Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yohan Vilhelm Snelman
Yohan Vilhelm Snelman (fin Johan Vilhelm Snellman; 12 may 1806[…], Stokholm – 4 iyul 1881) — fin yazıçısı, diplomatı və filosofu. == Həyatı == Snelman İsveçin Stokholm şəhərində anadan olmuşdur. Atası Kristan Henrik Snelman gəmi kapitanı, anası isə evdar qadın idi. 1808-1809-cu illərdə Rusiyanın Finlandiyanı işğalı və Finlandiyanın avtonom çar Dukalığının yaradılmasıyla, ailəsi 1813-cü ildə Finlandiyanın Kokkola şəhərinə köçdü. Bu hadisədən bir il sonra anası Mariya Maqdalena Snelman vəfat etdi. Alman mütəfəkkiri Hegel haqqında elmi işlərinin nəticəsi olaraq 1835-ci ildə Helsinki Universitetinə dəvət olundu. Snelmanın dərsləri qısa zaman içində məşhurlaşdı. Lakin 1838-ci ildə universitetin dövlət nəzarəti altına keçdi və bunun davamında dövlət ağalığına qarşı olan fikirlərin yatışdırılması istənildi, Snelmanın dərsləri müvəqqəti olaraq dayandırıldı. Snelman bu hadisələrdən sonra öz istəyilə Finlandiyadan ayrıldı. 1839-1842-ci illərdə İsveç və Almaniyada yaşadı.