Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ariyana Boras
Ariyana Boras (bosn. Arijana Boras; 1976) — Yuqoslaviya və Bosniya dağ xizəkçisi, 1992, 1994 və 1998 Olimpiya Oyunlarının iştirakçısı. == Tərcümeyi-hal == Jelezniçar klubunun üzvüdür. Müxtəlif illərdə Olimpiya Oyunlarında slalom, nəhəng slalom, super nəhəng və kombinasiyalarda çıxış etmişdir .
Miconia grayana
Miconia grayana (lat. Miconia grayana) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Mikania troyana
Mikania troyana (lat. Mikania troyana) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Oriyana Fallaçi
Oriyana Fallaçi (it. Oriana Fallaci; 29 iyun 1929[…], Florensiya, İtaliya – 15 sentyabr 2006[…], Florensiya, İtaliya) — İtalyan jurnalist, müəllif və siyasi Müsahib idi.Hələ 17 yaşındaykən jurnalistika peşəsinə addım atan Fallaçi,Ruhullah Musəvi Xomeyni, Henri Kissincer, Müəmmər əl-Qəzzafi, Qolda Mayer, Ariel Şaron, İndira Qandi, Zülfüqar Əli Bhutto,Rza şah Pəhləvi kimi bir çox məşhur liderlə etdiyi təəccüblü reportajlara diqqətləri üzərinə yığaraq adını eşitdirdi.
Prunus grayana
Prunus grayana (lat. Prunus grayana) — gülçiçəyikimilər fəsiləsinin prunoideae yarımfəsiləsinin gavalı cinsinə aid bitki növü.
Aryana (vilayət)
Aryana (ərəb. ولاية أريانة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Aryana vilayətinin ərazisi 482 Km2-dır. Aryana vilayəti Aralıq dənizinin sahilində yerləşir. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Aryana vilayətinin əhalisi 576 088 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Aryana vilayəti
Aryana (ərəb. ولاية أريانة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Aryana vilayətinin ərazisi 482 Km2-dır. Aryana vilayəti Aralıq dənizinin sahilində yerləşir. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Aryana vilayətinin əhalisi 576 088 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Viola cryana
Viola hispida (lat. Viola hispida) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Viola tricolor var. hispida (Lam.) Lej.
Nima Ərkani Hamid
Nima Ərkani Hamid (ing. Nima Arkani-Hamed; 5 aprel 1972, Hyuston, Texas) — İran əsilli Amerika-Kanada nəzəri fiziki. Ərkaninin valideynləri Iran və Təbriz şəhərinin əhalisindəndirlər.
Viola gracilis subsp. cryana
Viola hispida (lat. Viola hispida) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Viola tricolor var. hispida (Lam.) Lej.
Viola hispida subsp. cryana
Viola hispida (lat. Viola hispida) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Viola tricolor var. hispida (Lam.) Lej.
Viola kitaibeliana proles cryana
Viola hispida (lat. Viola hispida) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Viola tricolor var. hispida (Lam.) Lej.
Viola tricolor proles cryana
Viola hispida (lat. Viola hispida) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Viola tricolor var. hispida (Lam.) Lej.
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Ərkani-hərbi
Baş Ərkani-Hərb və ya Baş Qərərgah- qoşun hissələrinin formalaşmasına, təlim-tərbiyəsinə, döyüş hazırlığına, hərbi əməliyyatların icrasına rəhbərlik edən ali hərbi idarəçilik orqanı. == Yaradılması == 1919-cu ilin martın 26-da hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə yaradılmışdı. Həmin vaxta qədər Baş Ərkani-hərbin funksiyalarını ümumi qərərgah həyata keçirirdiş Azərbaycan ordusu inkişaf etdikcə onun gündəlik fəaliyyət məsələlərinin və təsərrüfat problemlərinin həllinin bir orqanda- ümumi qərərgada cəmləşdirilməsi səmərəli nəticə vermirdi. Ona görə də, Baş Ərkani-hərb yaradılmaqla, qoşunların formalaşdırılması, təlim-tərbiyəsi, dislokasiyası və b. Məsələlər ona həvalə edildi. == Fəaliyyəti == Çar Rusiyası ordusu tərkibində yaradılmış I Müsəlman korpusunun keçmiş komandiri general-leytenant Məmməd bəy Sulkeviç Baş Ərkani-hərbin rəisi təyin edildi. Bu idarəetmə strukturunun tərkibində general-kvartirmeyster, hərbi topoqrafiya və hərbi daşınmalar idarələri var idi. General-kvartirmeyster idarəsi müharibəyə hazırlıq planlarının işlənilməsi, toplanış məntəqələrinin seçilməsi, onların hər cəhətdən hazırlanması və səfərbərlik planının tərtib edilməsi ilə məşöul olan əməliyyat-səfərbərlik bölməsindən, orduda təlim-tərbiyəni təşkil edən nizami bölmədən ibarət idi. Hərbi topoqrafiya idarəsi qoşun hissələrini və qərərgahları hərbi xəritələrlə təmin edirdi. Bir müddət sonra Baş Ərkani-hərbin tərkibinə keçirilmiş hərbi daşınmalar idarəsi dəmir yollarını və digər yolları hərbi məqsədlər üçün hazırlayır, arxa cəbhəni bütün zəruri ləvazimatlarla təmin edirdi.
Erzyanca Vikipediya
Erzyanca Vikipediya (erz. Эрзянь Википедия) — Vikipediyanın Erzyan dilində olan bölməsidir. 26 aprel 2024 — Erzyan dilində olan Vikipediyada 5101 məqalə var. 2008-cü ilin 26 mayından myv.wikipedia.org ünvanında Erzyanca dilində Vikipediya fəaliyyətə başlamışdır (əvvəl inkubatorda olmuşdur). Layihənin təşəbbüsünü 2007-ci ilin iyul ayında Vikipediyanın Rus bölməsinin Moskvada yaşayan iştirakçısı Andrey Surikov irəli sürmüşdür. Təşəbbüs qrupuna həmcinin Finlandiyada Erzyan dilindən tədris edən dilçi Cek Pyuter, Sankt-Peterburqdan olan jurnalist Andrey Petrov (Petryan Andryu) və Ulyanovdan olan mühəndis-proqramçı Mixail Stepçenko daxil idi. 19 fevral tarixində Vikipediyanın dil komitəsi «Erzyanca Vikipediyanı» uğurlu layihə elan edərək, onun hazırlığını və müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiqləyirlər. Bundan sonra mütəxəssislər 4 ay ərzində inkubatordan məlumatların ötürülməsi üçün bir platforma hazırladılar, məqalələrin həqiqiliyini təsdiq etdilər. Erzyanca Vikipediyanın ilk yarım il ərzində idarəçiləri Andrey Surikov, Petryan Andryu və Cek Pyuter seçilmişdir. 16 may 2015-ci ildə Erzyanca Vikipediyada artıq 2 mindən çox məqalə yazılmışdı.
Nassauvia remyana
Ageratina remyana
Ageratina remyana (lat. Ageratina remyana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Abies merkiana
Sitxin küknarı (lat. Picea sitchensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Şimali Amerikanın qərb hissəsində, Alyaskadan Kaliforniyaya qədər sahil zolağı ətrafında bitir. Təbiətdə 60 m və daha hündür olan, gövdəsinin diametri 240 (480) sm, sız, enli, çətiri piramidal formalı ağacdır. Şimali Amerikanın ən hündür küknarı və ümumiyyətlə ən iri iynəyarpaqlılarından biridir. Mədəni şəraitdə hündürlüyü əsasən 40 m-dəm çox olmur. Qabığı yarıqlı, boz və nazikdir. Tumurcuqların uzunluğu 4–5 mm, eni 2–3 mm, konusvarı, qatranlıdır. Cavan zoğları açıq-qonur, əsasən çılpaqdır (bəzən qozalı zoğlarda bir az tükcüklüdür). İynəyarpaqların uzunluğu 15-18 (25) mm, eni təxminən 1 mm, hamar, alt tərəfi 6-8 xətlidir, iynəli, üstü yaşıl, alt tərəfi gümüşü, ağ zolaqlı olmaqla çətirə göyümtül çalar verir.
Elyana Boal
Elyane Boal (26 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Erzyan bayrağı
Erzyanların milli bayrağı (erz. Эрзянь раськень коцт, sözbəsöz olaraq: Erzyan xalqının bayrağı) — Rusiyada yaşayan xalq olan erzyanların milli bayrağı. == Bayrağın təsviri == Bayrağın ölçüsü 1:2-yə nisbətindədir. Eyni eni olan üç üfüqi zolaqdan ibarətdir, üstü ağ, ortası qırmızı, alt hissəsi qara. O, Valentin Devyatkin tərəfindən hazırlanmış və 1990-cı ildə "Mastorava" cəmiyyəti tərəfindən təsdiq edilmişdir. Bayrağın əsas rəngləri "erzya milli kişi və qadın geyimlərinin rənglərini təkrarlayır". İllər sonra erzya bayrağı erzya xalqının konqresi tərəfindən təsdiq edildi: "Erzyan Konqresi ağ-qırmızı-qara (yuxarıdan aşağıya) qumaş parçasını erzya xalqının bayrağı olaraq təsdiqləyir, rənglər erzya xalqının Azadlığını, Həyatını və Torpağını simvolizə edir.. == Bayrağın istifadəsi == "Qara-qırmızı-ağ" üçrəngi həm rəsmi erzya bayramlarında, həm də millətin gündəlik mədəni həyatında istifadə olunur. Erzyan bayrağı rəsmi qurumlar tərəfindən tanınmasa belə, xalqı üçün qanunidir. Bayrağın istifadə olunduğu bayramların əksəriyyəti erzya xalqının konqresi tərəfindən qəbul edilmişdir: 16 aprel — Erzyan dili günü (erz.
Erzyan dili
Erzyan dili (э́рзянь кель) — fin-uqor dil ailəsi fin-voljsk dil qrupuna daxil olan mordov dillərindən biri, erzyanların dili. Mokşan, rus dili ilə yanaşı Mordoviyanın üç dövlət dilindən biri. == Sayı == Siyahıyaalma zamanı Mordoviya sakinləri ana dili kimi mordov dilini göstərərək onu mokşan və erzyan dillərinə bölmürlər. Ona görə də təxmini olaraq erzyanların sayının 517 575 nəfər, o cümlədən Rusiyada 440 000 nəfər olduğunu güman edirlər. Rusiya Statistika Komitəsinin məlumatına görə özünü mordva kimi 843,35 min nəfər adlandırırlar (o cümlədən mokşa — 49,6 min nəfər, erzyan — 84,4 min nəfər ). Erzyan dili yox olma həddində olan dillərin siyahısında və ya yox olma həddinə yaxın siyahılarda qeyd edilir. === Bu dildə danışanların yayıldığı ərazi === Təxminən 28 % erzyanlar Mordoviya Respublikası ərazisində, digəriləri isə keçmiş SSRİ ərazisində yaşayırlar. === İki dillilik === Erzyan dilini bilənlərin böyük mütləqiyyəti iki dillidirlər. İki dillilərin ümumi sayı 696 369 nəfərdir. Onlardan — 306 109 nəfəri kişi, 389 982 nəfəri isə qadındır.
Erkan Akçay
Erkan Akçay (1961, Burdur ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Erkan Akçay 1961-ci ildə Burdur ilinin Yeşilova ilçəsində anadan olub. Qazi Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Maliyyə Nazirliyində mühasibat nəzarətçisi, İzmirin xəzinədarının müavini, Manisanın isə xəzinədarı olub. Balıkəsirdə Gəlirlər İdarəsinin rəisi və Vergilər İdarəsinin rəisi vəzifələrində də təmsil olunub. Uzun illərdir MHP üzvüdür. 2007, 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Manisa ilindən Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Plan və Büdcə Komissiyasının üzvü vəzifəsində təmsil olunub. 17 noyabr 2015-ci ildə MHP TBMM qrupunun müavinidir. İngiliscə bilir.
Erkan Özerman
Erkan Özerman (1938 – 13 fevral 2024) — Türk prodüser, təşkilatçı, "Best Model of Turkey" və "Best Model of the World" gözəllik yarışmalarının qurucu prezidenti. == Həyatı == 2022-ci ildə mədəaltı vəzi xərçənginə tutulub və xəstəlik qaraciyərinə keçib. 13 fevral 2024-cü il tarixində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Erzyan dili günü
Erzyan dili günü (erz. э́рзянь кель Чи) — müasir erzyanların milli bayramı. Fin-uqor dil ailəsi fin-voljsk dil qrupuna daxil olan mordov dillərindən biri, erzyanların dili Mokşan və rus dili ilə yanaşı Mordoviyanın üç dövlət dilindən biridir. Erzyanca danışanların sayının 517 575 nəfər olması bildirilir. Təkcə Rusiyada 440 000 nəfər erzyanca danışan olması güman edirlir. Təxminən 28 % erzyanlar Mordoviya Respublikası ərazisində, digərləri isə keçmiş SSRİ ərazisində yaşayır. 1993-cü ildə Erzyan dili günü Erzya Dilinin Qurtuluş Fondu (Saransk) tərəfindən təsis edilmişdir. Dil gününün məhs bu günə salınmasının səbəbi 16 apreldə ilk erzyalı professor Anatoli Ryabovun doğum günü olmasıdır. Hazırda Erzyan dili günü təkcə Erzya dilinin Rus və Mokşan dilləri ilə bərabər dövlət dili olduğu Mordoviyada deyil, həm də erzyaların kompakt şəkildə yaşadığı Nijeqorod, Samara, Moskva, Çelyabinsk, Murmask vilayətlərində də qeyd edilir. Üstəlik artıq bu bayram ənənəvi olaraq xarici ölkələrdə də qeyd edilir: Estoniya (Erzya cəmiyyəti «Syatko»), Finlandiya.