Sipərdağ — Şahbuz rayonu ərazisində dağ (hünd. 3117,0 m). Dərələyəz silsiləsinin suayırıcısında zirvə. Küküçayın mənbə hissəsində, Küküdağdan 1 km şimal-şərqdədir. Erkən pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn günbəzvari yüksəklikdir. Yamaclarında eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitləri və onları yarıb çıxan eyni tərkibli kiçik ölçülü subvulkanik kütlələr açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl maili əyilməsinin hüdudlarında şimal-qərb istiqamətli Kükü antiklinalının şimal-şərq qanadında yerləşir.[1]
Sipərdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 3117,0 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |