Adnan Aqanoviç (xorv. Adnan Aganović; 3 oktyabr 1987[1][2], Dubrovnik) — yarımmüdafiəçi mövqeyində çıxış edən Xorvatiya futbolçusu. Rumıniyanın "Sepsi" klubunda çıxış edir.
Adnan Aqanoviç | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 3 oktyabr 1987[1][2] (36 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri |
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.81 m (5 ft 11 1⁄2 düym) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 77 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Sepsi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 20 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
3 oktyabr 1987-ci il tarixində Xorvatiyanın Dubrovnik şəhərində anadan olan Aqanoviç, peşəkar futbol karyerasına "Dubrovnik 1919" FK, "QOİK Dubrovnik 1919" FK və "Troqir" FK kimi kiçik Xorvatiya klublarında başlamışdır. O, futbol üzrə Xorvatiya çempionatında "Mecimure" FK və "Varteks Varazdin" FK-da oynamışdır. UEFA Avropa Liqası 2011/2012 mövsümünün təsnifat mərhələsində "Varteks Varazdin", "Dinamo Buxarest" FK ilə oyun keçirmişdir. Bu oyunda Aqanoviç bir qol vurmuşdur. Aqanoviç daha sonra Sloveniyanın "Koper" FK-nun heyətinə qoşulmuşdur.[3][4] O burada, Balkan yarımadasının ən yaxşı yarımmüdafiəçilərindən biri halına gəlmişdir.[5] Növbəti mövsüm o, Xorvatiyaya geri qayıtmış və "İstra 1961" FK-nun heyətinə qoşulmuşdur. 2013-cü ildə o, Rumıniyanin "Braşov" FK-nun heyətinə qoşulmuşdur. [6][7] İki sonra o, Rumıniyanın ən maşhur futbol klublarından biri olan "Vitorul Konstanta" FK-nun heyətinə qoşulmuşdir.[8] O, 2016-cı ildə Kiprin "AEL Limasol" FK-nun heyətinə qoşulmuşdur.[9] Həmin ilin yay fəslində o, Rumıniyanın "Styaua Buxarest" FK-nun heyətinə qoşulmuşdur.[10] O, 2017-ci ildə Yunanıstanın "Larisa" FK-nun heyətinə qoşulmuşdur.[11]