Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akanlar
Akanlar (özlərini akanfo) adlandırırlar) — Qana, Kot-d’İvuar, Toqo, Liberiya və Nigeriyada yaşayan xalqlar qrupu. Mərkəzi və Cənubi Qanadakı Akanlar (7,2 milyon nəfər) millət kimi formalaşmaqdadırlar. Ümumi sayları 11 milyon nəfərdir (1995). Dilləri kva dilləri qrupuna aiddir. Antropoloji cəhətdən zənci irqinə daxildirlər. Akanların əcdadları XI–XII əsrlərdə Komoe və Qara Volta çayları arasındakı savannalar zonasında formalaşmışlar. XV əsrdə salınan Bono şəhəri Akan sivilizasiyasının mərkəzi olmuşdur. XV–XIX əsrlərdə Akanların güclü dövlərləri (Aşanti və Fanti konfederasiyaları) mövcud idi. Akanlar, əsasən, tropik əkinçiliklə (kakao və s.) məşğul olurlar. Dindarların əksəriyyəti ənənəvi etiqadlarını saxlamışdır (77 faizi), bir qismi xristiandır, müsəlmanları da var.
Aratlar
Aratlar (monqolca ard — əməkçi, xalq) — Monqolustanda əməkçi maldar kəndlilər. Aratlar feodalların istismar etdiyi təhkimli kəndlilər idi. Aratlar üç qrupa, yəni silkə bölünürdü: Albatu, inabinar, xamçilqa. 1921-ci il Monqolustan inqilabında aratlar həlledici rol oynamışdılar. Monqolustan Xalq Respublikasında aratlar fəhlə sinfi və əməkçı ziyalılarla birlikdə sosializm quran azad sinfə çevrilmişdir. Onlar kənd təsərrüfatı kooperativlərində birləşmişdilər. Tıvadakı kəndlilər də aratlar adlanır.
Azatlar
Azatlar — Sasanilər İmperiyasında, eləcə də Atropatenada mövcud olmuş sosial təbəqə. İran tarixçisi Səid Nəfisi azad məfhumunu belə izah edir: "Arilər İran ərazisinə gəldikdən sonra yerli türk əhalidən fərqlənmək üçün özlərini azat adlandırmışlar. Sonralar azat məfhumu nəcib, alicənab mənalarında da işlədilmişdir. Sasanilər dövründə mövcud olan süvari (səvari) yaxud əsvaran silki də onlardan törəmişdir. Pəhləvi dilində olan əsvari terminindən müasir səvar termini əmələ gəlmişdir. Ərəblər isə bu sözü cəm halında əsavirə ilə əvəz etmişlər. Bu təbəqə əsas etibarilə əkinçiliklə məşğul olurdu. Lakin bu işi onların ixtiyarında olan kəndlilər icra edirdilər. Azatların bir qismi sarayda yüksək mövqe sahibi idi. Belə ki, II Xosrovun oğlanlarının tərbiyəçisi bu silkdən olmuşdur." Sasanilər dövründə bu silkə irsi olaraq kəndlilərin idarə edilməsi tapşırılmışdı.
Skatlar
Skatlar - Batomorpha dəstəüstü. Skatların çoxu dib həyatı keçirir. Bununla əlaqədar olaraq bədənləri bel qarın istiqamətində yastılaşıb. 5 cüt olan qəlsəmə yarıqları qarın tərəfdə yerləşir. Bu balıqlarda spirakulum dəliyi yaxşı inkişaf edib, o nasos vəzifəsini yerinə yetirərkən suyu qəklsəmələrə ötürür. Skatların dişləri yastı və kütdür, bədəni çılpaq və ya üzəri sərt törəmələrlə örtülüdür. Yaxşı inkişaf etmiş döş üzgəcləri başı da əhatə edir. Bir çox növlərin bel və quyruq üzgəcləri çox kiçilib, anal üzgəci tamamilə yoxdur. Əsas hərəkət orqanı döş üzgəcləridir: bu üzgəclərin dalğavari hərəkəti balığın hərəkətini təmin edir. Dib heyvanları olduqları üçün bədənləri bel-qarın istiqamətində yastılaşmışdır.
Aktuar
Aktuari (türk. aktüerya, ing. actuary, alm. aktuar‎, rus. актуа́рий) — ehtimal metodları tətbiq edən ixtisasçıdır. Aktuari biznes, maliyyə və sosial sahədə mürəkkəb problemlərin həlləri, analizi və toplanması üçün riyazi metodlardan istifadə etməklə fərdi və kooperativ riskləri qiymətləndirən, əsaslanmış sığorta və təqaüd sxemlərini maliyyə cəhətdən inkişaf etdirən sahədir. == Ümumi məlumat == Müasir anlamda "aktuari" ixtisasının mənbəyi ilk həyat sığortası təşkilatında elmi cəhətdən əsaslandırılmış sığorta haqlarının hesablanması tələbinin yaranması ilə əlaqədardır. Aktuari sözü ilk dəfə Roma imperiyası zamanında işlədilib. Bu söz latıncada "actuarius" sözündən götürülüb. İlk dəfə aktuardan eramızın 220-ci ilində Roma imperiyasında istifadə edilib.
Avatar
Avatar aşağıdakı mənalarda işlənə bilər: Avatara — induizmdə müəyyən missiya ilə maddi dünyaya enmiş tanrının adı. == Filmlər == Avatar — 1916-cı il istehsalı olan italyan səssiz filmi. Avatar: Aanq haqqında əfsanə — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Korra əfsanəsi — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Avatar — 2009-cu il istehsalı olan ABŞ fantastika filmi.
AKTUAR HESABLAMALAR
Aktuar hesablamalar — riyazi statistika metodları əsasında aparılan sığorta tarif dərəcələrinin hesablamaları. Bütün sığorta növlərinə aiddir. Böyük ədədlər qanununun istifadəsinə əsaslanır. Sığorta fondunun formalaşması və xərclənməsi mexanizmini riyazi düsturlar şəklində əks etdirin. Uzunmüddətli sığortada, məsələn, əhalinin gözlənilən ömür uzunluğu ilə bağlı, yəni həyat sığortası və pensiya sığortasında xüsusi rol oynayır. Aktuar hesablamaları ixtisas şəhadətnaməsinə malik olan və sığorta tariflərini, sığortaçının sığorta ehtiyatlarını hesablamaq və onun investisiya layihələrini aktuardan istifadə etməklə qiymətləndirmək üçün sığortaçı ilə əmək müqaviləsi və ya mülki müqavilə əsasında fəaliyyət göstərən aktuarilər — mütəxəssislər tərəfindən aparılır. Aktuar hesablamaların metodologiyası ehtimal nəzəriyyəsinin, demoqrafik statistikanın və uzunmüddətli maliyyə hesablamalarının istifadəsinə əsaslanır. Ehtimal nəzəriyyəsindən istifadə etməklə sığorta hadisəsinin baş vermə ehtimalı müəyyən edilir. Sığorta olunanın yaşından asılı olaraq sığorta tariflərini fərqləndirmək üçün demoqrafik statistikaya ehtiyac var. Uzunmüddətli maliyyə hesablamalarından istifadə edərək, tariflər sığortaçının investisiya üçün sığortalıların yığılmış töhfələrindən istifadə etməklə əldə etdiyi gəlirləri nəzərə alır.
Avatar (rəsm)
Avatar — vizual gap (CHAT), yaxud virtual reallıq proqramlarında istifadəçini təmsil edən kiçik rəsm. Ölçüləri müxtəlif olur, ancaq 100x100, 50x50, 120x120 piksel ölçülü avatarlar daha geniş yayılıb. Hind mifologiyasına görə, avatarlar tanrıların yerüzünə endikləri zaman büründükləri şəkillərdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Sonia Aktar
Sonia Aktar (15 iyul 1997) — Banqladeşli üzgüçü. Sonia Aktar Banqladeşi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sonia Aktar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 29.99 saniyəlik nəticəsi ilə 69-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Avatar (film, 2009)
Avatar və ya Ceyms Kemeronun Avatarı (ing. Avatar, ing. James Cameron's Avatar) — 2009-cu il ABŞ elmi-fantastik filmi. Film insanların və Na’vi adlı yadplanetlilərin qarşılıqlı əlaqələrini, xüsusilə insanların Na’vi aləminə xətərli müdaxiləsini təmsil edir. Filmin adı Pandora planetində tədqiqat aparan və baş qəhrəmanı ilə uzaqdan idarə olunan bir süni bədənlə (avatarla) bağlıdır (hinduizmdə avatarlar allahların təcəssümləridir). Pandoranın gözəl bitki və heyvan aləmində yaşayan Na’vilərin isə öz doğma dili var. Filmin və xüsusən Na’vi aləminin gerçək dünyayla bir neçə paralelləri var. "Avatar"ın premyerası 2009-cu il dekabrın 10-da Londonda baş vermişdir. Üç Oskar və bir Qızıl Qlobus mükafatını almış, kompüter qrafikasıyla zəngin "Avatar" dünyanın ən gəlirli (2 milyard dollardan çox) filmi olub. Filmin distribütori 20th Century Fox kinokompaniyasıdır.
Yaponiyada Kit Katlar
2000-ci ildən bəri Yaponiyada 300-dən çox müxtəlif mövsümi və regional Kit Kat çeşidi hazırmışdır. Yaponiyada Kit Kat brendində nəzarət edən Nestle şirkətinin məlumatına görə brend 2012-2014-cü illərdə ölkədə ən çox satan şirniyyat şirkəti Meiji şirkətinə çatmışdır. Şirkətin Japan Post ilə əməkdaşlıq edərək 20.000 poçt ofisində Kit Kat satmaq kompaniyası 2010-cu ildə mükafata layiq görülmüşdür. Brendin adı yapon dilində "Sən mütləq qalib gələcəksən" mənasına gələn "Kitto katsu" (きっと勝つ) kimi səsləndiyindən Yaponiyada insanlar Kit Katı yaxşı uğur gətirməsi üçün də bir-birilərinə verirlər. == Tarix == Kit Kat ilk dəfə 1973-cü ildə Rowntree's şirkəti ilə Fujiya arasında əldə olunan müqavilədən sonra Yaponiyada satılmağa başlamışdır. 2014-cü ildə isə ölkədə ən çox satılan şirniyyat çeşidi olmuşdir. Hətta 2012-ci ildə Meiji şirkətini satış baxımından keçsə də, Meiji hələ də ümumi satışlarda öndədir. 2004-cü ildə ilk dəfə yaşıl çay çeşidi təqdim olunub. Həmin tarixdən sonra Yaponiyada Kit Katın 300-dən çox mövsümi və regional çeşidi hazırlanıb. 2010-cu ildə Kit Katın ən çox satılan çeşidi soya souslu çeşidi olmuşdur.
Avatar: Suyun yolu
Avatar: Suyun yolu (ing. Avatar: The Way of Water) — rejissoru Ceyms Kemeron olan 2022-ci il ABŞ istehsalı elmi fantastika filmi. Film 2009-cu il istehsalı "Avatar" filminin davam filmidir. == Mövzu == Ceyk Salli və Neytiri ailə həyatı qurublar. Amma keçmiş mübarizə yenidən başlayır. Onlar bu səbəbdən evlərindən uzaqlaşıb, Pandoranın müxtəlif yerlərini kəşf edirlər.
Aktuar mənfəət və zərər
Avatar: Aanq haqqında əfsanə
Avatar: Aanq haqqında əfsanə (ing. Avatar: The Legend of Aang) və ya Avatar: sonuncu hava maqı (ing. Avatar: The Last Airbender) — ABŞ-də anime elementləri ilə yaradılmış cizgi serialı. Serialın üç sezonu "Nickelodeon" və "Nicktoons Network" kanallarında yayımlanmışdır. Onun yaradıcıları və prodüserləri — Maykl Dante DiMartino və Brayan Konietzkodur. Avatar kainatı Asiya mədəniyyəti əsasında yaradılmışdır. Serialda Şərqi və Cənubi Asiya, habelə Qərb mədəniyyətlərinin elementlərindən istifadə olunur. Bu da adətən ABŞ-də ayrı-ayrı kateqoriyalara aid edilən cizgi filmlərinin sintezini yaradır. Birinci seriya 2005-ci il fevralın 21-də, dörd hissədən ibarət iki saatlıq axırıncı seriya isə 2008-ci il iyulun 19-da yayımlanmışdır. Serial televiziya ekranları qarşısına 5,6 milyon izləyici toplayıb.
Avatar: Korra haqqında əfsanə
Korra əfsanəsi (ing. The Legend of Korra) — ABŞ-də anime elementləri ilə istehsal olunan cizgi serial. Avatar: Aanq haqqında əfsanə cizgi serialının davamı. 2012-ci ilin aprelin 14-ündə Nickelodeon kanalında yayımlanmağa başladı. == Süjet == Braun Conson, Nickelodeon prezidentı: Yüz illik müharibədən sonra 70 il keçib. Korra — Cənub Su tayfasında doğulan su maqı yeni Avatardır.O artıq yer və od magiyalarının incəsənətini öyrənib.Öyrənəcəyi son elementin incəsənəti qalmışdır-hava magiyasının incəsənəti. Ona Aanq ilə Kataranın oğlu Tenzin kömək edə bilər. == Personajlar == Avatar Korra — Cənub su tayfasında doğulmuşdur. Qızdır. İsyankar və cəsur biridir.
Avatar: Aanq haqqında əfsanə (komikslər)
Avatar: Aanq haqqında əfsanə komiksləri eyni adlı cizgi serialı və Sonuncu hava maqı filmi ilə əlaqəli olan komiksdilər.
Avatar: Aanq haqqında əfsanə — Axtarış
Axtarış (ing. The Search); tam adı Avatar: Aanq haqqında əfsanə — Axtarış (ing. Avatar: The Last Airbender – The Search) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2013 ilin ərzində çıxmış üç hissədən ibarət olan komiks. Məzmunu Vəd komiksindən sonra baş verir. == Baxış == Axtarışda Zuko və Azulanın çoxdan bəri itirdiyi anası Ursa ilə bağlı sirr üzərində dayanılır. Keçmiş şahzadə Azulanın bir Fire Nation zehin müəssisəsində həbs olunmasının təfərrüatlarını və Fire Lord Ozai ilə Ursa münasibətlərinin çətinliyini ortaya qoyur. Əsas qəhrəmanlar, başda Zuko və Azula olan Fire Nation ailəsinin üzvləridir. Avatar Aang, Sokka və Katara, Fire Nation qardaşlarına çoxdan itən analarını tapmaqda kömək edirlər. Gene Yang, serialın Avatar dünyasının fövqəltəbii tərəflərinə daha çox diqqət ayıracağını qeyd etdi. == İstehsalı == DiMartino ilə Konietzko əvvəl Axtarışı 90 dəqiqəlik animasiya filmi ideyası kimi Nickelodeon-a təqdim ediblər.
Avatar: Aanq haqqında əfsanə — Vəd
Vəd (ing. The Promise); tam adı Avatar: Aanq haqqında əfsanə — Vəd (ing. Avatar: The Last Airbender – The Promise) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş üç hissədən ibarət olan komiks.
Avatar: Aanq haqqında əfsanə — Yarıq
Yarıq (ing. The Rift); tam adı Avatar: Aanq haqqında əfsanə — Yarıq (ing. Avatar: The Last Airbender – Rift) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2014-cü ilin ərzində çıxmış üç hissədən ibarət olan komiks. Məzmunu Axtarış komiksindən sonra baş verir.
Avatar: Korra haqqında əfsanə (komikslər)
Korra əfsanəsi — eyni adlı cizgi serialın ilə əlaqəli olan komikslər.
Avatar: Suyun yolu (film, 2022)
Avatar: Suyun yolu (ing. Avatar: The Way of Water) — rejissoru Ceyms Kemeron olan 2022-ci il ABŞ istehsalı elmi fantastika filmi. Film 2009-cu il istehsalı "Avatar" filminin davam filmidir. == Mövzu == Ceyk Salli və Neytiri ailə həyatı qurublar. Amma keçmiş mübarizə yenidən başlayır. Onlar bu səbəbdən evlərindən uzaqlaşıb, Pandoranın müxtəlif yerlərini kəşf edirlər.
Avatar: The Last Airbender (videooyun)
Avatar: The Last Airbender (ing. Avatar: sonuncu hava maqı), Avropada Avatar: The Legend of Aang (ing. Avatar: Aanq haqqında əfsanə) kimi bilinir — eyniadlı cizgi serialın əsasında yaradılmış Game Boy Advance, Microsoft Windows, Nintendo GameCube, Nintendo DS, PlayStation 2, PlayStation Portable, Wii, və Xbox üçün videooyun. Oyunun Avatar: The Last Airbender – The Burning Earth adlı sikvelı və Avatar: The Last Airbender – Into the Inferno adlı trikvelı var. == Oyun prosesi == Oyunçu dörd personajdan (Aanq, Katara, Haru və ya Sokka) birini nəzarət altında saxlaya bilər. Personajlardan hər biri öz döyüş üslubu itifadə edir.
Avatar: Aanq haqqında əfsanə (Kitab 1)
Kitab 1: Su (ing. Book 1: Water) Avatar: Aanq haqqında əfsanə cizgi serialının birinci mövsümüdür. Bu mövsumda protaqonist Aanq və dostları, Katara və Sokka barədə və onların Şimalı Gütbə Aanq və Kataraya su maqiyanın müəllimi tapmaq məqsədi ilə başlayan səfəri haqqında bəhs edilir. Hər bir seriyanın ilk efiri milyondan çox izləyici baxıb. Birinci mövsum "Ən yaxşı televiziya serialı" və "Ən yaxşı cizgi televiziya serialı" kimi Pulcinella mükafatı almış. 2010-cu ildə onun əsasında M. Nayt Şyamalan çəkdiyi Sonuncu hava maqı adlı film çıxıb. == İstehsalı == Şou Viacom kompaniyaya məxsus olan Nickelodeon kanalın tərəfindən prodüslanmış və yayımlanmış. Onun yaradıcıları və icreaedici prodüserlər Maykl Dante DiMartino və Brayan Konietzko prodüser Aaron Ehasz ilə birlikdə işləyirdilər. Səkkiz seriyanın rejissoru Deyv Filioni idi, Loren MakMillan və Giankarlo Volpe hərəsi beş seriyanın, Entoni Layoli isə iki seriyanın rejissyoru idilər. Seriyaların əsas yazıçı yığımı Nik Malis, Con O'Brayan, Metyu Habbard, Ceyms İqan, Yan Uilkoks, Tim Hedrik və Elizabet Uelç Ehaszdan ibarət idi.
Avatar: Aanq haqqında əfsanə (Kitab 2)
Kitab 2: Torpaq (ing. Book 2: Earth) Avatar: Aanq haqqında əfsanə cizgi serialının ikinci mövsümüdür. Bu mövsumda protaqonist Aanq və dostları, Katara və Sokka, Aanqa torpaq maqiyanın müəllimi tapmaq üçün Yer Krallığın ərazidə səyahət edib, orada Tof Bei Fonqnan rast gəlirlər. Bundan sonra dostlar müharibə üçün vacib məlumatı əldə edib, Appayı itirirlər. Əldə aldığları məlumatı Yer Krala vermək və Appayı qaytarmaq üçün, onlar Yer Krallığın paytaxtına — Ba Sinq Se şəhərinə üz tuturlar. İkinci kitab "Televiziya Layihələrin arasında Ən Yaxşı Cizgi Personajı" nominasiyada Enni mükafatı və "Cizgidə Görkəmli Şəxsi Nailiyyət" nominasiyada Emmi mükafatı alıb. == İstehsalı == Şou Viacom kompaniyaya məxsus olan Nickelodeon kanalın tərəfindən prodüslanmış və yayımlanmış. Onun yaradıcıları və icraçı prodüserlər Maykl Dante DiMartino və Brayan Konietzko prodüser Aaron Ehasz ilə birlikdə işləyirdilər. İndividual epizodların çoxun rejissorları Esan Spauldinq, Loren MakMillan və Giankarlo Volpe idilər. Seriyalar Aaron Ehasz, Elizabet Uelç Ehazs, Tim Hedrikç, Con O'Brayan və serialın yaradıcıları Maykl Dante DiMartino və Brayan Konietzkodan ibarət olan komanda tərəfindən yazılıblar.
Avatar: Aanq haqqında əfsanə (Kitab 3)
Kitab 3: Od (ing. Book 3: Fire) Avatar: Aanq haqqında əfsanə cizgi serialının üçüncü mövsümüdür. Bu mövsum Aanqın tiran olduğu Od Lordu məbluğ etməyin yolu tapmağda yönəlmişdir. Başlanğıcda protaqonist Aanq və dostları, Katara, Sokka və Tof Od Millətin ərazidə səfər edirlər və eyni zamanda Od Millətinə qəsd etməyi planlaşdırırlar və Aanq üçün Od maqiyasının müəllimi axtarırlar. Mövsumun ortasında Aanq keçmiş seriyalarda qarşılaşdığı dostlarını birlikdə yığır və onlarınnan birlikdə planlaşdırmış qəsdi uğursuz keçirir. Sabiq antaqonist Zuko tərəfini dəyişir və Aanqa onun od maqiyasının müəllimi şəkildə qoşulur. Axırda Aanq təəcüblü bir şəkildə Od Lordun üzərində qalib gəlir: Hava Köçərlərin təlimlərini pozmamaq üçün Ozain magiyanı ondan alır. == İstehsalı == Şou Viacom kompaniyaya məxsus olan Nickelodeon kanalın tərəfindən prodüslanmış və yayımlanmış. Onun yaradıcıları və icraçı prodüserlər Maykl Dante DiMartino və Brayan Konietzko prodüser Aaron Ehasz ilə birlikdə işləyirdilər. İndividual epizodların çoxun rejissorları Esan Spauldinq, Loren MakMillan və Giankarlo Volpe idilər.