Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bеlоvаr
Bеlоvаr (xorv. Bjelovar) — Xorvatiyanın mərkəzində yerləşən bir şəhər. Bеlоvаrskо-Bilоqоrskаya vilayətinin mərkəzidir. 2011-ci il siyahıyaalınma məlumatlarına görə 40,276 sakin var idi, onlardan 91,25% xorvatlar idi. Şəhərin qurulmasında ən vacib amil Mərkəzi Xorvatiyanı Osmanlı işğallarından qorumaqdır.
Yosip Bolkovats
Yosip Bolkovats (12 noyabr 1920 – 10 noyabr 2014, Kаrlоvаç) — müstəqil Xorvatiyanın ilk daxili işlər naziri (30 may 1990 – 2 iyul 1991). == Həyatı == 2011-ci ildə 89 yaşlı Yosip Bolkovats 1945-ci ilin mayında hərbi cinayətlər törətməkdə şübhəli bilinərək saxlanılmışdır. İstintaqın versiyasına görə, Xorvatiyanın mərkəzi hissəsi olan Karlovatsdə Yuqoslaviya Xalq Müdafiəsi Bürosuna rəhbərlik edərkən Duqa-Resa yaşayış məntəqəsində əsasən xorvat millətçilərdən ibarət 210 nəfərin məhv edilməsində onun əli olub.
Aleksandra Belsova
Aleksandra Belsova (latış. Aleksandra Beļcova‎; 17 mart 1892, Suraj[d], Çerniqov quberniyası[d] – 1 fevral 1981, Riqa) — Sovet və Latviya rəssamı. "Riqa Rəssamlar Qrupu" və "Yaşıl Qarğa" dərnəklərinin üzvü, Baltars çini rəsm emalatxanasının rəssamı. == Bioqrafiyası == Aleksandra Mitrofanovna Belsova 17 mart 1892-ci ildə Suraj (indiki Bryansk vilayəti) adlı kiçik bir kənddə kəndli ailəsində anadan olmuşdur. Atası Mitrofan Betsov xidmətlərinə görə nəcib tituluna layiq görülmüşdür. Aleksandra Belsova 1912–1917-ci illərdə Penza Rəssamlıq məktəbində təhsil almışdır. Rəssam Natan Altmanın (1918–1919) Petroqrad emalatxanasında dərslərdə iştirak etmişdir. Gələcək həyat yoldaşı Roman Sutanın dəvəti ilə 1919-cu ildə Latviyaya gəlmişdir. Riqa Rəssamlar Qrupunun üzvü olmuşdur (1920–1924). 1920-ci ildən o cümlədən "yaşıl qarğa" dərnəyinin qrup sərgilərində də əsərləri sərgilənmişdir (1927–1931).
Laura Benkova
Laura Benkova (d. 11 may 2000) — Slovakiyalı üzgüçü. Laura Benkova Slovakiyanı 2017-ci ildə XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında təmsil etdi. == Karyerası == Laura Benkova birinci dəfə Avropa Çempionatına 2017-ci ildə qatıldı. O, İsraildə baş tutan XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.27 saniyəlik nəticəsi ilə 38-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Zelkova carpinifolia
Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida Sıra / Order: Urticales Fəsiə/ Family: Dağdağankimilər – Celtidaceae Link. Elmi adı / Scientific name: Celtis caucasica Willd. == IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status. == “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1ab(i, ii, iii, iv, v)c(iii) + 2b(i) c (ii,iii). Azərbaycanın nadir növüdür. == QlobalIUCN Statusu: NT == == Qısa morfoloji təsviri. == 20(15)-25(35) m hündürlükdə ağacdır, oduncağı 2 m diametrində, boz-qonurumtul rəngdədir. Budaqlarının yarpaqları yumurtavari, (1,5) 2-3,5 (4,6) sm uzunluqda, sivri, qaidədə qyeri –bərəabəryanlı, aşağıda damarlar boyunca qısA, yumşaqtüklü , oturaq və ya 0,5 (1) mm uzunluqda saplaqı, kənarları küt dişlidir. Dişicikli çiçəkləri zəngçiçəyi quruluşunda, yaşılımtıl –ağ və ya qonurdur. Fındıqcığı küncvari, qısa yumşaq tüklü və ya çılpaq, qırılı, yaşılımtıl, birtoxumlu, buruncuğu fındıqcığın təpəsinin altında yerləşir == Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri. ==
Zelkova hyrcana
Hirkan azatı (lat. Zelkova hyrcana) — qarağackimilər fəsiləsinin zelkova cinsinə aid bitki növü. == Təbii yayılması == İranda təbii arealı vardır. == Botaniki təsviri == Hündürlüyü 20-25 m olan ağacdır. Gövdəsinin qabığı hamar, yaşılımtıl-boz rəngdədir. Yarpaqları yumurtavarı uzunsov, 3-5 sm uzunluqda alt tərəfdən xüsusən damarlar boyu qısa tükcüklü, nadir hallarda çılpaq, 7-9 yan damarlara malikdir. Onların kənarları iti dişli olub, 1-3 mm uzunluqda saplaqlar üzərində yerləşir. Cavan zoğların yarpaqları bir qədər iri olub 12 sm uzunluqdadır meyvəsi bucaqlı, fındıqca, az və ya çox qısa tüklü və ya çılpaq, yaşılımtıl, 5 m uzunluqdadır. Aprel ayında çiçəkləyir, meyvələri isə oktyabr-noyabr aylarında yetişir. Hirkan azatı vələsyarpaq azata nisbətən isti və rütubət sevəndir.
Zelkova serrata
Yaponiya zelkovası; başqa adları "Zelkova serrata" və "Keyaki", (yaponca: 欅 "Keyaki" , 槻 "Tsuki", ケヤキ "Keyaki" ya da けやき "Keyaki"; çincə: 榉树 "Jǔ shù", ya da 櫸樹 "Jǔ shù"; (koreyaca: 느티나무 "Neutinamu") — vətəni Yaponiya, Çin, Tayvan və Koreya olan yarpaqlarını tökən bir ağac növü. Əsasən bəzək ağacı kimi yetişdirilir. == Xüsusiyyətləri == Yapon zelkovaları əsasən uzun olur və bəzən 30 m ola bilir. Yarpakları orta böyüklükdədir. Yaz aylarının sonunda yarpaklarını tökməyə başlayır. Yarpaqları tikanlı olduğu üçün "serrata" adı verilmişdir. Yarpaqları tüksüzdür. Yarpaklar, yay və yaz aylarında tünd yaşıl; payızda qırmızı, sarı və ya narıngı rənklərdə olabilir. Yaz aylarında "monoecious" adlı çiçək açır. == Ehtiyaçları == Bu ağaç günəş sevən bitki deyil.
İrina Belova
İrina Belova (28 dekabr 1980) — Rusiyanı təmsil edən bədii gimnast. == Karyerası == İrina Belova Rusiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.