Yohan Vilhelm Snelman

Yohan Vilhelm Snelman (fin Johan Vilhelm Snellman; 12 may 1806[1][2][…], Stokholm[3]4 iyul 1881[1][2]) — fin yazıçısı, diplomatıfilosofu.

Yohan Vilhelm Snelman
fin Johan Vilhelm Snellman
Doğum tarixi
Doğum yeri Stokholm, İsveç
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Kirkonum, Finlandiya
Dəfn yeri
  • Hitaniemi qəbiristanlığı[d]
Uşaqları 5
Milliyyəti Finlandiya Fin
Təhsili
Fəaliyyəti yazıçı, diplomat və filosof
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Snelman İsveçin Stokholm şəhərində anadan olmuşdur. Atası Kristan Henrik Snelman gəmi kapitanı, anası isə evdar qadın idi. 1808-1809-cu illərdə Rusiyanın Finlandiyanı işğalı və Finlandiyanın avtonom çar Dukalığının yaradılmasıyla, ailəsi 1813-cü ildə Finlandiyanın Kokkola şəhərinə köçdü. Bu hadisədən bir il sonra anası Mariya Maqdalena Snelman vəfat etdi.

Alman mütəfəkkiri Hegel haqqında elmi işlərinin nəticəsi olaraq 1835-ci ildə Helsinki Universitetinə dəvət olundu. Snelmanın dərsləri qısa zaman içində məşhurlaşdı. Lakin 1838-ci ildə universitetin dövlət nəzarəti altına keçdi və bunun davamında dövlət ağalığına qarşı olan fikirlərin yatışdırılması istənildi, Snelmanın dərsləri müvəqqəti olaraq dayandırıldı.

Snelman bu hadisələrdən sonra öz istəyilə Finlandiyadan ayrıldı. 1839-1842-ci illərdə İsveçAlmaniyada yaşadı. 1842-ci ildə ən çox səs gətirən əsəri olan Läran om staten nəşr olundu. Helsinkiyə qayıtdığı zaman daha da məşhurlaşmışdı, buna baxmayaraq onun Universitetdə yenidən işləmək fikri siyasi səbəblərdən gerçəkləşmədi. Bunun əvəzinə Kuopioda bir məktəbdə direktor olaraq çalışmağa başladı. Həmin dövrdə onun bəzi siyasi məzmunlu məqalələri dərc olundu. İsveç dilində nəşr etdiyi Saima qəzetində təhsilin isveç dili yerinə, fin dilində aparılmasını və Fin mədəniyyətinin hər sahədə dəstəklənməsinin vacibliyini vurğuladı.

Saima qəzetinin nəşrinə 1846-cı ildə hökumət tərəfindən son qoyuldu. 1848-1849-cu illərdə Helsinki Universitetinə professorluq üçün etdiyi müraciət qəbul olunmadı. Snelman İsveçə köçməyi düşünsə də, 1855-ci ildə qəti olaraq Kuopiodan Helsinkiyə köçdü. Snelman, 1855-ci ildə çar I Nikolayın ölümünə qədər böyük maddi çətinliklərlə ailəsini keçindirməyə çalışdı. Çar öldükdən sonra yenidən öz məqalələrini dərc etmək mümkün oldu.

Nəhayət, Snelman 1856-cı ildə Helsinki Universitetinə professor təyin olundu. 1863-cü ildən Finlandiya Parlamentində senat vəzifəsini icra etməyə başladı. Maliyyə Nazirliyinə qədər yüksəldi və 1865-ci ildə Finlandiyanın milli pul vahidi olan Markkanın tədavülə buraxılmasına nail oldu. 1868-ci ildə çox siyasi münaqişə yaratdığı səbəbiylə istefaya çağrıldı.Bütün bunlara baxmayaraq, Snelman 1866-cı ildə Parlamentin Şərəf Konsulluğuna seçildi.

Snelman həyatının davamını da siyasətlə məşğul olaraq keçirdi.

Finlandiyada hər il 12 may Snelman Günü olaraq qeyd edilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Johan Vilhelm Snellman // Encyclopædia Britannica (ing.).
  3. http://finland.fi/public/default.aspx?contentid=160109.