Utyana


Utyana (lit. Utena) — Litvada şəhər.

Utena
Utena
Gerb
Gerb
55°30′ şm. e. 25°36′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 1261
Sahəsi
  • 15,1 km²
Mərkəzin hündürlüyü 113 m
Əhalisi
Əhalisi
  • 25.608 nəf. (1 yanvar 2023)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi LT-28001
Digər
utena.lt
Utena xəritədə
Utena
Utena
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Narkunay kurqanının ətəyində I–II əsrlərə aid olan insan fəaliyyətinin izləri tapılıb. Hesab edirlər ki, şəhərin adı içindən axan Utyanele çayından götürülüb. Daha romantik versiyası isə Narkunay kurqanının yanında qala tikən Utyanis knyazı barəsindədir. Yepiskop M.Valançyusun "Antanas Tryatininkasın hekayələri"ndə də bu barədə söz açılır. Hekayəyə görə, Areqala Lyutauras knyazının oğlu kimi Utyanis Litvanın böyük knyazı titulunu almışdı. Qalanın tikintisi zamanı işçilərdən biri dağdan yıxılıb boynunu qırmışdı. Kahinin fikrincə, bu onun əlamətidir ki, gələcək qalanı dağıtmaq istəyəni də belə aqibət gözləyir. Əslində Narkunay şəhərinin adı əhl-səliblərin yürüşlərində tez-tez çəkilir.

Yazılı mənbələrdə ilk dəfə Utyananın adı 1261-ci ildə Mindauqasın qılıncdarlara yollanmış məktubunda çəkilib. Qılıncdarların hökmdarı göstərilmiş yardıma görə bəzi litva torpaqlarından keçmişdi. Utyan qalası ilə bağlı başqa bir hekayə qardaş çəkişmələrindən bəhs edir. Xronika israr edir ki, 1281-ci ildə qalada Daumantas knyazı hökmdarlıq edirdi. Onun qardaşı Narimantas qaçırdılmış arvadının qisasını almaq üçün öz ordusunun əsgərləri ilə Utyananı əhatə etmişdir. Məğlubiyyətə uğramış Daumantas Pskova qaçmağa məcbur olub.

Vaxt keçdikcə şəhər öz əhəmiyyətini itirib və bir neçə kilometr ondan aralıqda, üç çayın (Kraşuona, Veşa və Utyanele) qovuşduğu yerdə Utyana qəsəbəsi formalaşmağa başladı. Bu gün şəhər öz tarixi mərkəzindən, dərin dərələrdən çıxıb, Daunişkis və Vijuonaytis göllərini əhatə edib, Vijuona çayına və Skaystaşilis meşələrinə qədər çatıb. Utyan muxtariyyəti adları çəkilmiş gölləri 1933-cü ildə cənab Balsyaviçyusdan satın almışdı və o vaxtdan onlar şəhərin mülkiyyətində olublar.

Daunişkis gölündə hamamlar hələ 1928-ci ildə yaradılmışdılar. Bu günlərdə gölün yanında açıq estradada möhtəşəm musiqi axşamları, "Qlub ozer" adlı xalq musiqi və rəqsi beynəlxalq festivalı keçirilir. 2006-cı ildə Utyan əhatəsində ilk olan "Auşra" adlı ixtisaslaşmış dəb və gözəllik mərkəzinin qapıları açılmışdı. Ona 21 mln. lit dəyərində investisiya qoyulmuşdur, bir hissəsi Daunişkis gölün sahillərin abadlaşmasına, keçid yollarının çəkilməsinə ayrılmışdır.

Şəhərə bir neçə rayon daxildir: Aukştakalnis, Ajuoliya, Daunişkis, Qribyalyay, Yonyalişkis, Kraşuona, Sənayə rayonu, Raşe, Köhnə şəhər, Smelis, Şiline, Vituryay.

Yüzillər ərzində Utyana dəfələrlə yer üzündən silinirdi, lakin yenə də bərpa olunurdu. 1899-cu ildə çəkilmiş Şvyançenelyay-Panyavejis dar raylı dəmiryolu qəsəbəyə əhəmiyyət verdi. Amma Peterburq-Varşava şosesinin tikilməsi onun inkişafında ən mühüm rol oynadı. Bu Litvanın ilk şosesidir, onun Zarasay-Kaunas hissəsi 1930–1836-cı illərdə çəkilmişdir. O zamanda Utyanada yataqxana və tövləsi olan böyük poçt stansiyası kompleksi tikilmişdi. 1854-cü ildə bura teleqraf xətti çəkilmişdi, 1918-ci ildə isə telefon stansiyası quraşdırılmışdır. Maraqlıdır ki, nümunəvi birinci dərəcəli poçt stansiyasına rusiya çarı I Nikolay və oğlu Aleksandr da baş çəkmişdilər. Sonralar rus rəssamı İlya Repin, 1843-cü ildə isə Sankt-Peterburqa gedən məşhur fransız yazıçısı Onore de Balzak Utyana poçtunda atları dəyişmişdi. Şair yepiskop Antanas Baranauskas da orada dayanmışdı. Bu günlərdə poçtun binaları restavrasiya olunub, orada Rəssamlıq məktəbi yerləşir, zirzəmilərdə isə incəsənət qalereyası yerləşdirilib. Semafor əlifbasının 196 işarəsindən ibarət kod və kombinasiyaların yığımını gizlədən semafor da bərpa edilmişdir. Köhnə və təzə şəhər poçtlarını 6 heykəltaraşlıq əsəri birləşdirir.

Uryananı ziyarət edərkən Utyananın ən qədim binalarından birində fəaliyyət göstərən Xalçaçılıq muzeyinin ekspozisiyalarını, iki katolik kilsəni: İsanın ucalması və ilahi qüvvə, su qülləsini, Utyana daşı ilə nəlbəkini mütləq görmək lazımdır. Litvanın milli inkişafının ideoloqu, həkim, alim olan, XIX əsrin əvvəllərində Utyana ərazisinin şəhərlərini və kurqanlarını tədqiq edən Yonas Basanaviçyusun abidəsini də ziyarət etmək gərəkdir. Və bu təəccüblü deyil-Utyanada hələ çapın qadağa olunmasına qədər savadlı, ziyalı insanlar az deyildi. Utyanada hələ ilk məktəb XVIII əsrdə açılmışdı. Litvanın milli inkişafında bir sıra keşişlərin töhfəsi az deyil: Otonas Pranauskas, Adomas Vişnyauskas, Pransişkus Turauskas. 1908-ci ildə Utyanada ilk litva gecəsi təşkil olunmuşdu. Hələ birinci dünya müharibəsindən öncə Kamaşite-Nasvitene ilk kitab mağazasının təməlini qoymuşdu.

Müharibə dövründə Utyanada 500 yeni bina tikilmişdi: atıcıların incəsənət evi, ibtidai məktəb, Litva bankının filialı və s., sənaye inkişaf etməyə başladı-elektrikstansiyası, süd zavodu, V.Tamoşyunayte-Çyabilene adına toxuculuq emalatxanası, su dəyirmanı üçün turbin, kənd təsərrüfatında istifadə olunan maşınlar hazırlayan mexanika emalatxanası açıldı, hələ 1893-cü ildə açılan, 9 növdə içkilər istehsal edən R.Bremeris adına qazlı su zavodu, bir sıra köşklər, sənətkarlıq emalatxanaları genişləndi. Təəssüf ki, İkinci dünya müharibəsi inkişafı zəiflətdi. Şəhərin tikililərinin 60 faizindən çoxu dağıdılmış, bir sıra şəhər əhli həlak olmuş və ya sürgün edilmişdilər, kişilər meşələrə çəkilmiş, partizanlara qoşulmuşdular.

Sovet dövründə Utyanada ət və süd kombinatları, traktor təmir edən zavod, laboratoriya elektrik sobaları zavodu, Marite Myalnikayte adına istehsalat birliyi, alkoqolsuz içkilər kombinatı artıq fəaliyyət göstərirdilər. Sənayedə ən böyük nailiyyətlər 1967-ci ildə açılan trikotaj fabriki oldu. Bu fabrik Baltikyanı ölkələrdə o dövrün ən böyük trikotaj fabriki idi, 1989-cu ildə isə "Utyana trikotajı" 19,4 mln ədəd trikotaj məmulatı istehsal edirdi, onların 30 faizi Litvada satılır, qalanı isə Sovet ölkələrinə paylanırdı. Müəssisədə 3000 nəfər işçi çalışırdı. Müstəqillik bərpa olunandan sonra müəssisə müflis olmadı, o, bu gün də fəaliyyət göstərir və fəaliyyətini genişləndirir, proqressiv texnologiyanı tətbiq edir. 2005-ci ildə Avropa birliyi fabrikə "Avropa çiçəyi" ekonişanını verdi.

Utyana rayonunda 186 müxtəlif göllər yerləşir, onlardan biri Litvada ən dərin olan Tauraqnas gölü və ölkədə ən irilərdən biri Aysetas gölüdür. Göllərdə istirahət və baydarkalarda (qayıqlarda) səfərlər çox məşhurdu. Səyahətçilər Strazday, Şuminay, Vayşnorişyay kimi etnoqrafik kəndlərə maraq göstərirlər. Müq. Krokule bulağı, Moko daşı, Kartuvyay dağında Böyük Vitautasın heykəli, Alauşas gölün sahilində yerləşən Bikişkis sarayı səyyahlar üçün çox maraqlıdır. Bu sarayda respublika üzrə beynəlxalq rəssamlar simpoziumları təşkil olunur. 200 il bundan əvvəl tikilmiş Minçta su dəyirmanını da yaddan çıxartmaq olmaz. Suyun enerjisini nəinki taxtaların mişarlanması üçün, həm də misin döyülməsində istifadə edirdilər. İndiki zamanda dəyirmanın sahibləri dəyirmanın binasında düzəldilmiş otaqlarda səyahətçiləri gecələməyə dəvət edirlər.

Narkunay şəhərindən başqa Taurapilis və Pakalnyay şəhərləri də əfsanələrlə əhatə olunublar. Deyilənə görə çox qədim zamanlarda Regimantasın və onu kanklesdə çala-çala müşayiət edən müsiqiçinin başçılığı ilə litva əsgər dəstələri azıb bu ərazilərə gəlmişdilər. Gecə düşəndə çətin yürüşdən və uzun yoldan yorulmuş əsgərlər yatıblar. Yalnız qoca musiqiçi yatmadı. O elə gözəl çalırdı ki, sıx meşədən iki dağ keçisi gəlib onun ayaqlarında uzanıb musiqiyə qulaq asıblar. Dağ keçiləri (turlar) ona gölün o üzündə yerləşən rahat bir yer göstəriblər. Bu mağara idi. Bu yer əsgərlərin xoşlarna gəldi, onlar burada qala qurdular, öz allahları üçün də məbəd tikdilər. Yeni məskun yerini onlara turlar göstərdiyi üçün qalanın adını da turların şərəfinə qoydular (tauras). Hələ indiki zamanlarda da insanlar Taurapilis dağının sirli mağarasından danışırlar, sakit gecələrdə oradan gözəl musiqi səsləri gələndə deyirlər ki, qoca musiqiçi Regimantasın əsgərlərini şənləndirir. Pakalnyay kurqanını isə insanlar torpağı bura papaqlarda və ətəklərdə daşıya-daşıya özləri yaradıblar. Torpaq qazılan yer Vidinkstas gölünə çevrildi. Bu kurqandan durbinsiz də 8 məbədi görmək olar : Lyalyunay, Skemonyay, Alantı, Moletay, Suginçyay, Skudutişkis, Kuktişkyay, Pakalnyay.

Klovinyay nohurun yanındakı Toylar dağı çox uzaq keçmişdən deyil. 1987-ci ildə bura toplanmış ölkə və yerli xalq yaradıcılığı ustaları palıd ağacı heykəlləri vasitəsilə litva toylarının adətlərini və iştirakçıları təsvir ediblər. Nikah mərasimlərinə müxtəliflik gətirmək üçün Utyana hakimiyyəti belə bir yerin təsis edilməsi haqqında fikirləşib. Bu yaxınlarda isə Vijonayda heykəltaraş Hennrikas Orakauskasın sayəsində Yazıçılar dağı yaradıldı. Bu dağ iki istedadlı yazıçının xatirəsini əbədiləşdirdi – dünyadan tez köçmüş ədəbiyyat tənqidçisi Antanas Masenis və nəsr yazan Bronyus Radzyaviçyus. Ağacdan düzəldilmiş mələyin qanadları incə və əbədi təbiət mənzərəsini tərənnüm edirlər.

Utyana – Litvanın ən qədim şəhərlərindən biridir, Vilnyusdan 92 km şimalda yerləşir.

Utyana haqqında danışanda iki meteoroloji rekordları qeyd etməmək mümkün deyil. 1956-cı ilin fevralın 1-də Litva üzrə ən aşağı rekord hərarəti Utyanada olmuşdur: – 42,9 °C, 1986-cı ilin iyun ayında burada ən güclü külək əsirdi: 40m/san.

2001-ci ilin məlumatına əsasən, Utyana əhalisinin sayı 34 minə çatmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]