Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xoşalan (Urmiya)
Xoşalan (fars. ‎‎‎خوش الان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 281 nəfər yaşayır (51 ailə).
Rosenhan eksperimenti
Rosenhan eksperimenti — 1972-ci ildə ABŞ psixoloqu David Rosenhan (Stanford Universitetinin professoru) tərəfindən aparılmışdır. Təcrübə çöl eksperimenti və hadisənin öyrənilməsi metodlarına aiddir. Təcrübə psixiatrik klinikalarda qoyulan diaqnozların nə dərəcədə həqiqətə uyğun olduğunu yoxlamaq məqsədi daşıyırdı. Təcrübə iki hissədən ibarət idi. Birinci hissədə 8 nəfər iştirakçı uydurulmuş mental problem simptomu ilə müxtəlif psixiatrik klinikalara müraciət etdilər. Təcrübənin ikinci hissəsində bir neçə psixiatrik klinikaya xəbər verildi ki, növbəti üç ayda bir neçə şəxs onlara uydurma simptomlarla müraciət edəcək. == Təcrübənin birinci hissəsi == Təcrübənin iştirakçısı olan səkkiz psevdopasient (yalandan xəstə) müxtəlif sosial qruplardan seçildi. Qrupun tərkibi belə idi: 20 yaşlarında psixologiya ixtisaslı universitet məzunu, pediatr, psixiatr, rəssam, evdar qadın, və üç psixoloq (Rosenhan onlardan biri idi). Onların hamısı təcrübədə psevdonimlərlə iştirak edirdilər. Təcrübə ərzində səkkiz iştirakçı Amerikanın müxtəlif ştatlarında yerləşən müxtəlif səviyyəli 12 psixiatrik klinikaya xəstə kimi müraciət etdilər.