Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azadçay
Azadçay — Göygöl rayonu ərazisindən axan çay. == Ümumi məlumat == Uzunluğu 18 km, hövzəsinin sahəsi 52 km²-dir. Murovdağ silsiləsinin şimal yamacından (1700 m) başlayır. Kürəkçayın sol qoludur.
Azdavay
Azdavay — Türkiyənin Kastamonu vilayətində ilçə. İl mərkəzində ayrıca xəstəxana və xilasetmə məntəqəsi vardır. Əhalisi 2000-ci il siyahıyaalınmasına görə 10,000 nəfərə yaxındır Amma əhali artımı aşağıdır.
Azavak
Azavak — qədim zamanlardan məlum olan ov itləri cinsi. == Tarixi == Azavak cinsi Böyük Səhranın cənubunda yaşayan tuareq qəbilələri tərəfindən müasir Mali ərazisində ovçuluq və mühafizə xidməti üçün yetişdirilmişdir. Cinsin formalaşmasında Afrika və Asiya ov itləri iştirak etmişdir. Azavaklar Avropaya İkinci Dünya müharibəsindən sonra gətirilmişdir. Standart 1981-ci ildə Fransada qəbul edilmişdir. Rusiyada bu cins 1986-cı ildə ortaya çıxmışdır. Azavak ərəb atını xatırladan kiçik pəncələri olan yüksək incə ayaqları üzərində dərin sinəsi olan zərif itdir. Boyu 58–74 sm, çəkisi 17–25 kq-dır. Tükü incə və qısadır, ağ işarələri olan müxtəlif çalarlardadır. Başı dar, armud şəklindədir.
Sadval
Sadval (ləzgi dilində Birlik) — Ləzgi xalqının azadlığı adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı təşkilat. == Tarixi == Sadval təşkilatı 1990-cı ildə Dərbənddə yaradılmışdır. Təşkilatının ilkin məqsədi Rusiyanın cənub və Azərbaycanın şimal bölgələrinin hesabına Ləzgistan adlı dövlət yaratmaq olmuşdur. Politoloq və Azərbaycanın keçmiş dövlət müşaviri Vəfa Quluzadə Sadval təşkilatının Rusiya xüsusi xidmət orqanları tərəfindən yaradıldığını iddia edirdi. Ermənistan dövləti tərəfindən ələ alınan Sadval təşkilatı üzvünün 1994-cü ildə Bakı metrosunda partlayış törətməsi nəticəsində 27 nəfər həlak olmuşdur. 1990-cı illərin ortalarında Azərbaycan hakimiyyəti "Sadval"ın ölkə ərazisində fəaliyyətinin qarşısını aldı. Bakı metrosunda baş verən terror aktına görə təşkilatın bir neçə üzvü həbs edildi. 2015-ci ildə təşkilatın aktiv üzvlərindən biri Ruslan Maqomedrəhimov Dağıstanda öldürüldü. Bir il sonra Sadvalın rəhbəri Nazim Hacıyev də Dağıstanda öldürüldü. Hacıyev 1961-ci ildən etibarən ləzgilərə məxsus muxtar respublikanın qurulmasına çağırışlar edirdi.
Aanval
Aanval xüsusi olaraq Snort, Suricata və Syslog məlumatları ilə istifadə üçün nəzərdə tutulmuş kommersiya SIEM məhsuludur. Aanval 2003-cü ildən aktiv inkişaf mərhələsindədir və sənayedə ən uzun müddət işləyən Snort qabiliyyətli SIEM məhsullarından biri olaraq qalır. Aanval niderland dilində "hücum" deməkdir. == Tarix == Aanval 2003-cü ildə Loyal Moses tərəfindən yaradılmışdır, lakin 2004-cü ilin mart ayına qədər ictimaiyyətə təqdim edilməmişdir və C1-RA1008 özəl kommersiya lisenziyası ilə buraxılmışdır. Proqram təminatının bütün ömrü ona Aanvaldan əlavə OpenAanval və ya ComAanval da istinad edilmişdir. Aanval veb-brauzerdən AJAX üslubunda təhlükəsizlik hadisələrinin monitorinqini və hesabatını təmin edirdi. Aanval yaradılandan bəri o, Snort, Suricata və Syslog məlumatlarının normallaşdırılmasına xüsusi diqqət yetirməklə müdaxilənin aşkarlanması, korrelyasiya və təhlükənin idarə edilməsi konsoluna çevrilmişdir.
Ramdas Aqarval
Ramdas Aqarval (17 Mart 1937 – 26 Yanvar 2017) — Bharatiya Canata Partiyasını (BCP) təmsil etmiş Hindistanlı siyasətçi. Aqarval Parlamentin yuxarı palatasında Rajya Sabhada Racəstanı Hindistan Parlamentində təmsil etmək üçün haqq əldə etmişdir.
Şuşa, sən azadsan!
Şuşa, sən azadsan! — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan sənədli film == Məzmun == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində çəkilib. II Qarabağ müharibəsinin ən mühüm döyüşlərindən olan Şuşa əməliyyatının maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilmişdir. Filmdə Şuşa əməliyyatını həyata keçirən əsgər və zabitlərin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer almışdır.
Şuşa, sən azadsan! (film, 2021)
Şuşa, sən azadsan! — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan sənədli film == Məzmun == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində çəkilib. II Qarabağ müharibəsinin ən mühüm döyüşlərindən olan Şuşa əməliyyatının maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilmişdir. Filmdə Şuşa əməliyyatını həyata keçirən əsgər və zabitlərin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer almışdır.
Şuşa, sən azadsan! (sənədli film,2021)
Şuşa, sən azadsan (sənədli film,2021)