Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adnan Aqanoviç
Adnan Aqanoviç (xorv. Adnan Aganović; 3 oktyabr 1987, Dubrovnik) — yarımmüdafiəçi mövqeyində çıxış edən Xorvatiya futbolçusu. Rumıniyanın "Sepsi" klubunda çıxış edir. == Karyera == 3 oktyabr 1987-ci il tarixində Xorvatiyanın Dubrovnik şəhərində anadan olan Aqanoviç, peşəkar futbol karyerasına "Dubrovnik 1919" FK, "QOİK Dubrovnik 1919" FK və "Troqir" FK kimi kiçik Xorvatiya klublarında başlamışdır. O, futbol üzrə Xorvatiya çempionatında "Mecimure" FK və "Varteks Varazdin" FK-da oynamışdır. UEFA Avropa Liqası 2011/2012 mövsümünün təsnifat mərhələsində "Varteks Varazdin", "Dinamo Buxarest" FK ilə oyun keçirmişdir. Bu oyunda Aqanoviç bir qol vurmuşdur. Aqanoviç daha sonra Sloveniyanın "Koper" FK-nun heyətinə qoşulmuşdur. O burada, Balkan yarımadasının ən yaxşı yarımmüdafiəçilərindən biri halına gəlmişdir. Növbəti mövsüm o, Xorvatiyaya geri qayıtmış və "İstra 1961" FK-nun heyətinə qoşulmuşdur.
Aldin Ağanoviç
Aldin Ağanoviç (8 dekabr 2000, Avstriya) — "Stripfing" Avstriya klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Ağanoviç Liferinq akademiyası vasitəsilə inkişaf etmişdir. Ağanoviç öz peşəkar karyerasında debütünü 29 sentyabr 2017-ci ildə Ried klubuna qarşı oyunda etmişdir. O, 54-cü dəqiqədə Aleksander Şmidti əvəz etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 1-6 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 2 Yanvar 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.