Elyane Boal (d. 28 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi.
Elyane Boal | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Kabo-Verde |
Doğum tarixi | |
İdman növü | Bədii gimnastika |
18 oktyabr 2016 tarixində yenilənib. |
Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.