Əfdalzadə Həmidəddin

Əfdalzadə Həmidəddin Əfəndi (v. fevral 1503, İstanbul) — Osmanlı alimişeyxülislamı.

Əfdalzadə Həmidəddin
mart 1496 – fevral 1503
ƏvvəlkiƏləddin Çələbi
SonrakıZənbilli Əli Əfəndi
Şəxsi məlumatlar
Vəfat tarixi fevral 1503
Vəfat yeri
Uşağı Səlahəddin Musa Çələbi

Sultan II Murad dövrü alimlərindən Əfzələddin əl-Hüseyninin oğludur. İlk təhsilini atasından almış, daha sonra mədrəsəyə daxil olaraq burada din təhsilini tamamlamışdır. Müdərrislik fəaliyyətinə isə Bursada Kaplıca mədrəsəsində başladı. Fateh Sultan Mehmed səltənətinin ilk illərində vəzifədən alındı və yeni paytaxtaİstanbula gəldi. Rəvayətə görə, şəhərdə gəzintiyə çıxan Sultan II Mehmedlə təsadüfən tanış olmuş və ertəsi gün 50 axca maaşla Bursadakı Muradiyə mədrəsəsinə müdərris təyin olunmuşdur. 23 mart 1473 tarixində sultanın əmriylə Sahn-ı səman mədrəsələrindən birinə müdərris oldu. Bioqrafiyasına görə, bu vəzifədə ikən Sultan II Mehmed səfərə çıxmış, bu əsnada paytaxtda yayılan vəba epidemiyası səbəbilə ailəsi ilə birlikdə yaxınlıqdakı bir kəndə çəkilmişdir. Yayılan epidemiyaya baxmayaraq həftədə 4 gün İstanbula gələrək dərs deməyə davam etmişdir. Buna görə də, səfərdən dönən Sultan II Mehmed Həmidəddin Əfəndiyə hədiyyələr təqdim edərək İstanbul qazısı təyin etdi. Bu vəzifəsindən öncə bir müddət Ədirnə qazısı olaraq da fəaliyyət göstərmişdir. Sultan II Bəyazid dövründə daha da şöhrətlənən Əfdalzadə Həmidəddin Əfəndi 1496-cı ilin martında şeyxülislamlığa gətirildi və 7 il bu vəzifədə qaldı. 1503-cü ilin fevralında vəfat etdi və Əyyub Sultan məscidinin həyətində dəfn edilmişdir.

Əfdalzadənin oğlu olan Səlahəddin Musa Çələbi də elm sahəsinə mənsub olub, Sahn-ı səman mədrəsələrinin müdərrisliyinə qədər yüksəlmiş və 1556-cı ilin sentyabrında vəfat etmişdir.

  • İstanbul Vakıfları Tahrir Defteri 953 (1546), s. 199–200;
  • Taşköprizâde, eş-Şeķāǿiķ, s. 171–173;
  • Mecdî, Şekāik Tercümesi, s. 154, 155, 191–193, 318, 331, 358, 481;
  • Hoca Sâdeddin, Tâcü’t-tevârîh, II, 496–498;
  • Atâî, Zeyl-i Şekāik, s. 238, 277;
  • Keşfü’ž-žunûn, II, 1116;
  • Târîh-i Silsile-i Ulemâ, Süleymaniye Ktp., Esad Efendi, nr. 2142, vr. 216a;
  • Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 185;
  • Devhatü’l-meşâyih, s. 14–15;
  • Sicill-i Osmânî, II, 256;
  • İlmiyye Salnâmesi, s. 341;
  • Osmanlı Müellifleri, I, 222;
  • Gökbilgin, Edirne ve Paşa Livâsı, s. 339;
  • Danişmend, Kronoloji2, I, 434;
  • Uzunçarşılı, İlmiye Teşkilâtı, s. 79–80, 176;
  • Baltacı, Osmanlı Medreseleri, s. 438–441;
  • Erünsal, Türk Kütüphaneleri Tarihi II, s. 33, 171, 195;
  • R. C. Repp, The Müfti of Istanbul, Oxford 1986, s. 187–192;
  • Mübahat S. Kütükoğlu, "1869’da Faal Osmanlı Medreseleri", TED, sy. 7–8 (1976–77), s. 319.