Aratlar

Aratlar (monqolca ard — əməkçi, xalq) — Monqolustanda əməkçi maldar kəndlilər. Aratlar feodalların istismar etdiyi təhkimli kəndlilər idi. Aratlar üç qrupa, yəni silkə bölünürdü: Albatu, inabinar, xamçilqa. 1921-ci il Monqolustan inqilabında aratlar həlledici rol oynamışdılar. Monqolustan Xalq Respublikasında aratlar fəhlə sinfi və əməkçı ziyalılarla birlikdə sosializm quran azad sinfə çevrilmişdir. Onlar kənd təsərrüfatı kooperativlərində birləşmişdilər. Tıvadakı kəndlilər də aratlar adlanır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Аратлар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1976. С. 338–339.