Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dilimli cәrgәvәr
Dilimli cərgəvər (lat. Polystichum aculeatum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinin cərgəvər cinsinə aid bitki növü. == Yarpaq == Yarpaq ayası sərt dərilidir, ikiqat lələkvaridir, qışı keçirən, qaidəsinə doğru daralandır; ikinci cərgənin seqmentləri uzanmış ellipsşəkillidir, sivridir, qısa qalın saplaq üzərində çəpinə yerləşmişdir və ya demək olar ki, oturaqdır, qaidəsində sivri qulaqcıqlıdır, mişarvari-qılcıqlıdır. Saplaqları adətən qonur iri dəriciklə örtülüdür. == Sorus == Soruslarları ovaldır, iridir, barverən damarcıqların orta hissəsindən yuxarıda yerləşmişdir. == Sporlaması == İyul-sentyabr. == Azərbaycanda yayılması == Böyük Qafqaz (Quba), Qobustan, Abşeron, (Bilgəhdə quyuların divarında), Böyük Qafqazın şərqi və qərbi, Kiçik Qafqaz şimalı və mərkəzi, Lənkəran ovalığı. Aşağı və orta dağ qurşağında. == Yaşayış mühiti == Qaranlıq meşələrdə, çay dərələrində, əsasən daşlı və qayalı yerlərdə rast gəlinir.
Üçdilim dağrazyanası
Üçdilim dağrazyanası — Hündürlüyü 50–150 sm, gövdəsi əsasında kökətrafı yarpaqların ölmüş qalıqlarından ibarət tünd nazik lifli qın geyinmişdir, düz, silindrik, nazik şırımlı, göyümtül rəngdədir, orta hissəsindən yuxarısı budaqlanmış çoxillik çılpaq ot bitkisidir. Kökü qalındır. == Yarpaq == Kökətrafı yarpaqları uzun saplaq üzərindədir; yarpaq ayası üçər olub, iki-üç dəfə yarıya bolünmüşdür; hissələri iridir, uzunluğu 2,5–5 sm-dir, enli yumurtaşəkillidir, qaidə hissəsi ürəkşəkillidir, bütövdür, 3 bölümlüdür, kənarları seyrək və iri dişlidir; yuxarı yarpaqları oturaq, uzun şiş qınlıdır, daha az bölünmüşdür. == Çiçək == Çətirləri uzunluğu (bar verən zaman) 8–12 sm olan (10) 15–20 ədəd uzunluğuna görə eyni olmayan şüalara malikdir. Ləçəkləri ağ rəngdədir. Qını 1–5 ədəd neştərvari tökülən yarpaqcıqlardan ibarətdir və ya yoxdur. == Meyvə == Meyvələrinin uzunluğu 7–8 mm, eni 4 mm-ə yaxındır. == Çiçəkləməsi == May-İyul == Meyvə verməsi == İyul-Avqust == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax.dağ. (Şahbuz r.) Orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Meşə və kolluqlarda rast gəlinir.