Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həmid Əlqar
Həmid Əlqar (ing. Hamid Algar; 1940, İngiltərə) — Britaniya və ABŞ şərqşünası. O, Berkli Kaliforniya Universitetinin Yaxın Şərq Tədqiqatları fakültəsinin farsşünaslıq üzrə fəxri professorudur. Əlqar fars və ərəb ədəbiyyatı, eləcə də İran, Türkiyə, Balkanlar və Əfqanıstanın müasir tarixinə dair əsərlər ərsəyə gətirmişdir. O, 1965-ci ildən 2010-cu ilə qədər Berkli Kaliforniya Universitetində çalışmışdır. Əlqar hələ də fəal alimdir və onun tədqiqatları son iki əsrdə İran şiəliyinə və Nəqşibəndi sufiliyinə xüsusi diqqət yetirməklə fars-türk dünyasının islam tarixi üzərində cəmləşmişdir. O, şiə müsəlmandır. İngiltərədə anadan olan Əlqar sonradan sünni islamı qəbul etmiş, lakin ardınca şiə islamı seçmişdir. O, həmçinin müasir siyasi şiə ilahiyyatçıları tərəfindən yazılmış kitabları, məsələn, Ruhullah Xomeyninin "Vilayəti-Fəqih" kitabı və Əli Şəriəti, Mürtəza Mütəhhəri və Mahmud Taleqani tərəfindən yazılmış kitabları tərcümə etmişdir. Xomeyniçiliyi həvəslə təbliğ etdiyinə və Ayətullah Xomeyniyə olan heyranlığına görə "National Review" onu "Xomeyninin sevimli amerikanı" adlandırmışdır.
Qafur Məmmədov
Qafur Nəsir oğlu Məmmədov (5 mart 1922, Bakı – 18 oktyabr 1942, Tuapse, Krasnodar diyarı) — matros, Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Məmmədov Qafur Nəsir oğlu dünyaya Bakıda göz açmış, 1941-ci ilin avqustunda hərbi xidmətə getmişdir. Zaqafqaziya cəbhəsində 56-cı ordu tərkibində 323-cü dəniz piyada batalyonunda rabitəçi vəzifəsində xidmət edən matros Qafur Məmmədov Tuapse şəhəri yaxınlığında aparılan ağır döyüşlərdə qəhrəmanlıqlar göstərmişdir. 1942-ci ilin 19 oktyabrında faşist ordusu hissələrinin hücumlarını dəf edərkən Qafur Məmmədov şəxsən düşmənin 13 avtomatçısını və bir minomyot heyətini məhv etmişdi. Həmin döyüşdə o, öz komandirini düşmən atəşindən müdafiə edərkən, özü həlak oldu. Sovet İttifaqı Qəhrəmanı adı ona 1943-cü ilin 31 martında verilmişdir. Bakıda bir bir gəmiyə, bir küçəyə, bir parka və bir dənizçilik məktəbinə onun adı verilmişdir. == İstinadlar == == Xarici keçidlər == Мамедов Кафур Насырович 9may.az. Qəhrəmanlar.
Qafur Qulam
Qafur Qulam (27 aprel (10 may) 1903, Daşkənd, Sırdərya vilayəti, Rusiya imperiyası – 10 iyul 1966, Daşkənd) — Özbəkistan şairi, akademik. == Həyatı == Qafur Qulam 1903-cü il mayın 10-da Daşkənddə kasıb, amma ziyalı bir ailədə doğulmuşdur. Dayısı Mirzə Abdulla "Mirzə" təxəllüsü ilə tacik dilində şeirlər yazardı. Atası Qulam ağa da savadlı şəxs idi. O, ana dilindən başqa tacik dilini də gözəl bilirdi. Ağır kənd həyatı, böyük bir ailəni dolandırmaq üçün ağır zəhmətlərə qatlaşan Qulam ağa 44 yaşında dünyasını dəyişmiş, beş uşağı yetim qalmışdı. Onda Qafurun 9 yaşı, ailənin körpəsi isə 6 aylıq idi. Qafur Qulamın anası da özbəkcə, tacikcə yazıb-oxumağı bacarır, el ədəbiyyatını gözəl bilirdi. Poeziyasevərlər (ata-anası və dayısı) arasında böyüyən Qafur Qulam özbək və fars-tacik klassiklərinə kiçik yaşlarından maraq göstərməyə başlamışdı. O, sonralar yazırdı: "mən öz mütaliəmə, biliklər əldə etdiyimə görə əvvəlcə atama, sonra isə anama borcluyam." O, ilk təhsilini mədrəsədə almış, mütaliə ilə biliyini zənginləşdirmişdir.
Qafur Quləhmədiyev
Qafur Yunis oğlu Quləhmədov (tatar. Гафур Коләхмәтов, rus. Гафу́р Юну́сович Кулахме́тов, həmçinin Quləhmədiyev, rus. Кулахме́тьев) və ya Əbdülqafur Quləhmədov (tatar. Габделгафур Коләхмәтов, rus. Габдулгафу́р Кулахме́тов; 22 aprel (4 may) 1881, Penza – 1 aprel 1918, Yenə[d], Penza quberniyası[d]) — Tatarıstan yazıçısı, dramaturqu, tərcüməçisi, proletar inqilabçısı, ictimai xadimi. == Həyatı == Əbdülqafur Yunis oğlu Quləhmədov 4 may 1881-ci ildə Rusiya imperiyasının Penza şəhərində istehsalatçı bir ailədə anadan olmuşdur. 1902-ci ildə o, Kazan Pedaqoji Məktəbindən məzun olmuş, 1902–1912-ci illərdə Kazan şəhərində bir slobodada dərs keçmişdir. 1902-ci ildə Rusiya imperiyasındakı inqilabçı hərəkatın üzvü olmuşdur. Sosial-demokratların qeyri-qanuni əməllərində iştirak etmiş, Vladimir Leninin «İskra» qəzetini və Karl Marksın əsərlərini oxumuşdur.
Qafur Quləhmədov

Qafur Əfəndizadə
Qantəmir Qafur (tam adı: Qafur Sədrəddin oğlu Əfəndiyev; 22 may 1888, Potu, Göyçay qəzası – 28 yanvar 1944, Cizak vilayəti) — Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı. == Həyatı == 1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazardı. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıqfikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub. İstanbul Darülfununun tarix-ədəbiyyat fakültəsini (1914), Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini (1929) bitirmişdir. Qantəmir 1908-ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlamışdır.
Qantəmir Qafur

Əl-Qafur
Əl-Qafur (ər. الغفور) — Allahın adlarından biri.
Qafur Məmmədov (gəmi)
Qafur Məmmədov gəmisi — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin quru yük gəmisi. Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyır. == Texniki göstəriciləri == Gəminin dedveyti 5,500 ton, uzunluğu 108,3, eni 16,5, saya oturumu isə 4,79 metrdir. == Fəaliyyət istiqaməti == Gəmi Xəzərdəki quru yük donanmasının yenilənməsi, hazırda balansda olan, maksimum yükgötürmə qabiliyyəti 3 min ton təşkil edən və istismar müddətini başa vurmuş gəmiləri yeniləməyə və növbəti illər ərzində Gəmiçiliyin quru yük daşımaları bazarında mövqeyinin sabitləşməsinə imkan yaradır. Belə gəmilərin istismara verilməsi strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə salınması nəticəsində Azərbaycan ərazisindən keçməklə daşınacaq tranzit yüklərin və konteyner həcmlərinin mənzil başına vaxtında çatdırılmasında da mühüm əhəmiyyət daşıyır. == İstismara verilməsi == "Qafur Məmmədov" gəmisinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.
Qafur Məmmədov gəmisi

Qafur Rəşad Mirzəzadə
Qafur Rəşad Ələkbər oğlu Mirzəzadə (1884, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 27 noyabr 1943, Bakı, Azərbaycan SSR, SSRİ) — pedaqoq, naşir-mühərrir, tərcüməçi, coğrafiyaçı, publisist. == Həyatı == Qafur Rəşad Ələkbər oğlu Mirzəzadə 1884-cü ildə may ayının 6-da Şamaxıda, kasıb savadı olmayan Ələkbər kişinin ailəsində dünyaya gələn Qafur Rəşad artıq 7 yaşinda ibtidai təhsilini mollaxanada, daha sonra 1894- cü ildə altı illik şəhər məktəbində almşıdır. Qafurun şəhər məktəbində oxuduğu üçüncü ildə boyaqçı Ələkbərin maddi vəziyyəti xeyli çətinləşmişdi. O, artıq Qafurun məktəb xərcini vermək iqtidarında olmadığından onu məktəbdən çıxarmaq istəyirdi. Lakin Qafur yaxşı oxuduğu üçün məktəbin müdüriyyəti onun xərcini hökumət hesabına ödəyir. 1901-ci ildə 17 yaşlı Qafur Şamaxı şəhər altı illik məktəbi bitirir. Onun daha oxumağa maddi imkanı olmadığından müəllimlik etmək qərarına gəlir. Daha sonra 1920-22 ci illərdə o ikiillik Ali Pedaqoji İnstitutda oxuyur, 1923-cü ildə isə Azərbaycan Politexnik İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olub, 1927-ci ildə 43 yaşında ikən oranı bitirir. Müxtəlif mənbələrdən Qafur Rəşadın müəllimlik və maarifçilik fəaliyyətinə nəzər saldıqda görürük ki, o 18 yaşı tamam olmadan 1902-ci ildə Lahıc kəndinə müəllim təyin olunur. Birinci üç ildə kənddə xüsusi məktəb binası olmadığından dərslər darısqal bir evdə keçirilirdi.
Qantəmir Qafur Səbi oğlu
Qantəmir Qafur (tam adı: Qafur Sədrəddin oğlu Əfəndiyev; 22 may 1888, Potu, Göyçay qəzası – 28 yanvar 1944, Cizak vilayəti) — Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı. == Həyatı == 1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazardı. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıqfikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub. İstanbul Darülfununun tarix-ədəbiyyat fakültəsini (1914), Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini (1929) bitirmişdir. Qantəmir 1908-ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlamışdır.
Eduard Elqar
Ser Eduard Uilyam Elqar, 1-ci Baronet (ing. Sir Edward William Elgar, 1st Baronet; 2 iyun 1857[…], Louer-Bredhit[d], Vusterşir[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 23 fevral 1934[…], Vuster[d], Vusterşir[d], Birləşmiş Krallıq) — romantik cərəyanın arıcılı olmuş, bir sıra əsərləri mütəmmadi olaraq Britaniya və Beynəlxalq klassik musiqi konsert proqramlarına daxil olan Böyük Britaniya bəstəkarı. Bəstəkarın ən məşhur əsərləri sırasına "Eniqma-variasiyalar", "Təntənəli və mərasim marşları", skripka və violonçel üçün konsertlər, həmçinin iki simfoniya daxildir.