Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Albasdı
Allahlı
Allahlı (Ərdəbil)
Alçalı
Azərbaycan Alçalı — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Ermənistan Alçalı (Göyçə) — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. Alçalı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Alçalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda çay. Aşağı Alçalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Yuxarı Alçalı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.
Allahlı (Miyanə)
Allahlı (fars. لله لو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 520 nəfər yaşayır (155 ailə).
Allahlı (Vərziqan)
Allahlı (fars. لله لو‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 820 nəfər yaşayır (190 ailə).
Allahlı (Xudafərin)
Allahlı (fars. لله لو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (27 ailə).
Allahlı (Ərdəbil)
Allahlı (fars. لله لو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 255 nəfər yaşayır (49 ailə).
Hayar Alxaldi
Hayar Alxaldi (17 mart 1995) — Bəhreynli sprinter. Hayar Alxaldi Bəhreyni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Hayar Alxaldi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 11.59 saniyəlik nəticə ilə 1-ci cığırda 6-cı yeri tutdu və mübarizəni dayandırdı.
Alaudi Musayev
Alaudi Nəcmədinoviç Musayev (2 dekabr 1957, İli rayonu[d], Almatı vilayəti) — Rusiya Yazıçılar İttifaqının üzvü, Rusiya Yazıçılar İttifaqının Moskva Şəhər Təşkilatı Rəyasət Heyətinin üzvü, Beynəlxalq Ədəbiyyat Fondunun üzvü, polis polkovniki, hüquq elmləri doktoru, professor, hüquqşünas. Çeçenistan Respublikasının əməkdar elm xadimi (1996). Çeçenistan Respublikasının əməkdar hüquqşünası (2002), Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universitetinin əməliyyat-istintaq fəaliyyəti kafedrasının professoru (2005), Cinayət-prosessual kafedrasının professoru (2004-cü ildən). Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi, Sovet İttifaqında Beynəlxalq Polis Assosiasiyasının ilk üzvü (1992-ci ildən). 70-dən çox elmi məqalə çap etdirmişdir. Yeddi hüquq elmləri namizədi hazırlayıb. Alaudi Musayev 2 dekabr 1957-ci ildə Qazaxıstan SSR, Almatı vilayəti, İli rayonunun İliyski sovxozunda anadan olub. Milliyyətcə çeçendir. Musayevin valideynləri 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası zamanı Çeçenistandan sürgün olunmuşdular. Murad Musayevin oğlu tanınmış hüquqşünasdır.
Almadi burnu
Almadi burnu (fr. Pointe des Almadies) — Yaşıl burun yarımadasının qutacağında yerləşir. Afrika materikinin qərb qutacağıdır. Seneqal ərazisində yerləşir. VII - VI əsr b.e.ə Finikiyalılar ərazidə olmuşlar. Avropalılardan isə ilk olaraq portuqaliyalı dənizçi Diniş Diaş 1444-ci ildə ərazidən keçmişdir ( bəzi mənbələrdə 1445 il).
Almadı (Xoy)
Almadı (fars. امينه ده‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 234 nəfər yaşayır (44 ailə).
Alçalı (Göyçə)
Aşağı Alçalı, Ardzvanist (erm. Արծվանիստ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 18 km şimal-şərqdə, Göyçə gölündən 2 km aralıda, Alçalı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə məasubluq bildirən -lı şəkilçisi qəbul etmiş alça bitki adı əsasında əmlə gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponiındir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 27.IX.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvanist qoyulmuşdur. XIX əsrin 20-cı illərinə qədər burada azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-30-cu illərdəTürkiyənin Alaşkerd bölgəsindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Alçalı (Hurand)
Alçalı (fars. الچالو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (5 ailə).
Alçalı (Kəlbəcər)
Alçalı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Kəlbəcər rayonunun ərazisində 3 ədəd Alçalı kəndi var. Alçalı (Qılınclı sovetliyi), Alçalı (Daşbulaq sovetliyi) və Alçalı (Günəşli sovetliyi). Bu kəndlər alça ağacları ilə bol olan ərazilərdə yerləşdiyinə görə belə adlanırlar. Kənd dağətəyi ərazidədir.
Alçalı (Salyan)
Alçalı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Sarvan inzibati ərazi vahidində kənd. Bala Kurun sahilində, düzənlikdədir. Oykonim alca (meyvə ağacı) və -lı (varlıq, bolluq ifadə edən Şək.) komponentlərindən düzəlib, "alca ağacları cox olan və ya alca bağı olan kənd" deməkdir. Bu meyvə ağacı ilə bağlı Alçalı dağ (Laçın, Xanlar), Alçalıdərə (Qubadlı Daşkəsən, Kəlbəcər, Cəbrayıl), Alçalıgəz (Ağsu rayonunun Bico kəndi), Alçalı yaylaq (Abşeron), Alçalı cuxur (Laçın), Alcalıq (Yardımlı rayonunun Vəlixanlı kəndi, Lerik rayonunun Veri kəndi) oroqrafik obyektlər, XIX əsrin əvvəllərində İrəvan xanlığında Alçalı adlı iki kənd qeydə alınmışdır.
Aşağı Alçalı
Aşağı Alçalı, Ardzvanist (erm. Արծվանիստ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km şimal-şərqdə, Göyçə gölündən 2 km aralıda, Alçalı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə məasubluq bildirən -lı şəkilçisi qəbul etmiş alça bitki adı əsasında əmlə gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponiındir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 27.IX.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvanist qoyulmuşdur. == Əhalisi == XIX əsrin 20-cı illərinə qədər burada azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-30-cu illərdəTürkiyənin Alaşkerd bölgəsindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Köhnə Alvadı
Köhnə Alvadı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Alvadi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Köhnə Alvadı kəndi Banbaşı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Köhnə Alvadı kənd inzibati ərazi vahidi yaradılmışdır. Kəndin qədim adı Alvadı olmuşdur. XIX əsrdə bu kənddən yeni yaşayış məntəqəsi yarandıqdan sonra əvvəlki kənd Köhnə Alvadı, yeni məntəqə isə Təzə Alvadı adlandırılmışdır. Yerli əhalinin dediyinə görə, bu ərazi qırmızı lalələrlə örtüldüyündən onu Alvadi (qırmızı çöl) adlandırmışlar. Əhalisi 3699 nəfərdir.
Rus alçası
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Təzə Alvadı
Təzə Alvadı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 6429 nəfərdir. Qarşılığı Köhnə Alvadıdır. Oykonim təzə (yeni) və Alvadı (oykonim) sözlərindən ibarət olub, “yeni Alvadı, yeni salınmış Alvadı” mənasındadır. Jindi Kıncıvo Monidigah Tunc və Dəmir dövrlərinə aid Təzə Alvadı kəndində Məmmədtəpə, İstiottəpə, Alıtəpə kurqanları vardır.
Xəzər alçası
Xəzər alçası (lat. Prunus caspica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Rusiyada (Dağıstan) təbii arealı vardır. Qubada, Samur-Dəvəçi ovalığında, Lənkərandan orta dağ qurşağına qədər meşələrdə rast gəlinir. Azərbaycanın nadir bitkisidir.VU D2. Aşağı və orta dağ qurşaqlarında meşələrdə, kolluqlarda, meşələrin kənarlarında, dağ çayların kənarlarında yayılmışdır. Azərbaycanda dar bir arealı vardır. Təbiətdə hündürlüyü 10 m-ə qədər olan ağac və ya koldur. Budaqları tikansız, cavan zoğları çılpaqdır. Yarpaqları ensiz, tərs yumurtavarı, uc tərəfi qısa, sivridir.
Yuxarı Alçalı
Yuxarı Alçalı (Tikantəpə)
İran alçası
İran alçası (lat. Prunus iranica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. İranda, Qafqazda rast gəlinir. Xeyli budaqlı, üzəri tikanlı kol və ya 3-4 m hündürlüyükdə alçaq ağacdır. Budaqları tikansız, qabığı göyümtül-boz, cavan zoğları sarımtıl-qonur və ya qırmızımtıl rəngdə əvvəlcə məxməri tüklü, sonra çılpaq və parlaq olur. Yarpaqları tərs yumurtavarı, qısa, sivri altdan məxməri və ya keçətüklü, üstdən dağınıq, qısatüklüdür. Saplaqları xırdatüklüdür. Tumurcuqları enli yumurtavarı bozumtul-qonur və zəif qatlı olur. Çiçəklərinin böyüklüyü orta dərəcədədir. Çiçək saplaqları qısa olub, 0,5-1,5 sm uzunluqdadır, çılpaq və ya tüklüdür.
Köhnə Alvadı məscidi
Köhnə Alvadı məscidi — Azərbaycanın Masallı rayonunun Köhnə Alvadı kəndində yerləşən tarixi-memarlıq abidəsi.. 1998-ci ildə kənd əhalisi tərəfindən inşa edilmişdir. Həcminə görə bölgənin ən iri məscidlərindən sayılır. Məscidin uzunluğu 36, eni 18 metrdir. Ümumi sahəsi 648 kv.metr olan bu məsciddə eyni vaxtda 600 nəfər sərbəst namaz qıla bilər. Məscid 2 minbərdən və 2 minarədən ibarətdir. Burada su, kanalizasiya və ən müasir istilik sistemi quraşdırılmışdır. Məsciddə Dövlət Komitəsindən qeydiyyatdan keçmiş dini icma fəaliyyət göstərir.
Yuxarı Alçalı (Göyçə)
Yuxarı Alçalı — İrəvan quberniyasının Novobayazid qəzasında (sonra Martuni r-nunda) kənd adı. Digər adı Qarsaqqal Mollalı. 1728-ci ilə aid mənbədə Alçalı sonralar ondan Aşağı Alçalı məntəqəsi yarandıqdan sonra Yuxarı Alçalı adlandırılmışdır. Kənd öz adını oradan axan Alçalı çayından almışdır. 1918-ci ildə kənddə Türkiyədən gəlmə ermənilər də yerləşdirilmişdir. XX əsrin 30-cu illərində Azərbaycanlı əhali sıxışdırılıb çıxarılmışdır. 1968-ci ildə kənd Atsvanist adlandırılmışdır.
Yuxarı Alçalı (Tikantəpə)
Yuxarı Alçalı (fars. الوچلوي عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 116 nəfər yaşayır (20 ailə).