Aleksandra Belsova

Aleksandra Belsova (latış. Aleksandra Beļcova‎; 17 mart 1892[1][2], Suraj[d], Çerniqov quberniyası[d]1 fevral 1981[3][2], Riqa[4]) — Sovet və Latviya rəssamı. "Riqa Rəssamlar Qrupu" və "Yaşıl Qarğa" dərnəklərinin üzvü, Baltars çini rəsm emalatxanasının rəssamı.

Aleksandra Belsova
latış. Aleksandra Beļcova
Doğum tarixi 17 mart 1892(1892-03-17)[1][2]
Doğum yeri
Vəfat tarixi 1 fevral 1981(1981-02-01)[3][2] (88 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Riqa Meşə qəbiristanlığı[d]
Vətəndaşlığı
Fəaliyyəti rəssam, qrafika ustası[d]
Janrlar portret, peyzaj, natürmort, qrafika
Stillər kubizm, realizm

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

Aleksandra Mitrofanovna Belsova 17 mart 1892-ci ildə Suraj (indiki Bryansk vilayəti) adlı kiçik bir kənddə kəndli ailəsində anadan olmuşdur. Atası Mitrofan Betsov xidmətlərinə görə nəcib tituluna layiq görülmüşdür.

Aleksandra Belsova 1912–1917-ci illərdə Penza Rəssamlıq məktəbində təhsil almışdır. Rəssam Natan Altmanın (1918–1919) Petroqrad emalatxanasında dərslərdə iştirak etmişdir. Gələcək həyat yoldaşı Roman Sutanın dəvəti ilə 1919-cu ildə Latviyaya gəlmişdir.

Riqa Rəssamlar Qrupunun üzvü olmuşdur (1920–1924). 1920-ci ildən o cümlədən "yaşıl qarğa" dərnəyinin qrup sərgilərində də əsərləri sərgilənmişdir (1927–1931). Şəxsi sərgiləri: Riqa (1928, Roman Suta ilə birlikdə, 1962, 1972), Tukums (1963), Leninqrad (1972, 1973), Liepaya (1974), Yurmala (1977). Xatirə sərgiləri: Riqa (1984), Liepaya və Madona (1985), Valmiera (1986). 1945-ci ildən Rəssamlar İttifaqının üzvüdür. Yağ, pastel, akvarel texnikası ilə işləyib. Əsasən portret və natürmort janrlarında rəsmlər çəkmişdir. Həyat yoldaşı ilə birlikdə çini Baltars (1924–1929) rəsm emalatxanasında işləmişdir.

Ən məşhur rəsmləri: "Ağ və Qara" (1925), "Austri Ozolini-Krause portreti" (1927), "Tennisçi" (1928).

Riqada Meşə qəbiristanlığında dəfn edilmişdir.

2008-ci ildə Riqada Aleksandra Beltsova və Roman Sutanın işlərinə həsr edilmiş bir muzey açılmışdır.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Əri Roman Suta — rəssam; qızı, Tatyana Suta — sənətşünas; nəvəsi, İnqa Suta — musiqiçi.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Latviešu tēlotāja māksla: 1860–1940. Rīga, 1986
  • Siliņš J. Latvijas māksla: 1915–1940 I. Stokholma, 1988
  • Unerwartete Begegnung: lettische Avantgarde: 1910–1935. Köln, 1990.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]