Azavak — qədim zamanlardan məlum olan ov itləri cinsi.
Azavak | |||||
---|---|---|---|---|---|
Mənşəyi | |||||
Ölkə | Mali, Niger, Burkina-Faso | ||||
Xarakteristikaları | |||||
Boyu |
|
||||
Çəkisi |
|
||||
Tükü | İncə, qısa | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Azavak cinsi Böyük Səhranın cənubunda yaşayan tuareq qəbilələri tərəfindən müasir Mali ərazisində ovçuluq və mühafizə xidməti üçün yetişdirilmişdir. Cinsin formalaşmasında Afrika və Asiya ov itləri iştirak etmişdir. Azavaklar Avropaya İkinci Dünya müharibəsindən sonra gətirilmişdir. Standart 1981-ci ildə Fransada qəbul edilmişdir. Rusiyada bu cins 1986-cı ildə ortaya çıxmışdır.[1]
Azavak ərəb atını xatırladan kiçik pəncələri olan yüksək incə ayaqları üzərində dərin sinəsi olan zərif itdir. Boyu 58–74 sm, çəkisi 17–25 kq-dır. Tükü incə və qısadır, ağ işarələri olan müxtəlif çalarlardadır. Başı dar, armud şəklindədir. İt müntəzəm məşq və sadə baxım tələb edir.[1]