Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yamaqata (Yamaqata)
Yamaqata (yap. 山形市) — Yaponiyanın Honşu adasında olan Tohoku regionunda yerləşən Yamaqata prefekturasının eyniadlı paytaxtı.
Hamarlama
Cilalama- materiallarda kiçik abrazivlərlə aparılan mexaniki emal növü. İncə emal üsullarına aid olub metalların və qeyri-metallar ın emalında tətbiq olunur. Materialın üst səthi mexaniki, kimyəvi və elektrolit üsulları ilə ovularaq səthdə minimum kələkötürlük və parıltılıq yaradılır. Aşağıdakı cilalama üsulları mövcuddur: Əl ilə cilalama (fərdi istehasalatda tətbiq olunur) Maşınla cilalama (seriyalı və kütləvi istehsalda) Hidroabraziv cilalama (iriseriyalı və kütləvi istehsal) Ultrasəs cilalama (bərk xəlitələrin emalı) Elektrolit cilalama (kütləvi istehsal) Kimyəvi-mexaniki cilalama (bərk xəlitələrin emalı) Cilalama prosesini aparmaq üçün əsas və köməkçi materiallardan istifadə edilir. Əsas material kimi ölçüləri 0,05–50 mkm həddində olan abraziv materiallar (almaz, korund, karbidlər) tətbiq olunur. Köməkçi materiallar kimi isə əsasən emal növündən asılı olaraq yağlayıcı maddələrdən (yağ, kerosin, su, stearin, çarezin, duz məhlullarından ibarət pastalar) istifadə olunur. == Həmçinin bax == Ovuc daşlayıcı == Mənbə == Əliyev, R. Maşınqayırma leksikonu. Bakı, Apostroff, I hissə, 2012.
Tamamlama əməliyyatı
Tamamlama əməliyyatı — maşınqayırmada tətbiq olunan finiş əməliyyatı olub, yüksək dəqiqilik və təmizlik tələb olunan hissələrin səthlərinin son emalında tətbiq taır. Tamamlama əməliyyatında emal olunan səthin xüsusiyyətlərinə təsir etmək üçün müxtəlif üsullardan istifadə edilir. Buraya kəsmə ilə mexaniki, elektrokimyəvi və elektrofiziki emal üsulları daxildir. Ən geniş yayılmış nazik emal payı çıxartmaqla işləyən yonma, frezləmə, şevinqləmə, pardaqlama, sürtmə və çatdırma, cilalama, honalama və superfinişləmə üsullarıdır. Bundan əlavə yonqar çıxartmamaqla, səthin soyuq halda təzyqi altında emalı: diyirləmə, döymə və s. tətbiq olunur. Həmçinin səthin keyfiyyətini artırmaq məqsədilə diyircəklə sığallama üsullarından istifadə edilir. Bu üsullarda səthdə olan nahamarlıqlar əzilərək kiçildilir və müəyyən dərəcədə baş verən plastik deformasiya sayəsində səthin bərkliyi artır. Elektrofiziki və elektrokimyəvi üsulları çox vaxt kəsmə ilə çox çətin emal olunan və mürəkkəb həndəsi formaya malik olan hissələrin səthlərinin finiş olunmasında istifadə eidlir. Buraya anod-mexaniki emal, elektro-qığılcımlı emal, elektroimpuls üsullarını göstərmk olar.
Avto-tamamlama
Avtotamamlama və ya avtodoldurma — tətbiqin istifadəçinin yazdığı sözün qalan hissəsini təxmin etdiyi xüsusiyyət. Android və iOS smartfonlarında buna "təxmin edilən mətn" deyilir. Qrafik istifadəçi interfeyslərində istifadəçilər adətən təklif edilən mətni qəbul etmək üçün tab düyməsini və ya bir neçəsi arasından birini seçmək üçün aşağı ox düyməsinə basa bilərlər. Avtomatik tamamlama mətn daxiletmə sahəsinə bir neçə simvol daxil edildikdən sonra istifadəçinin daxil etmək niyyətində olduğu sözü düzgün təxmin etdikdə insan-kompüter qarşılıqlı əlaqəsini sürətləndirir. O, məhdud sayda mümkün sözlər olan yerlərdə (məsələn əmr sətrində), daha ümumişlək sözlər istifadə olunduqda (məsələn, e-poçt yazarkən) və ya strukturlaşdırılmış və təxmin edilə bilən mətnin yazılmasında (mənbə kodu redaktorlarında olduğu kimi) daha yaxşı işləyir. İstifadəçilər sözləri bir neçə dəfə yazdıqdan sonra bir çox avtomatik tamamlama alqoritmləri həmin sözləri öyrənir və istifadəçinin öyrənilmiş vərdişləri əsasında alternativlər təklif edə bilir. == İzahı == === Əsas məqsəd === Sözlərin təxmin edilməsi proqramının ilkin məqsədi fiziki qüsurlu insanlara yazma sürətini artırmaqda kömək etmək, həmçinin bir sözü və ya cümləni tamamlamaq üçün basılacaq düymələrin sayını azaltmağa kömək etmək idi. Sürətin artırılması zərurəti, nitq aparatlarından istifadə edən insanların şifahi nitqdən istifadə edən insanlardan 10%-dən az sürətlə nitq istehsal etməsi ilə yaranır. Lakin bu funksiya mətn yazan hər kəs, xüsusən də texniki və ya tibbi xarakter daşıyan uzun, çətin terminologiyadan tez-tez istifadə edən həkimlər kimi insanlar üçün çox faydalıdır. === Açıqlama === Avtomatik tamamlama və ya sözü tamamlama sözün ilk hərfi və ya hərfləri yazıldıqda proqramın bir və ya bir neçə mümkün sözü təxmin edə bilməsidir.
Avtomatik tamamlama

Yamaqata (şəhər)
Yamaqata (yap. 山形市) — Yaponiyanın Honşu adasında olan Tohoku regionunda yerləşən Yamaqata prefekturasının eyniadlı paytaxtı.
Yamaqata prefekturası
Yamaqata prefekturası (yap. 山形県 Yamagata ken) — Yaponiyanın Honşu adasında yerləşən Tohoku regionunda prefektura.
Yamaqata Universiteti
Yamaqata Universiteti (YU) (山形大学, Yamagata daigaku) — Yaponiyanın Yamaqata prefekturasınında milli universitet. Universitetin korpusları Yamaqata, Yonezava və Tsuruoka şəhərlərində yerləşir. Times Higher Education jurnalının açıqlamasına görə 2016-2017-ci illər üzrə Dünya Universitetləri Reytinqində Yamaqata Universiteti dünyanın ən yaxşı 980 universiteti arasında 600-800-cü yerdə qərarlaşıb. Yamaqata Universiteti Tohoku bölgəsinin ikinci ən böyük universitetdir. Universitet 4 kampusda fəaliyyət göstərən 6 fakültə və 6 magistratura məktəbindən ibarətdir. == Kampusları və kollecləri == Yamaqata Universiteti dörd əsas kampusdan ibarətdir: Yamaqata-Kojirakava Yamaqata-Iida Yonezava Tsuruoka === Kampusları === ==== Kojirakava kampusu ==== İnzibati Büro Təhsil, İncəsənət və Elm fakültəsi İbtidai təhsil Musiqi İncəsənət İdman Mədəniyyətlərarası Tədqiqatlar Qida Elmləri və Qidalanma Ətraf Mühit və Kosmos Dizaynı Sistem Elmləri və İnformasiya Tədqiqatları Ədəbiyyat və Sosial Elmlər fakültəsi Elmlər fakültəsi Universitet Kitabxanası Universitet Muzeyi Kooperativ Araşdırmalar mərkəzi Xarici Dillər üzrə Təhsil mərkəzi Məlumat mərkəzi Beynəlxalq mərkəz Şəbəkə və Hesablama Xidməti mərkəzi Radioizotop laboratoriyası Ali Təhsil Araşdırma mərkəzi Müəllimlərin Hazırlığı Araşdırma mərkəzi Səhiyyə İdarəetmə mərkəzi İdman zalı ==== Lida kampusu ==== Tibb fakültəsi Universitet xəstəxanası Universitet kitabxanası Mərkəzi Tədqiqat və Təhsil laboratoriyası Ətraf Mühitin Mühafizəsi mərkəzi Radioizotop laboratoriyası Molekulyar Genetika üzrə Tədqiqat laboratoriyası Universitetə ​​bağlı xüsusi məktəb İdman zalı ==== Yonezava kampusu ==== Mühəndislik Fakultəsi Universitet kitabxanası (Mühəndislik şöbəsi) Kooperativ Araşdırmalar mərkəzi İnkubasiya mərkəzi Şəbəkə və Hesablama Xidmətləri mərkəzi Venture Business Laboratory (VBL) Səhiyyə İdarəetmə mərkəzi (Yonezava filialı) İdman zalı ==== Tsuruoka kampusu ==== Kənd Təsərrüfatı fakültəsi Universitet ferması Universitet meşəsi Universitet kitabxanası (Kənd Təsərrüfatı filialı) Şəbəkə və Hesablama Xidməti mərkəzi (Tsuruoka filialı) Molekulyar Genetika üzrə Tədqiqat laboratoriyası (Tsuruoka filialı) Radioizotop Tədqiqat Laboratoriyası (Tsuruoka filialı) Səhiyyə İdarəetmə mərkəzi (Tsuruoka filialı) İdman zalı === Fakültələri === Yamaqata Universitetinin 6 fakültədən ibarətdir: Ədəbiyyat və Sosial Elmlər Fakültəsi Təhsil, İncəsənət və Elm Fakültəsi Elmlər Fakültəsi Tibb fakültəsi Mühəndislik Fakultəsi Kənd Təsərrüfatı fakültəsi === Ali məktəbləri === Yamagata Universiteti altı aspirantura məktəbindən və birləşmiş magistr kursundan ibarətdir: Sosial və Mədəni Sistemlər Ali məktəbi Ali Təhsil məktəbi Elmlər məktəbi Ali Tibb məktəbi Ali Mühəndislik məktəbi Kənd Təsərrüfatı Elmləri Ali məktəbi Kənd Təsərrüfatı Elmləri Birləşmiş Lisans məktəbi === Tədqiqat mərkəzləri === Universitet ferması Universitet meşəsi Universitet xəstəxanası Universitet kitabxanaları (Mərkəzi, Tibb, Mühəndislik, Kənd Təsərrüfatı) Universitet muzeyi Mərkəzi Tədqiqat və Təhsil Laboratoriyası Kooperativ Araşdırma mərkəzləri Xarici Dillər üzrə Təhsil mərkəzi Ətraf Mühitin Mühafizəsi mərkəzi İnkubasiya mərkəzi Məlumat mərkəzi Beynəlxalq mərkəz Laboratoriya Heyvanları mərkəzi Şəbəkə və Hesablama Xidmətləri mərkəzləri Radioizotop laboratoriyası Vençur Biznes Laboratoriyası (VBL) Molekulyar Genetika üzrə Tədqiqat laboratoriyaları Ali Təhsil Araşdırma mərkəzi Müəllimlərin Hazırlığı Araşdırma mərkəzi === Digər mərkəzləri === Səhiyyə İdarəetmə mərkəzləri Universitetə ​​bağlı məktəblər (uşaq bağçası, ibtidai məktəb, orta məktəb və xüsusi məktəb) == Əlaqələri == Yamaqata Universiteti 18 ölkədə 48 universitet və institutla bağlıdır. Universitet 9 müxtəlif ölkədə 25 institutla Beynəlxalq mübadilə müqavilələri saxlayır.
Barmaqlama (seksual akt)
Barmaqlama ― adətən vulva (klitoris daxil olmaqla) və ya vaginanı cinsi baxımdan stimullaşdırmaq üçün barmaqlardan və ya əllərdən istifadə prosesi/ Barmaqlama insan anusunu cinsi baxımdan stimullaşdırmaq üçün barmaqlardan istifadəni də əhatə edə bilər. Barmaqlama təkbaşına (masturbasiya), cinsi partnyor tərəfindən və ya onunla müştərək formada edilə bilər. Cinsi partnyor tərəfindən vulva və ya vagina üzərində həyata keçirildikdə, bu, qarşılıqlı masturbasiya formasıdır.
On’a tamamlama
On’a tamamlama – ten’s complement ~ дополнение до десяти ~ on'a tümler ~ on’a tamamlama – onluq say sistemində başqa bir ədədin dəqiq tamamlayıcısı olan ədəd. Tamamlayıcı ədəd ya verilmiş ədədin hər bir rəqəmini say sisteminin əsasından 1 vahid az olan ədəddən çıxmaq və nəticəyə 1 əlavə etməklə, ya da verilmiş ədədi say sisteminin əsasının növbəti qüvvətindən çıxmaqla alınır. Məsələn, 25 ədədinin on’a tamamlaması 75-dir və bu ədəd ya 25-in hər bir rəqəmini 9-dan (ədədin olduğu say sisteminin əsasından 1 vahid az olan ədəddən) çıxmaq (9 – 2 = 7, 9 – 5 = 4) və nəticəyə 1 əlavə etməklə alınır (74 + 1 = 75), ya da 25 ədədini say sisteminin əsasının növbəti qüvvətindən çıxmaqla alınır (100 – 25 = 75). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şirayto şəlaləsi (Yamaqata)
Şirayto şəlaləsi (白糸の滝, Shiraito no taki) – Yaponiyanın Yamaqata prefekturasının Tozava şəhərinin Furukuçi rayonunda yerləşən şəlalə. Moqami çayının bir qolu üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir. Moqami çayı Moqami dərəsindən keçərkən dəniz səviyyəsindən 300-500 metr hündürlükdə 48 şəlalə tökülür. Şirayto şəlaləsi onların ən böyüyüdür. Şəlalənin aşağısında Fudo Myooya həsr olunmuş kapella tikilmişdir. Şəlalənin yaxınlığında Kusanaqi onseni yerləşir.