Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ziyaran
Ziyaran — İranın Qəzvin ostanının Abyek (Oba) şəhristanının Mərkəzi bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 3,749 nəfər yaşayır (1,251 ailə). === Milli tərkibi === Əhalisi tatlardan ibarətdir və tat dilində danışırlar.
Ələkbər Ziyatay
Ələkbər Ziyatay (tam adı: Ələkbər Həsən oğlu Cəfərov; 21 dekabr 1913, Yelizavetpol – 2 iyul 1982, Bakı) – azərbaycanlı şair, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Ələkbər Ziyatay 1913-cü il dekabrın 21-də Gəncədə qulluqçu ailəsində doğulmuşdur. === Təhsili === Yeddi illik şəhər məktəbini bitirib orada inşaat texnikumuna daxil olmuşdur (1930). Tələbəlik dövründə bədii ədəbiyyata onda güclü meyl oyanır. 1933-cü ildə texnikumu bitirir. Həmin ili APİ-nin ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu qurtaran il "Ədəbiyyat qəzeti" redaksiyasında poeziya şöbəsinin müdiri təyin olunur (1937–1940). == Fəaliyyəti == Qiyabi pedaqoji institutda baş müəllim (1940–1941), Azərbaycan Sovet Yazıçıları İttifaqının Gəncə şöbəsində məsul katib (1941–1950), eyni zamanda Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunda baş müəllim, ikiillik və qiyabi pedaqoji institutlarda, respublika partiya məktəbində müəllim işləmişdir. 1940–1950-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı Gəncə filialında məsul katib vəzifəsində çalışmışdır. Gəncə şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir (1948).
Ziapad kəklikotu
Ziapad kəklikotusu
Zaqafqaziya kəklikotusu (lat. Thymus transcaucasicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Azərbaycanın nadir bitkisidir. CR B1ab (i,ii,iii). == Arealı == Qafqazda yayılmışdır. Azərbaycanda Kiçik Qafqazda bitir və arealı dardır. Orta və yuxarı dağ zolaqlarında quru yamaclarda rast gəlinir. == Bioloji xüsusiyyətləri == Sürünən meyvəsiz zoğları olan yarımkolcuqdur. Çiçək saplaqlı budaqlarının hündürlüyü 10-30 sm, bəzən budaqlı, sıx tükcüklüdür. Yarpaqları saplaqlarda, təxminən hamısı eyni, çox nazik, az bilinən nöqtəli vəzicikli, yumurtavari-uzunsovdan enli-yumurtavariyədək, uzunluğu 7–15 mm, eni 3–10 mm, alt tərəfi damarcıqlarda tükcüklü, yan damarcıqları 2-3 cütdür.