Qafur Nəsir oğlu Məmmədov (5 mart 1922, Bakı – 18 oktyabr 1942, Tuapse, Krasnodar diyarı) — matros, Sovet İttifaqı Qəhrəmanı.[1][2]
Məmmədov Qafur | |
---|---|
Məmmədov Qafur Nəsir oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 mart 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 18 oktyabr 1942 (20 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Qoşun növü | SSRİ Hərbi Dəniz Qüvvələri[d] |
Rütbəsi | matros |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Məmmədov Qafur Nəsir oğlu dünyaya Bakıda göz açmış, 1941-ci ilin avqustunda hərbi xidmətə getmişdir. Zaqafqaziya cəbhəsində 56-cı ordu tərkibində 323-cü dəniz piyada batalyonunda rabitəçi vəzifəsində xidmət edən matros Qafur Məmmədov Tuapse şəhəri yaxınlığında aparılan ağır döyüşlərdə qəhrəmanlıqlar göstərmişdir.
1942-ci ilin 19 oktyabrında faşist ordusu hissələrinin hücumlarını dəf edərkən Qafur Məmmədov şəxsən düşmənin 13 avtomatçısını və bir minomyot heyətini məhv etmişdi. Həmin döyüşdə o, öz komandirini düşmən atəşindən müdafiə edərkən, özü həlak oldu.
Sovet İttifaqı Qəhrəmanı adı ona 1943-cü ilin 31 martında verilmişdir. Bakıda bir bir gəmiyə, bir küçəyə, bir parka və bir dənizçilik məktəbinə onun adı verilmişdir.[3]