İran alçası (lat. Prunus iranica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
İran alçası | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: İran alçası |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
İranda, Qafqazda rast gəlinir.
Xeyli budaqlı, üzəri tikanlı kol və ya 3-4 m hündürlüyükdə alçaq ağacdır. Budaqları tikansız, qabığı göyümtül-boz, cavan zoğları sarımtıl-qonur və ya qırmızımtıl rəngdə əvvəlcə məxməri tüklü, sonra çılpaq və parlaq olur. Yarpaqları tərs yumurtavarı, qısa, sivri altdan məxməri və ya keçətüklü, üstdən dağınıq, qısatüklüdür. Saplaqları xırdatüklüdür. Tumurcuqları enli yumurtavarı bozumtul-qonur və zəif qatlı olur. Çiçəklərinin böyüklüyü orta dərəcədədir. Çiçək saplaqları qısa olub, 0,5-1,5 sm uzunluqdadır, çılpaq və ya tüklüdür. Çiçəkləri tək-tək və ya çox nadir hallarda qoşadır Ləçəkləri ağ və ya çəhrayıdır. Meyvələri diametri 1-1,5 sm-ə qədər, oval, dəyirmi formada, qırmızı-sarı və ya ağımtıl rəngdədir. Alçanın bütün növləri və ya formalarının ən şirindir. Çəyirdəyi yastı, qeyri-müntəzəm ovalşəkilli, enli, məxməri tüklüdür. Mart-may aylarında çiçək açır, iyul-avqustda meyvə verir.
Rütubətsevəndir, kölgəli ərazilərdə, münbit torpaqlarda bitir.
Böyük Qafqazda təbii halda rast gəlinir. Bakı Nəbatat bağında introduksiya edilib.
Gavalı meyvələrində 6,65-7,07% şəkər, 0,8-1,7% alma turşusu, habelə aşı maddələri vardır. Təzə ikən və qurudulmuş halda yeyilir. Şaxta vurduqdan sonra göyəm meyvələrinin büzüşdürücülüyü azalır, şəkərin miqdarı artır, beləliklə, meyvələr daha şirin olur.