Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eyni ulduzun altında
Eyni ulduzun altında (ing. The Fault in Our Stars; hərf. Günah ulduzlarımızdadır) — Con Qrinin 2012-ci ilin yanvarında nəşr olunmuş 6-cı romanı. Romanın adı Uilyam Şekspirin "Yuli Sezar" faciəsinin birinci aktının ikinci səhnəsindən götürülmüşdür: bu səhnədə Qay Kassi Lonqin Bruta deyir: "Günah, əziz Brut, ulduzlarımızda deyil, özümüzdədir". Hekayə 16 yaşlı xərçəng xəstəsi Hazel Qreys Lankasterin dilindən nəql olunur. Hazel valideynləri tərəfindən dəstək qrupunda iştirak etməyə məcbur edilir. O, tezliklə 17 yaşlı keçmiş basketbolçu və xərçəngə görə bir ayağı kəsilmiş Aqust Vaterslə tanış olur və ona aşiq olur. Kitab uğur qazanmışdır. == Məzmun == 16 yaşlı ağciyər xərçəngi Hazel Qreys Lankester anasının təkidi ilə xərçəng xəstələri arasında keçirilən görüşlərə qatılır. Hazel dəstək qrupunun görüşlərində iştirak etməkdən məmnun deyil, lakin bir gün sümük xərçəngi üzündən sağ ayağı kəsilən, buna görə də protez ayaq taxan 17 yaşlı Aqust Vaterslə tanış olur.
Dzosotın-Elisun
Dzosotın-Elisun, həmcinin Kurbantonqut və ya Qurbantyonqyot — Çinin sahəsinə görə ikinci böyük səhradır. Dzosotın-Elisun Cunqariyanın mərkəzində qərarlaşır. Dzosotın-Elisun monqol kökənli sozdür Qumlu səhranın sahəsi 45 000—50 000 km² təşkil edir. Ərazisinin 38 000 km² barxanlarla örtülüdür. Digər hissəsi isə gilli düzənliklərdən ibarət olub, takırlarla zəngindir. Barxanlar meridional istiqamətdə uzanlr və hündürlüyü 30 metrə çatır. Şimal hissəsədə isə hündürlük 100 metrdir. Ərazisində yovşan və saksaul biktiləri bitir. Takırların arasında yulğun bitsə də kolluqlar geniş ərazini əhatə etmir. Səhra dəvə və qoyunlar üçün otlaq rolu oynayır.