Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zəhranur Aydəmir
Zəhranur Aydəmir (1998, Ankara ili) — proqram mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Zəhranur Aydəmir 1998-ci ildə Ankarada anadan olub. 2021-ci ildə TOBB İqtisadiyyat və Texnologiya Universiteti Sənaye Mühəndisliyi Bölməsindən, 2023-cü ildə isə həmin universitetin Kompüter Mühəndisliyi Bölməsindən məzun olub. Proqram mühəndisi olaraq çalışır. 2016-cı ildən AK Partiyasının üzvüdür. AK Partiyası Ankara il şöbəsinin gənclər qanadında Siyasi və Hüquqi İşlər Komissiyasının üzvü, həmçinin AK Partiyası gənclər qanadının İdarə Heyətinin üzvü, gənclər qanadının xarici işlər üzrə şöbənin sədri vəzifələrində çalışıb. 2023-cü il mayın 14-də AK Partiyasının namizədi olaraq Ankara ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə və almanca bilir. Evlidir.