Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Özçəkim
Selfi (ing. selfie) — rəqəmsal kamera, kameralı mobil telefon və ya planşet ilə çəkilən avto-portret fotoşəkli növüdür. Bu fotoşəkillər, ümumiyyətlə, gündəlik anlardan və bir kamera ilə yuxarıdan qol boyu məsafəsində ya da güzgü qarşısında çəkilir. Hamı tərəfindən böyük marağa, əyləncəyə səbəb olan selfilər daha çox Instagram, Facebook, Twitter , Google+, Linkedin, Foursquare, Picassa və s. buna bənzər sosial şəbəkələrdə daha məşhurdur. Sıravi insanlardan tutmuş, məşhur yerli və dünya siyasətçiləri, şou-biznes əhli "selfi" stilində şəkillər çəkir və onu sosial şəbəkələrdə paylaşırlar. Məsələn, çox danışılan "selfi"lərdən biri ABŞ prezidenti Barak Obamanın Afrika lideri Nelson Mandelanın anım mərasimində Danimarka və İngiltərə baş nazirləri ilə birgə çəkdiyi "selfi"si və həmin şəklin sosial şəbəkədə paylaşması olub. Əksər dillərdə elə selfi kimi deyilməsinə baxmayaraq, bununla bağlı Türkiyədə bu sözün Türkiyə türkcəsinə tərcümə olunması mövzusu da olmuşdur. Bunun üçün Türk Dil Qurumuna müraciət də olunmuşdu. Türk Dil Qurumu isə Qərb mənşəli olan bu sözün Türkiyə türkcəsinə tərcümə olunması üçün heç bir təklif irəli sürmədi.