Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şeyx Əminəddin Cəbrayıl türbəsi
Şeyx Əminəddin Cəbrayıl türbəsi (fars. آرامگاه سید امین‌الدین جبراییل‎) — İranın Ərdəbil şəhəri yaxınlığındakı Sulxordad kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. == Tarixi == F. Zarre qeyd edir ki, türbə Şeyx Səfinin atası Şeyx Cəbrayılın məzarı üzərində inşa edilmişdir. XIX əsrdə türbənin iki yaxşı rəsmini nəşr etdirən fransız arxeoloq Jak De Morqan, rəsmlərdən birini “Seyid Danyalın mavzoleyi”, digərini isə “Seyid Cəbrayılın mavzoleyi” adlandırmışdır. Sənətşünaslıqla bağlı ədəbiyyatlarda tikilinin əsas hissəsinin XIV əsrdə ucaldılması və ilkin olaraq qülləvari görünüşə malik olması haqqında fikir söylənmişdir. Ə. Salamzadə türbənin, Şeyx Cüneyd türbəsi ilə yaxın anologiyaya malik olması, xüsusilə baraban və günbəzin həll edilməsini əsas gətirərək Şeyx Cəbrayıl türbəsinin XVI əsr abidəsi olmasını bildirir. Tədqiqatçının fikrincə Səfəvilərin hakimiyyətə gəlməsindən sonra Şeyx Səfi kompleksində olduğu kimi, Şeyx Cəbrayıl türbəsində də genişləndirmə və yenidənqurma işləri aparılmışdır. == Memarlıq xüsusiyyətləri == Xarici konturlarına əsasən türbə planda əsas fasaddan kənarları kəsilmiş və uzadılmış düzbucaqlı formasına malikdir. Əsas dəfn otağı günbəzlə örtülmüş səkkizguşəli zal formasındadır. Zalın künclərində kiçik otaqlar, əsas oxu boyunca isə dərin portal nişləri yerləşir.
Əmirəddin Məsud Naxçıvani
Əmirəddin Məsud Naxçıvani (XII əsr) — memar. Naxçıvan memarlıq məktəbinin nümayəndələrindəndir. Naxçıvanda Eldənizlər sarayında yaşamışdır. Əcəmi memarlıq üslubunun davamçısı оlmuş, dini və xatirə memarlığı ilə yanaşı, ictimai binaların inşasında və bəzədilməsində də iştirak etmişdir. Müasiri Nizami Gəncəvi kimi Əmirəddin Məsud Naxçıvani də ulduzların Yerdə baş verən hadisələrə müdaxiləsi barədə saray münəccimlərinin fikirlərini qəbul etməmiş, оnlar atəbəyi guya 40 gəz (42 m) tоrpağı sоvurub aparacaq qasırğa qоpacağına inandırmağa cəhd göstərərkən buna etirazını bildirmişdir. Təkzibində haqlı оlan Ə.M.N. bunu şeirlə də ifadə etmişdir. Bu barədə "Əcaib əl-buldan" əsərində bəhs оlunur. == İstinadlar == == Mənbə == "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 111.
Əfdalzadə Həmidəddin
Əfdalzadə Həmidəddin Əfəndi (v. fevral 1503, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == Sultan II Murad dövrü alimlərindən Əfzələddin əl-Hüseyninin oğludur. İlk təhsilini atasından almış, daha sonra mədrəsəyə daxil olaraq burada din təhsilini tamamlamışdır. Müdərrislik fəaliyyətinə isə Bursada Kaplıca mədrəsəsində başladı. Fateh Sultan Mehmed səltənətinin ilk illərində vəzifədən alındı və yeni paytaxta – İstanbula gəldi. Rəvayətə görə, şəhərdə gəzintiyə çıxan Sultan II Mehmedlə təsadüfən tanış olmuş və ertəsi gün 50 axca maaşla Bursadakı Muradiyə mədrəsəsinə müdərris təyin olunmuşdur. 23 mart 1473 tarixində sultanın əmriylə Sahn-ı səman mədrəsələrindən birinə müdərris oldu. Bioqrafiyasına görə, bu vəzifədə ikən Sultan II Mehmed səfərə çıxmış, bu əsnada paytaxtda yayılan vəba epidemiyası səbəbilə ailəsi ilə birlikdə yaxınlıqdakı bir kəndə çəkilmişdir. Yayılan epidemiyaya baxmayaraq həftədə 4 gün İstanbula gələrək dərs deməyə davam etmişdir.
Əsirəddin Əbhəri
Əsirəddin əl-Müfəddal ibn Ömər əs-Səmərqəndi əl-Əbhəri (1200, Əbhər, Zəncan ostanı – 1264, Şəbistər, Şərqi Azərbaycan ostanı) — filosof, astronom və riyaziyyatçı. == Həyatı == Həyatı haqqında yetərli bilgi yoxdur. 1200-ci ildə əslən Səmərqəndli bir ailəyə mənsub olan Əbhəri Mosulda anadan olub. Bəzi qaynaqlarda bu ad yanlış olaraq Əbəhri şəklində keçməkdədir. Bu arada çağdaş İranlı müəlliflərdən bir çoxu, Əbhəri nisbəsinə dayanaraq onun Zəncan və İsfahana bağlı iki Əbhərdən birində doğulmuş olduğunu iddia edir; ancaq modərn qaynaqların bəzilərinin qeyd etdiyi kimi şəxsən Əbhərinin Səmərqəndi nisbəsini işlətdiyi diqqətə alınırsa ailəsinin əslən Səmərqəndlı olduğu anlaşılır. "Seyfül-gullab" əsərinin müəllifi Məhəmməd Fövzi isə Əbhəri nisbəsinin üç ayrı anlamı olduğunu bildirərək bunları bir bölgəyə mənsub olma, bir qəbiləyə mənsub olma və “Bəyazi”də olduğu kimi bir eyniliyi bildirmə şəklində sıraladıqdan sonra Əbhəri nisbəsinin bölgəyə deyil, qəbiləyə mənsubiyət ifadə etdiyini söyləyir; ona görə Əsirəddin Əbhər qəbiləsinə mənsubdur. Mehmet Sadəttin Aygen "Böyük Filosof Əsirəddin Əbhəri" adlı əsərində, Əbhərinin Afyon elinin Çay ilçəsi yaxınında Əbər gölü civarındakı Əbər kəndindən (indiki Doğanlı) olduğunu və türbəsinin də orada olduğunu iddia edirsə də, indilik bu iddia “əbhər” ilə “əbər” kəlimələri arasındaki səs bənzərliyinin ötəsində bir anlam daşımır. Ə. Əbhəri ilk təhsilini Mosulda aldı, daha sonra Xorasan və Bağdada gedərək təhsilini tamamladı. O dönəmin ən ünlü bilginlərindən olan Kəmaləddin İbn Yunisin tələbəsi, İbn Xallikanın da müəllimi oldu. Bir müddət Mosul sarayında himayə gördü; 1228-ci ildə Mosuldan Ərbilə keçərək oraya yerləşdi.
Zinəddin Zidan
Zinəddin Zidan (fr. Zinédine Zidane, ərəb. زين الدين يزيد زيدان‎ ; 23 iyun 1972[…]) — fransalı futbolçu, İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi, BMT-nin xoşməramlı səfiri. 2006-cı ildə futbolçu karyerasını başa vurmuşdur. Karyerası ərzində, 1988–1992-ci illərdə, Fransanın "Kann", 1992–1996-cı illərdə "Bordo", 1996–2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001–2006-cı illərdə İspaniyanın "Real Madrid" klublarında çıxış edib. Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub. 1988–1995-ci illərdə Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. 1994–2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. Fransa yığmasının heyətində Zidan ayrı-ayrı vaxtlarda 6 beynəlxalq turnirdə çıxış edib. O, millinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub.
Əliəddin Abbasov
Əliəddin Abbasov (Abbasov Əliəddin Dəyyan oğlu; 1 avqust 1952, Bənəniyar, Culfa rayonu) — Kimya elmləri doktoru, Dosent, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Əliəddin Abbasov 1 avqust 1952-ci ildə Naxçıvan MSSR-in Culfa rayonunun Bənəniyar kəndində anadan olub. == Elmi əsərləri == 1.Xrom (VI) ionlarının anionitlərlə sorbsiyasına bir sıra amillərin təsiri /AMEA-nın Məruzələri, 2010,c.66, №2,s 66-72 2. Cu2+, Zn2+, Co2+ və Ni2+ ionlarının Daueks M-4195 ioniti ilə sorbsiyasının termodinamikası – XVII Beynəlxalq kimyəvi termodinamika konfransı, Samara, 2011, s. 5-8 3.Seçici konsentrat almaq məqsədi ilə qurğuşun- sink filizinin flotasiyası/ Avropa elm və texnologiyası, Vaysbaden, Almaniya , 2012, s.
Eynəddin
Eynəddin(fars. عین الدین‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanının Tikmədaş bölümündəki Şərqi Ucan Qəsəbədə kənd. Kənd Səhəndova dağının arxasında yerləşir. Kəndin havası sərin yağışlı və dağlıdır. == Coğrafiyası və təbiəti == Kəndin adı ərəb mənşəlidir. Eynəddin Tikmədaş qiymətli azərbaycanca və farsca danışan Ustad Şəhriyar yurdu yaxınlığındadır. Təbrizdən 66 kilometr məsafəsi var. Onun ümumi sahəsi 1200 hektardır. 2006-cı ilin məlumatlarına görə kəndin əhalisi 2514, ev sayı 514-dür. == İqtisadiyyatı == Kənd təsərrüfatı məhsullarından kartof, kök, xiyar yetişdirilir.