Eyni ulduzun altında

Eyni ulduzun altında (ing. The Fault in Our Stars; hərf. Günah ulduzlarımızdadır) — Con Qrinin 2012-ci ilin yanvarında nəşr olunmuş 6-cı romanı. Romanın adı Uilyam Şekspirin "Yuli Sezar" faciəsinin birinci aktının ikinci səhnəsindən götürülmüşdür: bu səhnədə Qay Kassi Lonqin Bruta deyir: "Günah, əziz Brut, ulduzlarımızda deyil, özümüzdədir". Hekayə 16 yaşlı xərçəng xəstəsi Hazel Qreys Lankasterin dilindən nəql olunur. Hazel valideynləri tərəfindən dəstək qrupunda iştirak etməyə məcbur edilir. O, tezliklə 17 yaşlı keçmiş basketbolçuxərçəngə görə bir ayağı kəsilmiş Aqust Vaterslə tanış olur və ona aşiq olur. Kitab uğur qazanmışdır.

Eyni ulduzun altında
The Fault in Our Stars
Müəllif Con Qrin
Janrlar realistik uydurma
gənclik
Orijinalın dili ingiliscə
Ölkə
Orijinalın nəşr ili 10 yanvar 2012
Tərcüməçi Ziyad Quluzadə
Rəssam Rodriqo Korral
Nəşriyyat Dutton Books (orijinal)
Qanun nəşriyyatı (azərbaycanca)
Səhifə 313 (orijinal)
335 (azərbaycanca)
Əvvəlki Kağız şəhərlər (2008)
ISBN ISBN 0-525-47881-7
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

16 yaşlı ağciyər xərçəngi Hazel Qreys Lankester anasının təkidi ilə xərçəng xəstələri arasında keçirilən görüşlərə qatılır. Hazel dəstək qrupunun görüşlərində iştirak etməkdən məmnun deyil, lakin bir gün sümük xərçəngi üzündən sağ ayağı kəsilən, buna görə də protez ayaq taxan 17 yaşlı Aqust Vaterslə tanış olur. Aqust əslində bu görüşə yaxın zamanda gözü əməliyyatla alınacaq və kor qalacaq dostu İsaakın təkidi ilə qatlıbmış. Hazel və Aqust tezliklə dostlaşırlar və bir-birilərinin sevimli romanlarını oxumağa qərar verirlər. Aqust ona "Sübhün qiyməti" romanını verir, Hazel isə ona amsterdamlı yazıçı Peter Van Houten tərəfindən yazılmış və Anna adlı xərçəng xəstəsindən bəhs edən "Möhtəşəm əzab" romanını məsləhət görür. Aqust romanı oxuyub bitirən kimi hekayənin qəfildən kəsildiyini təəssüflə bildirir. Hazel başa salır ki, yazıçı artıq uzun müddətdir ki, romanın davamını yazmır.

Bir il sonra Aqust Hazelə bildirir ki, Peter Van Houtenin köməkçisi Lidevijin köməyi ilə yazıçı ilə mesajlaşıb. Hər ikisi Peter Van Houtenə romanın sonluğu və Annanın sonrakı taleyi haqqında suallar ünvanlayırlar. Lakin Van Houten bundan imtina edərək yazır ki, ancaq üzbəüz görüşdə bu haqda məlumat verə bilər. Piknikdə Aqust Hazelə sürpriz edərək Amsterdama getdiklərini açıqlayır.

Amsterdamda ikən Aqust Hazelə sevgisini etiraf edir. Hazel və Aqust sonda Peter Van Houtenlə tanış ola bilirlər, lakin qarşılaşdıqları mənzərə qarşında donub qalırlar: dahi kimi təsəvvür etdikləri yazıçı içkiyə qurşanmış əyyaşdan başqası deyil. Van Houten görüş və məktublar haqqında məlumatsız olduğunu bildirir, romanın sonluğu haqqında məlumat verməkdən imtina edir və Hazelin xəstəliyini ələ salır. Hazel və Aqust hirsli şəkildə evi tərk edirlər.

Aqust Hazelə açıqlayır ki, sağlamlığı getdikcə pisləşir. İkili bir-birilərinə dəstək olur. İndianapolisə qayıtdıqdan sonra Aqustun vəziyyəti lap pisləşir. Artıq öləcəyini yəqin edən Aqust İsaak və Hazeli dəvət edərək dəfn mərasiminin "məşqini edir". Tezliklə Aqust ölür. Hazel Aqustun ölümündən sarsılır və nə edəcəyini bilmir. Dəfn mərasimində Peter Van Houten peyda olur və Hazeldən üzr istəyir.

Hazel öyrənir ki, Aqust ölməzdən qabaq onun üçün "Möhtəşəm əzab" romanının sonluğunu yazırmış. Hazel Aqustun son sözlərini oxuyur və sonda onunla birlikdə olduğuna görə xoşbəxt olduğunu bildirir.

Film adaptasiyası

[redaktə | mənbəni redaktə et]

Coş Bunun rejissorluğu ilə çəkilən bədii film adaptasiyası 6 iyun 2014-cü ildə buraxılmışdır.[1] Filmin baş rollarında Şeylin Vudli, Ensel ElqortNet Vulff çıxış etmişlər. Film adaptasiyası da uğur qazanmışdır.

  1. Deahl, Rachel. "Fox Options John Green's 'Fault in Our Stars'". Publishers Weekly. January 31, 2012. December 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]