Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ablana
Ablana — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Kürün şimal qollarından biri ilə Alban çayı arasında yerləşdiyi qeyd edilmişdir. Yeri müəyyən olunmamışdır.
Albana
Albana — Azərbaycanda, qədim dövrlərdə mövcud olmuş şəhər. Yunan coğrafiyaşünası Ptolemey "Coğrafi təlimnamə" əsərində Albananın Kas çayı mənsəbində olduğunu göstərmişdir. Bir sıra alimlər buranı Qax rayonundakı Torpaqqala, Rusiyadakı Dərbənd və Zərdab rayonundakı Əlvənd kəndi ilə eyniləşdirirlər. Albananın Bakı yaxınlığında olması da güman ediliir. Lakin Quba rayonundakı indiki Alpan kəndinin Albana olması ehtimalı alimlər arasında daha inandırıcı qəbul edilmişdir.
Artana
Artana Telavi rayonunda kənd adı. == Toponimkası == Artana- Telavi rayonunda kənd adı. XI əsrə aid gürcü mənbəyində Artaani kimidir. Bu məlumatı şərh edn Q.V.Sulaya yazır ki, hazırda bu yaşayış məntəqəsi Ardaqanidir. İlk dəfə olaraq VII əsrə aid mənbədə Quqar əyalətinin mahallarından birinin Ardaqan adlandığı yazılmışdır. Qars əyalətinin Ardaqan (Ərdəhan) mahal adı ilə müqayisədə aydın olur ki, bu ad da türkcə Ər-toqan şəxs adındandır.
Arvana
Arvana — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Arvana Yardımlı rayonunun Peştəsər inzibati ərazi vahidində kənd. Talış dağlarının ətəklərindədir. XIV əsrə aid Fəzlullah ibn Ruzbehan Xuncinin Tarixi-aləm arayi-Əmini əsərində Arvanadağı oronimi qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində arvana "boz diŞi dəvə" deməkdir. Lakin kəndin adı yaxınlığındakı dağlardan birinin adı ilə də adlandırıla bilər. Mənbələrin verdiyi məlumata görə, Peştəsər dağ silsiləsinin Alvan adlanan cənub qərb yamacında Arvana adlı yaşayış məntəqəsinin xarabalığı var. XIX əsrdə salınmış indiki kənd də həmin xarabalığın adı ilə adlanmışdır. Bəzi tədqiqatçılara görə, Arvana etnotoponim hesab edilir.
Astana
Astana (qaz. Astana, Астана; 1961-ci ilə qədər Aqmolinsk, 1961–1992-ci illərdə Selinoqrad, 1992–1998-ci illərdə Aqmola (Qazax dilindən tərcümədə "Ağ Qəbir"), 1998–2019-cu illərdə Astana (Qazax dilindən tərcümədə "Paytaxt"), 2019–2022-ci illərdə Nur-Sultan (Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayevin şərəfinə) — Qazaxıstanın paytaxtı. Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. İqlim kontinentaldır. Belə ki yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər müşayiət olunur. 1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Aqmolinsk, 1961-dən 1992-ə kimi Çelinoqrad, 1992-dən 1998-ə kimi isə Aqmola adlandırılmışdır.
Athena
Athena (ing. Athena) — Türkiyənin ska və pank rok musiqi grupu. Gökhan Özoğuz və Hakan Özoğuz qrupun dəyişilməz üzvləridir. Türkiyəyə Ska və Pankı onlar gətirmişdilər. Holigan albomunun eyniadlı mahnısı futbol matçlarının dəyişməz sloganı oldu; eyni zamanda A Milli Basketbol komandası üçün yazıldığı "12 Dev Adam" mahnısı isə basketbol komandasının simvoludur. Bir çox rok musiqi dinləyicilərin fikrincə, Athena Türkiyənin ən yaxşı rok qruplarındandır. == Tarix == === Yaranma və One Last Breath (1987-1997) === Hakan və Gökhan Özoğuz qardaşlarının musiqi sevdası 1987-ci ilin Afina macərası ilə başlanqıc nöqtəsi olaraq qəbul edilir. O vaxtlar hələ 11 yaşında olan və məktəb həyatı ilə maraqlanmayan Hakan və Gökhan keçmiş Pentaqram gitaristi Ümit Yılbardan gitara dərsləri almaq üçün hazırlaşmağa başladılar, sonradan isə Əkmər Pasajında elanlar asaraq, qrupu tamamlayacaq bas gitarist ve nağaraçı axtarışına çıxdılar. İşlərinin ilk mərhələsində Gökhan və Hakan və qrupa qatılan dostlarla birgə studia və musiqi alətlərini kirayə aldılar. O zamanlar D.R.I, S.O.D, Nuclear Assult, Slayer, Megadeth və Metallica kimi qruplardan ilhamlanan Athena, 4 mahnını özündə birləşdirən və hardcore thrash sound’lu ilk demolarını da yazmağa başladılar.
Atlama
Atlama — Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də isti günlərdə toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda susuzluğu ardan qaldırmaq üçün içilir. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: qatıq – 400 q, su – 600 q, duz – zövqə uyğun, göyərti, xiyar == Hazırlanma qaydası == Atlama qatıqdan hazırlanan ayrana oxşar sərinləşdirici içkidir. Atlamanı qoyun və inək qatığından çoxlu miqdarda hazırlamaq üçün tuluğa qatıq və su töküb cavan oğlanın tərkinə bağlayırlar. Oğlan ata minir (atlanır) və atı otərəfə bu tərfə çalır. Bu zaman tuluq çalxalanır və qatıq suda yaxşı həll olur. Çox güman ki, içkinin adı da buradan götürülmüşdür. Atlamaya bir qədər duz vurduqdan sonra içilir. Ayranı əvəz etdiyindən atlamaya qatıq ayranı da deyilir. Müasir dövrdə atlamanı elektrik mikserində kokteyl kimi hazırlamaq daha əlverişlidir. Atlamadan doğramac hazırlamaq üçün də istifadə edilir.
Atlant
Atlant və ya Atlas (yun. Άτλας) qədim yunan mifologiyasında titan tanrı İapetin oğlu, Prometey, Epimetey və Menetiyın qardaşı. Titanomaxiya zamanı qardaşı Menetiy kimi rəqib tərəfdə iştirak etdiyi üçün Zevs tərəfindən əbədi olaraq kürəklərində yeri və göyü saxlamağa məhkum olunmuşdur. Onun yeddi gözəl qızı – Pleyadlar atalarının çəkmiş olduğu zülümə dözməyərək ulduzlara çevrilmişlər.
Atlanta
Atlanta — ABŞ-də şəhər. Corciya ştatının inzibati mərkəzi. Nəqliyyat qovşağı. == Tarixi == Atlanta şəhəri 1837-ci ildə yaranıb. 1845-ci ildən əvvəl şəhər — Terminus adlanırdı. Zəncilərin azadlığı uğrunda mərkəzi şəhər olmuşdur. == Şəhərdə keçirilmiş beynəlxalq tədbirlər == 1996 Yay Olimpiya Oyunları keçirilmişdir. Bu Olimpiyadada Azərbaycanı 21 nəfər idmançı təmsil etmişdir. Onlardan Namiq Abdullayev Olimpiyadanın gümüş medalını qazanmışdır.
Katana
Katana (刀) feodalizm dövründə Yaponiyada samuray tərəfindən istifadə olunan ənənəvi Yapon qılınclarından biridir.Katananın müasir variantları bəzən qeyri- ənənəvi materiallarla və üsullarla hazırlanır. Katana özünəməxsus görkəmi ilə səciyyələnir:əyri olması,nazik olması, vahid iti tiyəli hər iki ələ yerləşən dairəvi və ya düzbucaq formada qorunması olan uzun dəstək ilə. == Tarixi == Yaponiyada qılınc istehsalı xüsusi dövrlərə bölünür: Cakoto(qədim qılınclar,miladdan sona 900-cü ilə qədər) Koto( köhnə qılınc 900-1596) Şinto(yeni qılınclar 1596-1780) Şinşinto(ən yeni qılınclar 1781-1876) Qendayto(müasir qılınclar 1876-1945) Şinsakuto(ən son hazırlanmış qılınclar 1953-hal-hazırda) Kamakura dövründə tati dən fərqli olaraq uzun qılıncları təsvir etmək üçün ilk dəfə olaraq katana (gatana) sözündən istifadə edirdilər.
Ottana
Ottana (sardin: Otzàna) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhərdir. Sahəsi 45,07 km²-dir. Kommunanın əhalisi 2307 nəfər, əhalinin sıxlığı bir kvadrat kilometrə 51 nəfərdir. == Qonşu kommunalar == Ottana kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Bolotana, Noragugume, Olzai, Orani, Sarule və Sedilo.
Satana
Şeytan və ya satana – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir. Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir. Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur.
Utyana
Utyana (lit. Utena) — Litvada şəhər. == Tarixi == Narkunay kurqanının ətəyində I–II əsrlərə aid olan insan fəaliyyətinin izləri tapılıb. Hesab edirlər ki, şəhərin adı içindən axan Utyanele çayından götürülüb. Daha romantik versiyası isə Narkunay kurqanının yanında qala tikən Utyanis knyazı barəsindədir. Yepiskop M.Valançyusun "Antanas Tryatininkasın hekayələri"ndə də bu barədə söz açılır. Hekayəyə görə, Areqala Lyutauras knyazının oğlu kimi Utyanis Litvanın böyük knyazı titulunu almışdı. Qalanın tikintisi zamanı işçilərdən biri dağdan yıxılıb boynunu qırmışdı. Kahinin fikrincə, bu onun əlamətidir ki, gələcək qalanı dağıtmaq istəyəni də belə aqibət gözləyir. Əslində Narkunay şəhərinin adı əhl-səliblərin yürüşlərində tez-tez çəkilir.
Tatyana
Tatyana — ad. Tatyana Qubina — Qazaxıstanı təmsil edən su poloçusu. Tatyana Petrova — Rusiyanı təmsil edən su poloçusu. Tatyana Fyodorova — Azərbaycanı təmsil edən voleybolçu. Tatyana Omelçenko — Azərbaycanı təmsil edən qadın güləşçi. Tatyana Şinkarenko — Ukraynanı təmsil edən həndbolçu. Tatyana Xmırova — Rusiyanı təmsil edən həndbolçu. Tatyana Samoylova — Rusiyanın Xalq artisti. Tatyana Zatulovskaya — Tatyana Yosipoviç Tatyana Qorbunova — Rusiyanı təmsil edən bədii gimnast.
Abana
Abana (Kastamonu) — Türkiyənin Qara dəniz sahilində, Kastamonuda şəhər və rayon. Abana (kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Adana
Adana — Türkiyənin ili və ən çox əhalisi olan VI şəhəri. 2023-cü ilin məlumatına görə, əhalisi 2.270.298 nəfərdir. İlin sahəsi 13.844 km²-dir. İldə hər km² 160 nəfər düşməkdədir. Bu sayı ən çox Seyhan ilində 1787 nəfərdir. 01.02.2018 məlumatlarına görə 4-ü ilçəsi (Seyhan, Yüreğir, Çukurova, Sarıçam) olmaqla ümumi 15 ilçəsi və bələdiyyəsi vardır. Bu yerlərdə 831 məhəllə vardır. Türkiyədəki VI böyük metropoliya sahə olub, ölkənin irəlidə gedən ticarət və mədəniyyət mərkəzidir. Mədən ehtiyatlarına görə IV bölgə olan Adana xrom, dəmir, manqan, qurğuşun və sink yataqları baxımından əhəmiyyət daşımaqdadır. Adananın mərkəzi Mərsin, Adana, Osmaniyyə və Hatay illərini əhatə edən coğrafi, iqtisadi və mədəni məzrkəz bölgə olan Çukurovanın mərkəzində yerləşir.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Achillea atrata
Achillea atrata (lat. Achillea atrata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Ageratina etlana
Ageratina etlana (lat. Ageratina etlana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Anas atrata
Qara qu (lat. Cygnus atratus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.
Artemisia atrata
Artemisia atrata (lat. Artemisia atrata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Aryana (vilayət)
Aryana (ərəb. ولاية أريانة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Aryana vilayətinin ərazisi 482 Km2-dır. Aryana vilayəti Aralıq dənizinin sahilində yerləşir. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Aryana vilayətinin əhalisi 576 088 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Aryana vilayəti
Aryana (ərəb. ولاية أريانة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Aryana vilayətinin ərazisi 482 Km2-dır. Aryana vilayəti Aralıq dənizinin sahilində yerləşir. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Aryana vilayətinin əhalisi 576 088 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Astana (Şazənd)
Astana — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,969 nəfər və 1,941 ailədən ibarət idi.
Astana Arena
«Astana Arena» — Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşən stadion. Stadionun tutumu 30 000 yerlikdir. Stadion ilk rəsmi açılışda Kajımukan stadionu adlanır. Stadion güləşçi Kajımukan Munaytpasovun şərəfinə adlandırılmışdır. Sonradan stadionun hazırkı adı Astana Arena olaraq təstiqlənmişdir. Stadion futbol üzrə ixtisasladırılsada digər məqsədlər üçün uyğunlaşdırıla bilər. Burada güləş, cüdo və boks kimi idman yarışları keçirilə bilər. Stadion 30 000 azarkeşlikdir. Stadionun üzəri 20 dəqiqə ərzində açıla və bağlana bilir. Bütün infrastruktura sahibdir.