Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Valeri Belenki
Valeri Vladimiroviç Belenki (rus. Валерий Владимирович Беленький; 5 sentyabr 1969, Bakı) — SSRİ, Azərbaycan və Almaniyanı təmsil etmiş keçmiş gimnast. XXV Yay Olimpiya Oyunlarının qızıl və bürünc mükafatçısı, dördqat dünya çempionu. Valeri Belenkinin adı 2013-cü ildə Beynəlxalq Yəhudi İdman Şöhrət Zalına, 2015-ci ildə isə Beynəlxalq Gimnastika Şöhrət Zalına daxil edilib. == İdmançı karyerası == Valeri Belenki 5 sentyabr 1969-cu ildə Bakıda yəhudi ailəsində anadan olub. Gimnastikaya nisbətən gec, 10 yaşında başlayıb. İlk məşqçisi Aleksey Arekov olub. 14 yaşında olarkən SSRİ yığmasına dəvət edilib. 1989-cu ildə SSRİ yığmasının tərkibində dünya çempionu adını qazanıb. Bir il sonra ABŞ-nin Sietl şəhərində keçirilmiş Xoş Məramlı Oyunlarda qollarda və halqalarda qızıl, at üzərində və sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada isə bürünc medala sahib çıxıb.
Belinskiy
Belinskiy (rus. Белинский район) — Rusiya Federasiyasında yerləşən rayon Penza vilayətinə daxildir == Tarixi == Rusiyanın Penza vilayətində şəhər. Penza torpaqlarında tarixən tatarlar, mordvalılar yaşamışlar. Kazan xanlığının işğalından sonra tamamən Rusiyaya birləşdirilməsinə başlanılmışdır. Ruslarla bağlı Çembar (Çəmbər) kəndinə aid ilk sənədli məlumat 1723-cü ilə aiddir. Mordva tatarlarının ana yurdu olan Çembar 1700-cü ildən rus şəhəri kimi məskunlaşdırılaraq inkişaf etdirilməyə başlandı. Mərkəzi Hərbi Tarixi Dövlət Arxivində bu şəhərə köçürülmüşlərlə bağlı saxlanılan 1784-cü ilə aid sənəddən məlum olur ki, Çembarda ta qədimdən Mordvalılar yaşamışlar. Lakin 1963-cü ildə şəhər daxilində su boruları xətti çəkilişi zamanı qədim məzarlığa rast gəlindi. Bunlar tatar qəbirləri idi. Ölülər oturmuş vəziyyətdə dəfn olunmuşdular.
Volodimir Zelenskiy
Volodimir Oleksandroviç Zelenski (və ya Vladimir; ukr. Володимир Олександрович Зеленський; 25 yanvar 1978, Krivoy Roq, SSRİ[…]) — Ukrayna siyasətçisi, şoumeni, aktyoru, rejissoru, ssenaristi, prodüseri və bədii direktoru. 20 may 2019-cu ildən Ukrayna Respublikasının Prezidentidir. Zelenski 2015-ci ildə Xalqın xidmətçisi adlı televiziya serialında Ukrayna Respublikası Prezidenti olaraq yer almışdır. Eyni adlı partiya həmin serialın istehsalçı şirkəti olan Kvartal 95 tərəfindən 2018-ci ildə quruldu. == Həyatı == 25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində anadan olmuşdur. Atası Oleksandr Semenoviç Zelenski texniki elmlər doktoru, professor, kompüter elmləri şöbəsinin müdiridir. O, anası ilə 4 il Monqolustanın, Erdenet şəhərində yaşamış və orada birinci sinfi bitirmişdir. Daha sonra ingilis dilini dərin öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq buradakı 95 nömrəli məktəbdə təhsil almışdır. == İncəsənət == Zelenski 2015-ci ildə "Xalqın xidmətçisi" adlı televiziya serialında Ukrayna prezidenti rolunu canlandırmışdır.
Bələkəy İvanovka (Avurğazı)
Bələkəy İvanovka (başq. Бәләкәй Ивановка, rus. Малая Ивановка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuqazaq kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 32 km, kənd sovetliyindən (Tatar Nuğazağı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Nuğazağı stansiyası): 5 km.