50-ci illərdən başlayaraq doğulduğu bölgədə yayınlanan "Avangard" qəzetində nəşr olunmağa başlamışdır. 1993-cü ildə ədəbi yaradıcılıq sahəsində qazandığı uğurlara görə Çuvaş Respublikasının Xalq yazıçısı fəxri adına layiq görülmüşdür. == Yaradıcılığı == Yuxma Mişşi bir çox tarixi roman və hekayələrin, əfsanə və hekayələr toplusunun, esse, dram və şeir kitablarının müəllifi kimi tanınır. Onun həmçinin qədim və orta əsrlər tarixi, çuvaş xalqlarının folkloru və mifologiyasına dair tədqiqatları vardır. Yuxma Mişşinin əsərləri dünyanın müxtəlif dillərində nəşr edilmişdir.