Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qızıldağ
Qızıldağ (Azərbaycan) — Şahbuz rayonu ərazisində dağ (hünd. 1319,1 m).
Qızıldağ (Azərbaycan)
Qızıldağ — Şahbuz rayonu ərazisində dağ (hünd. 1319,1 m). Naxçıvançayla Cəhriçayın suayırıcısında, Cəhri kəndindən 2,5 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin maili yatımlı terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid eyniadlı ikinci dərəcəli maili sinklinalın nüvə hissəsində yerləşir. Zirvə hissəsindən şimal-qərbə istiqamətlənmiş fay, cənub-qərb yamacından isə Naxçıvan dərinlik qırılması keçir.
Qızıldağ (Çaroymaq)
Qızıldağ (fars. قزل داغ‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 197 nəfər yaşayır (43 ailə).
Qırmızıdağ-1 (Qızıldağ)
Qırmızıdağ - Babək rayonu ərazisində dağ (hünd. 1004,2 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənarında zirvə. Nehrəm kəndindən 4,5 km cənub-şərqdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından təşkil olunmuş günbəzvari sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.
Qızıldağ-i Kürd (Maku)
Qızıldağ-i Kürd (fars. قزل داغ كرد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 838 nəfər yaşayır (141 ailə).
Qızıldağ-i Əcəm (Maku)
Qızıldağ-i Əcəm (fars. قزل داغ عجم‎ ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 359 nəfər yaşayır (79 ailə).
Sipərdağ
Sipərdağ — Şahbuz rayonu ərazisində dağ (hünd. 3117,0 m). Dərələyəz silsiləsinin suayırıcısında zirvə. Küküçayın mənbə hissəsində, Küküdağdan 1 km şimal-şərqdədir. Erkən pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn günbəzvari yüksəklikdir. Yamaclarında eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitləri və onları yarıb çıxan eyni tərkibli kiçik ölçülü subvulkanik kütlələr açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl maili əyilməsinin hüdudlarında şimal-qərb istiqamətli Kükü antiklinalının şimal-şərq qanadında yerləşir.
Şıqqıldaq böcəklər
Şıqqıldaq böcəklər (lat. Elateridae) == Quruluşu == Azərbaycanda şıqqılad böcəklər fəsiləsinin bir çox cinsləri və növləri yaşayır. Kənd təsərrüfatı bitkiləri üçün şıqqıldaq böcəklərin yetkin fərdləri qorxulu deyildir. Ancaq onların torpaqda yaşayan məftil qurdları adlanan sürfələri müxtəlif bitkilərin toxum və cücərtilərinə, kök sisteminə böyük zərər vurur. Böcəklərin bədəni uzunsov və bir qədərdə yastıdır. Onların qabaq kürəciyinin dal künclərindən axıra doğru yönəlmiş ucları şiş bir cüt çıxıntı vardır. Ayaqları qısa, pəncələri 5 buğumludur. Böcəklərin qabaq döşündə alt tərəfdən barmaq şəkilli kiçik çıxıntı orta döşdə isə çökəkcik vardır. Onlar arxası üstə düşdükdə bu çıxıntını çökəkciyin içinə salıb, böcək əyilir və tullanaraq üzü üstə düşür. Bu zaman ön döşün çıxıntısı orta döşün çüxuruna burulur və şıqqıltıya bənzər səs alınır ki, böcəyin adı da buradan götürülmüşdür.
Sipidan şəhristanı
Sepidan şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ərdəkan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 87,801 nəfər və 20,127 ailədən ibarət idi.
Fırıldaq ailəsi (teleserial, 2013)
Fırıldak Ailəsi (türk. Fırıldak Ailesi) — Türk animasiya televiziya serialıdır. Türk televiziyalarında yetkinlərə istiqamətli edilən ilk yerli cizgi filmdir. 11 fevral 2013-cü il tarixində başlamışdır. == Məzmun == Fırıldak Ailəsi bencillikleri və çıkarcılıklarıyla ön plana çıxmış bir ailədir. Ana, ata və üç uşaqdan ibarət olan Fırıldak Ailəsində; Davamlı bəlaya bulaşan Ata Sabri, tarazlıq ünsürü Ana Yıldız, tənbəl Zeki, xəyalpərəst Afet və daha yeni danışmağa başlayan balaca Tosun. Təbii bir də pərdənin arxasında nənə Dürdane var. == Personajlar == Sabri Fırıldak Ailənin rəisi. Tutduğu futbol komandası davamlı dəyişər, dəstəklədiyi partiya davamlı dəyişir. Nəbzə görə şərbət verir.