Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təyziq
Təzyiq ( p ) {\displaystyle (p)} — kəmiyyətcə F {\displaystyle ~F} qüvvəsinə malik ümumi mühitin S {\displaystyle ~S} sahəsinə perpendikulyar təsir edən fiziki ölçü. Perpendikulyar təsir səthin vəziyyətindən asılı deyil. İstənilən halda F n {\displaystyle F_{n}} rastlaşdığı səthə təsir edir: p = d F n d S . {\displaystyle p={\frac {dF_{n}}{dS}}.} . Səthə orta təzyiq qüvvənin səthə nisbəti deməkdir: p c p = F n S . {\displaystyle {p_{\rm {cp}}}={\frac {F_{n}}{S}}.} Təzyiq fiziki ölçüdür. BS-də paskalla ölçülür. Bundan başqa təzyiqin aşağıdakı ölçü vahidləri mövcuddur. 1 Psi=6894,76 Pa 1 Bar=105 Pa 1 fiziki atmosfer=101330 Pa 1 Texniki atmosfer=98100Pa Təzyiqi ölçən cihaz manometrdir. == Ədəbiyyat == E.R. Cohen et al, "Quantities, Units and Symbols in Physical Chemistry", IUPAC Green Book, 3rd Edition, 2nd Printing, IUPAC & RSC Publishing, Cambridge (2008).
Steyli–Teylor planı
Steyli–Teylor planı (ing. Staley–Taylor Plan) — Vyetnam müharibəsi zamanı ABŞ-nin "Xüsusi müharibə" strategiyasını icra etmək planının adı. Plan 1961-ci ilin may ayında nəşr olunmuş və ona iki layihə müəllifinin adı verilmişdir. Bunlar Stenford Tədqiqat İnstitutunun iqtisadçısı Yucin Steyli və Vyetnamda yerləşdirilmiş ABŞ ordusunun komandanı general Maksvell Teylordur. Plana görə, proses 1961–1965-ci illərdə həyata keçirilməli idi. Onun məqsədi 18 ay ərzində "Cənubi Vyetnamı sakitləşdirmək" və bununla da Vyetnam Respublikası Ordusunun cənubda döyüş meydanında fəal mövqe tutmasını təmin etmək idi. Bununla belə, Apbak döyüşü və 1963-cü il Cənubi Vyetnam çevrilişi hadisələri ilə planın qarşısı alınmış, "strateji kəndlər" əvvəlcə planlaşdırıldığı kimi həyata keçirilə bilməmişdi. 1965-ci ilin martında ABŞ dəniz piyadaları Cənubi Vyetnamda birbaşa döyüşə girmək üçün Dananq şəhərinə enməsi ilə plan sona çatmışdır.
Bakı Azad Tənqid-Təbliğ Teatrı
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı — Bakıda rus dilində fəaliyyət göstərən teatr. == Tarixi == Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir. 1925–30 illərdə teatr "Lyubov Yarovaya" (K. Trenyov), "Qiyam" (B. Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F. Şiller), "Romeo və Cülyetta" (V. Şekspir), "Canlı meyit" (L. Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C. Cabbarlı), "Hamam" (V. Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. 5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır.
Bakı Azad Türk Tənqid və Təbliğ Teatrı