Steyli–Teylor planı (ing. Staley–Taylor Plan) — Vyetnam müharibəsi zamanı ABŞ-nin "Xüsusi müharibə" strategiyasını icra etmək planının adı. Plan 1961-ci ilin may ayında nəşr olunmuş və ona iki layihə müəllifinin adı verilmişdir. Bunlar Stenford Tədqiqat İnstitutunun iqtisadçısı Yucin Steyli və Vyetnamda yerləşdirilmiş ABŞ ordusunun komandanı general Maksvell Teylordur. Plana görə, proses 1961–1965-ci illərdə həyata keçirilməli idi. Onun məqsədi 18 ay ərzində "Cənubi Vyetnamı sakitləşdirmək" və bununla da Vyetnam Respublikası Ordusunun cənubda döyüş meydanında fəal mövqe tutmasını təmin etmək idi.
Steyli–Teylor planı | |
---|---|
Bununla belə, Apbak döyüşü və 1963-cü il Cənubi Vyetnam çevrilişi hadisələri ilə planın qarşısı alınmış, "strateji kəndlər" əvvəlcə planlaşdırıldığı kimi həyata keçirilə bilməmişdi. 1965-ci ilin martında ABŞ dəniz piyadaları Cənubi Vyetnamda birbaşa döyüşə girmək üçün Dananq şəhərinə enməsi ilə plan sona çatmışdır.[1]